Məhkəmə qərarları › İş №2(008)-4112/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4112/2024

13.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4112/2024 13.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Ruslan Mirzəliyev Əsəd oğlunun sədrliyi, X13 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, MÜƏYYƏN ETDİ : Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs tərəfindən 28 sentyabr 1955-ci il tarixdə verilmiş 963 nömrəli akt qeydində göstərilən 29 avqust 1955-ci il tarixdə Şəki şəhərində anadan olmuş “X10” qızı adlı şəxsin 29 avqust 1955-ci il tarixdə Şəki şəhərində anadan olmuş Əlibalayeva “X11” qızının eyni şəxs olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsin barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. İddiaçının adı Xuraman olmasına baxmayaraq, ona məlum olmayan səbəbdən onun doğum haqqında şəhadətnaməsində isə adı Xurmayə kimi göstərilmişdir. O, özünə məxsus Bakıxanov qəsəbəsi, Neftçilər küçəsində olan evini bacısı oğluna hədiyyə etmək istəyir. Bununla bağlı ondan doğum haqqında şəhadətnamə tələb edilmişdir. O isə doğum haqqında şəhadətnaməni itirmişdir. Maraqlı şəxsndən təkrar doğum haqqında şəhadətnamə almaq istədikdə onun adı Xuraman əvəzinə Xurmayə kimi qeyd edilmiş və ona imtina məktubu verilmişdir. Ərizəçinin şəxsiyyət vəsiqəsində Ərizəçi kimi göstərilsə də, doğum haqqında şəhadətnaməsində adı X1 göstərilməsi eyni şəxs olmasına şübhə yaratmışdır. Hal-hazırda isə qeyd edilən halın bağışlanma müqaviləsinin bağlanmasına maneə yaratdığından, yəni bir sənəddə adı Əlibalayeva (Şamxalova) Xuraman Qaful qızı kimi, digər sənəddə isə X1 qeyd edildiyindən, həmin sənədlərdə göstərilən şəxsin eyni şəxs olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs 3-16-5/2-Ə-15-1926/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Ərizəçi cavab məktubunda bildirilmidir ki, Maraqlı şəxs arxivində saxlanılan doğum haqqında akt qeydinizdə (№ 96, xx.xx.1955, Maraqlı şəxs) “Xurmayə”, nikah haqqında akt qeydinizdə (№ 193, xx.xx.1973, Maraqlı şəxs) və şəxsiyyət vəsiqənizdə (AZE № ********, xx.xx.2017, ASAN 4) adı “Xuraman” kimi qeyd edilmişdir. Ərizədə göstərilən kimi doğum haqqında akt qeydində adı “Xurmayə”dən “Xuraman”a dəyişiklik edilməsi üçün hər hansı bir sənəd təqdim edə bilmədiyindən (doğum haqqında ilkin şəhadətnamə) həmin akt qeydində müvafiq dəyişikliyin aparılması imkan xaricindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələr: və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin müddəaların 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. İş materiallarında olan Maraqlı şəxs 29 avqust 2023-cü il tarixli 3-16-5/8-Ə-69- 831/2023 nömrəli arayışdan görünür ki, X6 29 avqust 1955-ci ildə Şəki şəhərində anadan olmuşdur. X2, anası X3r. İş materiallarında olan C.Cabbarlı adına Şəki Rayon Mədəniyyət evi tərəfindən verilən 150 nömrəli şəhadətnamənin surətindən görünür ki, Şamxalova Xuraman həqiqətən 30/Vİ-72-ci il tarixdə C.Cabbarlı adına Şəki Rayon Mədəniyyət evi nəzdindəki 6 aylıq makinaçılıq kursunu bitirmişdir. İş materiallarında olan Щ 025270 nömrəli diplomun surətindən görünür ki ,verilir X4 ondan ötrü ki, o 1972-ci il Azərbaycan SSR Ali və Orta ixtisas təhsili nazirliyinin Bakı planiqtisad texnikumuna daxil olmuş və 1974-cü ildə Tikintidə planlaşdırma ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan АЗ 309628 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X7 30/İX-1973-cü il tarixdə aralarında nikah bağlanmışdır. İş materiallarında olan AZ-İ nömrəli 870555 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X5 xx.xx.2017-ci ildə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanuna ziddir. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş sənədlərindən görünür ki, “X7”nın Maraqlı şəxs tərəfindən 28 sentyabr 1955-ci il tarixdə verilmiş 963 nömrəli akt qeydində səhvən “X6” kimi göstərilmişdir. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs tərəfindən 28 sentyabr 1955-ci il tarixdə verilmiş 963 nömrəli akt qeydində göstərilən 29 avqust 1955-ci il tarixdə Şəki şəhərində anadan olmuş “X10” qızı adlı şəxsin 29 avqust 1955-ci il tarixdə Şəki şəhərində anadan olmuş Əlibalayeva “X11” qızı ilə eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə alındığı gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev Hakim: Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar