Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4202/2025 23.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arifqızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, Ərizəçi nümyəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci il təvəllüdlü bibisi X7 nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, oğlu, 21 iyul 1985-ci il təvəllüdlü X7 düşüncə pozğunluğu və əqli çatışmazlıq nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 xx.xx.2025-ci il tarixli, 1/23 nömrəli arayışına əsasən X3 Tibbi Yardım Stansiyasının göndərişinə əsasən xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Bakı şəhəri 2 nömrəli X2 “Şizofreniyayabənzər psixoz” diaqnozu ilə stasionar müalicədə olmuşdır. Həmçinin, 11 nömrəli Şəhər Poliklinikasının göndərişinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Bakı şəhəri 2 nömrəli X2 “Şizofreniya paranoid psixotik hal remissiya baş verməyən hal” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. Hazırda Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında valideynlərinin himayəsində yaşayır. (ünvan 2iyinin 86 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli, 100 nömrəli arayışı) və davranış pozuntuları olduğu üçün daima kənar şəxslərin qulluq və himayəsinə ehtiyacı var. Bu günə kimi müalicəsi davam etdirilir, daimi olaraq həkim göstərişinə əsasən gündəlik psixotrik dərmanlar qəbul edir və ona anası qulluq edir. Bundan sonra da onun başqa şəxslərin qulluğuna ehtiyacı var. Hal-hazırda X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə zərurət yaranmışdır və qüvvədə olan qanunvericilikdə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmadığına görə hazırki ərizə ilə məhkəməyə müraciət edir. 21 iyul 1985-ci il təvəllüdlü X7 məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümyəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsin məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında maraqlı şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş matriallarına əlavə edilmiş X-JQ 474509 nömrəli doğum haqqında şəhadətnamdən görünür ki, X7 xx.xx.1985-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Ərizəçidur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli, 4540 saylı rəyindən görünür ki, X5 “şizofreniya paranoid forma psixi qüsur halı” xroniki psixi xəstəlik müəyyən edilir, X7 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görədə o, tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar mövcuddur. İş materiallarına əlavə edilmiş **********27 nömrəli qəbzin surətindən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X7 xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305.1.3-cü, 321.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-4202/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4202/2025
23.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver