Məhkəmə qərarları › İş №2(008)-4191/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4191/2021

26.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4191/2021 26.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi olmaqla, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi olmaqla, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan “X12”nın “İmanova Ofilə Bayramalı qızı” ilə eyni şəxs olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi olsa da, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən “Ərizəçi” əvəzinə, “X12” kimi qeyd edilmişdir. Məhkəməyə təqdim etdiyi sənədlərdən də göründüyü kimi, o, Ərizəçidır. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına olan: - Torpağın mülkiyyətə verilməsinə dair JN-382A saylı şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Bərdə rayon Aqrar-İslahat Komissiyasının 04.02.1997-ci il tarixli, 205 saylı qərarı ilə X4, X7, X8, X6 və X9 - mülkiyyətlərinə 0.09 hektar torpaq sahəsi verilmişdir. - Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 207 saylı, 16.04.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi torpağın mülkiyyətə verilməsinə dair JN-382A saylı şəhadətnamədə yazılmış X12 ilə eyni şəxsdir. - Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 7 saylı Ərazi İdarəsinə ünvanlanmış 16.04.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 1nında qeydiyyatda olan X3 10.03.2001-ci il tarixdə ölməsi barədə Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə məlumat daxil olmuşdur. Təqdim edilmiş sənədlərə və məlumatlara əsasən bildirilir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciət etmiş aşağıdakı şəxslər mərhum X3 qanun üzrə İ növbədə vərəsəsi kimi tanınmaq hüququna malikdir: arvadı - Ərizəçi, oğlu - X13, oğlu - X14. - Sabunçu RPİ tərəfindən 19.03.2011-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə Vardenis rayonunda anadan olmuşdur. - 12.04.1977-ci il tarixli, İİ-СЛ seriyalı, 227692 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə Vardenis rayonunda anadan olmuşdur. - 20.10.1977-ci il tarixli, İ-ЖГ seriyalı, 441108 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 ilə X17 20.10.1977-ci il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada “Dünyamalıyeva” soyadı verilmişdir. - 21.11.1980-ci il tarixli, Vİİ-ЖГ seriyalı, 369206 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 ilə X1 birgə nikahından X14 anadan olmuşdur. - 12.11.1986-cı il tarixli, Xİ-ЖГ seriyalı, 425713 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 ilə X1 birgə nikahından X13 anadan olmuşdur. - Bərdə rayon VVADQ şöbəsi tərəfindən 27.04.2001-ci il tarixdə verilmiş AZ seriyalı, 093247 saylı ölüm haqqında şəhadətamənin təsdiq olunmuş surətindən görünür ki, X3 10.03.2001-ci il tarixdə Bərdə rayonu, Yenidaşkənd kəndində ölməsi 27.04.2001-ci il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. - Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 13.09.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 247361 saylı ölüm haqqında şəhadətamənin təsdiq olunmuş surətindən görünür ki, X5 08.09.2007-ci il tarixdə Bərdə rayonu, Yenidaşkənd kəndində ölməsi 13.09.2007-ci il tarixdə 12 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X13 bildirdi ki, Ərizəçi onun anasıdır. Torpağın mülkiyyətə verilməsinə dair JN-382A saylı şəhadətnamədə anasının adı texniki yanlışlıqla X2 qeyd edilmişdir. Həmin sənəddə qeyd olunan X12 ilə Ərizəçi eyni şəxsdir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 bildirdi ki, Ərizəçi onun bacısıdır. “Dünyamalıyev” soyadı onun həyat yoldaşının soyadıdır, “Afinə” və “Bayram” adları da oxşarlıq səbəbindən, sənədlərdə texniki olaraq səhv qeyd edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-382A saylı şəhadətnamədə qeyd olunan X12 ilə Ərizəçi eyni şəxs olduğunu təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilən X18 bildirdi ki, o, Ərizəçi ilə 20 ildən artıqdır ki, qonşudur. Ərizəçini hər zaman Ofilə kimi tanımışdır. Ərizəçi X10 ilə uzun müddət evli olmuş, həmin nikahdan üç övladları anadan olmuşdur. Torpağın mülkiyyətə verilməsinə dair JN-382A saylı şəhadətnamədə qeyd olunan X12 ilə Ərizəçi eyni şəxs olduğunu təsdiq edir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-382A saylı şəhadətnamədə “X12”nın “Ərizəçi” ilə eyni şəxs olmasını təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Buna görə, torpağın mülkiyyətə verilməsinə dair müvafiq şəhadətnamədə “X12”nın “İmanova Ofilə Bayramalı qızı” ilə eyni şəxs olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-382A saylı şəhadətnamədə qeyd olunan “X12”nın “İmanova Ofilə Bayramalı qızı” ilə eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar