Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4164/2021 22.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 Gəray oğlunun iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və həmin yaşayış sahəsinin boşaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və həmin yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə 06.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov (X1) küçəsi, ev 10 ünvanda yerləşən Ç tikilisindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil veriməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05.09.2018-ci il tarixli, 2(008)-161/2018 saylı icra vərəqəsinə uyğun olaraq Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov (X1) küçəsi, ev 10 ünvanda yerləşən Ç tikilisi "xxxx"–nin hərracın nəticələri haqqında 09.04.2020-ci il tarixli, Y-50/3 saylı protokolu və eyni tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı ASC-yə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq 27.08.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Qanundan da göründüyü kimi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov (Həmid Məmmədtağı oğlu Araslı) küçəsi, ev 10 ünvanda yerləşən Ç tikilisində qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 yaşayış sahəsini 1 (bir) ay ərzində boşaltmalı olduqları halda bu günədək vəzifələrini icra etməmişlər. Məhkəmə iclasında iştirak etmiş İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbuk etmədiyini bildirərək hərracın nəticələrindən narazı olduğunu, həmin mənzilin dəyərindən aşağı qiymətə dəyərləndirildiyini və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə hərracın nəticələrinin ləğv edilməsi ilə bağlı müraciət etdiyini, buna əsasən də iddianın rədd edilməsini xahiş etdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinə əsasən, işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 161/2018 saylı, 25 may 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 Gəray oğlu ilə İddiaçı ASC arasında bağlanmış 03 mart 2007-ci il tarixli, 0703-0528/7798 saylı kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh1 Gəray oğlundan 22067.77 manat məbləğində əsas kredit borcu, 585.22 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu, 18.78 manat məbləğində cərimə olmaqla, cəmi 22671.77 manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi Cavabdeh1 məxsus olan İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin, 58.9 kv.m köməkçi, 39.7 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı “Ç” tikilisinə yönəldilməsi, mənzilin açıq hərrac yolu ilə realizə edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin,58.9 kv.m köməkçi , 39.7 kv.m yaşayış sahəsindən ibarət, 4 otaqlı “Ç” tikilisinin ilkin satış qiyməti 53.000 manat müəyyən edilməsi qət edilmişdir. - 09 aprel 2020-ci il tarixli, 50/3 nömrəli “Əmlakın İxtisaslaşdırılmış Hərrac Mərkəzi” Hərracın nəticələri haqqında Protokolun surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin sifarişi əsasında hərrac keçirilmişdir və Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin “Ç” tikilisi 33788 manat məbləğində pul müqabilində alıcı İddiaçı ASC-yə satılmışdır. - 09 aprel 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən də görünür ki, "xxxx" MMC-nin direktoru Z.H.Bədəlov və İddiaçı ASC-nin etibarnamə əsasında nümayəndəsi P.Abbasov arasında Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin, 58.9 kv.m köməkçi, 39.7 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı “Ç” tikilisi barədə alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanənda Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 27.08.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov (X1) küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin, 58.9 kv.m köməkçi, 39.7 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı “Ç” tikilisi İddiaçı ASC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov (X1) küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin, 58.9 kv.m köməkçi, 39.7 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı “Ç” tikilisi İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. Lakin keçmiş mülkiyyətçi ailə üzvləri ilə birlikdə Cavabdeh1, X4, Cavabdeh3 və Cavabdeh4 həmin daşınmaz əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq həmin əmlakı boşaldaraq mülkiyyətçiyə təhvil verməmişlər və həmin əmlakdan istifadə hüquqlarını qanuni əsas olmadan davam etdirərək mülkiyətçinin hüquqlarını pozmuşlar. Yuxarda qeyd edilənləri nəzəra alaraq məhkəmə hesab edirki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov (X1) küçəsi, ev 10 ünvanında yerləşən Ç tikilisinə istifadə hüquqlarına xitam verilməklə, cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 və Cavabdeh4 həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmalı və yaşayış sahəsi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi dair tələb olmadıqından, məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov (X1) küçəsi, ev 10 ünvanında yerləşən Ç tikilisinə istifadə hüquqlarına xitam verilsin, Cavabdeh1, X4, Cavabdeh3 və Cavabdeh4 həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılsınlar və yaşayış sahəsi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-4164/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4164/2021
22.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver