Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4130/2023 14.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh5 və Cavabdeh6 cavabdeh İddiaçınə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində yerləşən 18 nömrəli çoxmənzilli yaşayış binasında söküntü işlərinin aparılmasına qadağan qoyulması barədə qarşılıqlı iddia əzirəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində yerləşən 18 nömrəli çoxmənzilli yaşayış binasında bitişik inşa edilmiş tikililərin cavabdehlərin öz hesabına sökülməsi və ərazisinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində yerləşən 18 nömrəli evin bir qrup sakinləri-Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 müxtəlif illərdə yaşayış sahələri artırmaq məqsədilə əlavə tikillər inşa etmişlər. Bu tikililər çoxmənzilli yaşayış binasını qəzalı vəziyyətə salmaqla bərabər sakinlərin ümumi istifadəsində olan sahənin azalmasına səbəb olmuşdur. Edilmiş əlavələr həm binanın xarici görünüşünə xələl gətirir, həm də binada baş verə biləcək fövqəladə vəziyyətlərin riskini artırır. Həmin tikililərin inşası zamanı torpaq və şəhərsalma qanunvericiliyin tələbləri pozulmuş, binanın konstruksiyalarının üzərinə əlavə ağırlığın düşməsinə səbəb olmuşdur. Əlavə edilmiş artırmaların sökülməsi ilə bağlı dəfələrlə sakinlərə şifati xəbərdarlıq edilməsinə baxmayaraq sakinlər tərəfindən hər hansı əməli tədbir həyata keçirilməmişdir. Ona görə də iddiaçı, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməyi qərara almışdır. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh5 və Cavabdeh6 cavabdeh İddiaçınə qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilk iddia tələbinin rədd edilməsi və İddiaçı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində yerləşən 18 nömrəli çoxmənzilli yaşayış binasında söküntü işlərinin aparılmasına qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar ərizəsini onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində yerləşən 18 nömrəli çoxmənzilli yaşayış binasında Cavabdeh1 tərəfindən 37 saylı mənzilə, Cavabdeh2 və Cavabdeh3 tərəfindən 47 saylı mənzilə, Cavabdeh4 tərəfindən 46 saylı mənzilə, Cavabdeh5 tərəfindən 34 saylı mənzilə, Cavabdeh6 tərəfindən 28 saylı mənzilə, Cavabdeh7 tərəfindən 56 saylı mənzilə, Cavabdeh8 tərəfindən 56 saylı mənzilə, Cavabdeh9 tərəfindən 2 saylı mənzilə, Cavabdeh10 tərəfindən 16 saylı mənzilə, Cavabdeh11 tərfindən 26 saylı mənzilə bitişik inşa edilmiş tikililərin onlar tərəfindən sökülməsi və ərazinin boşaldılması barədə qətnamə qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar ilk öncə qeyd etmişdirlər ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində yerləşən 18 nömrəli çoxmənzilli yaşayış binasında yaşayan vətəndaşlar hər biri yaşadıqları mənzillər Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən qeydiyyata alınmışdır və tərəflərindən binada heç bir artırma işləri olmamışdır. Həmçinin qeyd etmişdirlər ki, Sabunçu İcra Hakimiyyətinin hazırki iddia tələbi ilə müraciət etmək üçün subyektiv hüququ mövcud deyil. Belə ki, Yerli İcra Hakimiyyəti haqqında əsasnamədə İcra Hakimiyyətinə belə bir hüquqlarının olması barədə səlahiyyət verilməmişdir. İddia tələbində binanın qəzalı vəziyyətdə salmaqla bərabər sakinlərin ümumi istifadəsində olan sahənin azlmasına səbəb olması, həmçinin binanın xarici görünüşünə xələl gətirilməsi, həm də binada baş verə biləcək fövqəladə vəziyyətlərin riskini artması qeyd edilsə də, sözügedən məsələlərlə bağlı Sabunçu RİH tərəfindən Fövqəladə Hallar Nazirliyinə müraciət edilməmiş və ya hansısa tədbir görülməmişdir. Eyni zamanda əlavə edilmiş artırmaların sökülməsi ilə bağlı sakinlərə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq sakinlər tərəfindən hər hansı əməli tədbir həyata keçirilməsi həqiqəti əks etdirmir. Belə ki, İcra Hakimiyyəti və ya başqa dövlət orqanları tərəfindən onlara bir xəbərdarlıq olunmamışdır. Ona görə ki, sakinlər tərəfindən binada artırma işləri aparılmamışdır. Mənzillərin çoxu hazır şəkildə alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin təmin olunmasını və qarşılıqlı iddianı isə rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia təmin edilməməlidir. İlk növbədə ilkin iddia üzrə iddiaçının müvafiq tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olub-olmadığı və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Eyni zamanda mülki işin araşdırılması zamanı əvvəlcə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və onun məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olub-olmaması yoxlanılmalıdır. İrəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya işin faktiki halları tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uyğunluq təşkil etmirsə, məhkəmə üçün hüquqi dəyərləndirmə başa çatmalıdır. Məhkəmə araşdırılması zamanı o cümlədən mülki işin matriallarına əlavə edilmiş sənədlərlə müəyyən edildi ki, ilkin iddia üzrə İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində yerləşən 18 nömrəli evin sakinləri tərəfindən bitişik inşa edilmiş tikililərin cavabdehlərin öz hesabına sökülməsi tələbi barədə iddia irəli sürməsi üçün qanunla müəyyən edilmiş qaydada hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Qeyd olunan Qərarda nümayiş olunan hüquqi mövqe Konstitusiya Məhkəməsinin digər Qərarlarında da öz əksini tapmışdır.) Qeyd olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı hazırki məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə, qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasının, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh5 və Cavabdeh6 cavabdeh İddiaçınə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində yerləşən 18 nömrəli çoxmənzilli yaşayış binasında söküntü işlərinin aparılmasına qadağan qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Belə ki, ilkin iddia üzrə İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində yerləşən 18 nömrəli çoxmənzilli yaşayış binasında söküntü işlərinin aparılması barədə subyektiv hüquqa malik olmadığı müəyyən edilərək iddiası rədd edildiyindən, belə olan halda İddiaçınə qarşı söküntü işlərinin aparılmasına qadağan qoyulması barədə qarşılıqlı iddia da təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edə bilməzdi belə bir hüquqa malik deyildir. Həmçinin qarşılıqlı iddia ərizəsi üzrə iddiaçılar Cavabdeh5 və Cavabdeh6 cavabdeh İddiaçınə qarşı “söküntü işlərinin aparılmasına qadağan qoyulması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh5 və Cavabdeh6 cavabdeh İddiaçınə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində yerləşən 18 nömrəli çoxmənzilli yaşayış binasında söküntü işlərinin aparılmasına qadağan qoyulması barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh5 və Cavabdeh6 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-4130/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4130/2023
14.09.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver