Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4200/2025 27.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək Bakı 8 saylı Mediasiya prosesinin nəticəsində Maraqlı şəxs arasında MŞB/8/2024-02607 nömrəli, xx.xx.2024-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi, onun cavabdeh Maraqlı şəxs ilə birgə nikahından xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2021-ci il tarixdə doğulmuş X5 ilə ünsiyyət hüququnun hər ay 8 dəfə olmaqla hər həftənin şənbə (6-cı gün ) və bazar günləri (7-ci gün) səhər saat 10:00-dan axşam saat 17:00-dək (ananın iştirakı olmadan) ünsiyyətdə olmağı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizə onunla əsasladırmışdır ki, o, Ərizəçi cavabdeh Maraqlı şəxs ilə mediasiya sessiyası zamanı birgə nikahından xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2021-ci il tarixli X5 ilə ünsiyyət hüququnun xx.xx.2024-cü il tarixdən etibarən hər ay 8 dəfə olmaqla hər həftənin şənbə (6-cı gün ) və bazar günləri (7-ci gün) səhər saat 10:00dan axşam saat 17:00-dək (ananın iştirakı olmadan) ünsiyyət hüququm verilməsi barədə xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Cavabdeh barışıq sazişinin pozduquna görə o, övladlarında görüşə bilmir. Lakin keçmiş həyat yoldaşı onun övladlarında ünsiyyətdə olmağına icazə vermir. Onların görüşməyini qadağan edir. Hörmətli məhkəmə cavabdeh uşağların anası olduğu kimi atası da var. O, övladlarının saxlamaq üçün maddi cəhətdən bütün imkanlara sahibdir. Övladlarının mütəmadi ana qayğısına ehtiyacı olduğu kimi ata qaygısınada ehdiyacı var. Onun üçün vacib olan övladlarının tərbiyəsi və fizikimənəvi sağlamlığıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəyə etiraz edərək bildirmişdir ki, mediyasiya olunan barışığ sazişindən sonra o 2-3 dəfə ata ilə uşağların görüşünə icazə vermişdir. Lakin uşağları ata gec gətirmişdir və eyni zamanda onlara yaxşı baxmamışdır. 3 yaşlı olan balaca övladını ev şəraitində saxlamadığını maşında gəzdirdiyini bildirmişdir. Böyük övladını isə gətirən zaman ayaqqabının içinin su olduğunu görmüşdür. Böyük övladı atası ilə bir iki dəfə görüşüdükdən sonra uşağ özü atası ilə görüşməkdən imtina etmişdir. Balaca övladı ata ilə görüşən zaman böyük oğlu fikir etdiyini bildirmişdir. Uşağların atası ilə görüşünə etiraz etdiyini bildirmiş, uşağların tası ilə anasız görüşməsinə etiraz etdiyini, yalnız 1-2 saatlıq onun özünün nəzarəti altındə onların evlərinin həyətində icazə verə biləcəyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ərizəçi ilə Maraqlı şəxs arasında 8 saylı Mediyasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-02607 nömrəli barışıq sazişindən görünür ki, Birinci tərəf: Ərizəçi İkinci tərəf (həyat yoldaşı) Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2021-cü il təvəllüdlü X5 ilə xx.xx.2024- cü il tarixdən etibarən hər ay 8 dəfə olmaqla hər həftənin şənbə (6-cı gün) və bazar günləri (7ci gün) səhər saat 10:00-dan axşam saat 17:00-dək (ananın iştirakı olmadan) ünsiyyətdə olmasına İkinci tərəf: Maraqlı şəxs ona şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Birinci tərəf: Ərizəçi Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəf öz öhdəliklərini pozduqda, aidiyyəti məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf (həyat yoldaşı) Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2021-cü il təvəllüdlü X5 ilə xx.xx.2024- cü il tarixdən etibarən hər ay 8 dəfə olmaqla hər şənbə (6-cı gün) və bazar günləri (7-ci gün) səhər saat 10:00-dan axşam saat 17:00-dək (onun ananın iştirakı olmadan) Birinci tərəf: Ərizəçi (atası) ilə ünsiyyətdə olmalarına şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür. İkinci tərəf: Maraqlı şəxs Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Öz üzərinə götürdüyü öhdəliklərini pozduqda, Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-670/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə, Ərizəçi arasında olan 4 saylı Bakı “Asan xidmət" mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 2770 nömrəli akt qeydi ilə bağlanmış 26 oktyabr 2017-ci il tarixli nikah pozulması, birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X5 iddiaçı Maraqlı şəxs himayəsində saxlanılması, xx.xx.2024-cü il tarixdən etibarən xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Ərizəçi hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutularaq, Maraqlı şəxs ödəniməsi, mediatora ödənilmiş 60 (altmış) manat məbləğində rüsum və 50 (əlli) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa babayevə Firuzə hüseyn qızı məhkəmədə izahat verərək etiraf etdiki, o uşağlar özləri ata ilə görüşmək isdəmədiyində o barışı sazişinin icra edilməsində imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və оnların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd оlan hallar istisna оlmaqla, оnlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qоhumları ilə ünsiyyətdə оlmaq hüququna malikdir. Həmin Məcəllənin 50.5-ci maddəsinə əsasənuşaq ekstremal hallarda (tutulduqda, həbs olunduqda, saxlanıldıqda, müalicə müəssisəsində yerləşdirildikdə və s.) qanunvericiliklə müəyyən olunmuş qaydada öz valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Həmin Məcəllənin 62.3-ci maddəsinə əsasən Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Həmin Məcəllənin 62.4-cü maddəsinə əsasən Məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 8 saylı Mediyasiya təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-02607 nömrəli Barışıq sazişi təsdiq edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-4200/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4200/2025
27.05.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver