Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4262/2022 29.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 4 saylı Dövlət Notariat Ofisinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri 4 saylı Dövlət Notariat Ofisinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23 may 2001-ci ildə vəfat etmiş X18 vərəsələri kimi X6 və X2 tanınması barədə 4 saylı Notariat Ofisi tərəfindən verilmiş 31 avqust 2012-ci il tarixli “Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamə”nin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 46 saylı Bağ evi onun anası X22 məxsus olmuş, anası 27 may 2001-ci ildə ölmüşdür. Ondan başqa anasının birinci dərəcəli vərəsələri aşağıdakı şəxslər olmuşdur. X6- oğlu-mirası faktiki qəbul etmiş, X10 - oğlu-mirası faktiki qəbul etmiş. Onun atası X11 19 yanvar 1991-ci ildə ölmüşdür. Miras açıldığı zaman birinci dərəcəli vərəsələrdən – o, anasına məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 46 saylı Bağ evində , qardaşlarına isə anasının qeydiyyatda olduğu ünvan 1 ünvanda yaşadığına görə biz mirası faktiki qəbul etmiş, əsas miras əmlakı isə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 46 saylı Bağ evi olmuşdur. O, həmin zaman Bankda anasına məxsus pul vəsaitinin olmasını bilməmişdir. Lakin digər vərəsələr X6 və X10 həmin pul vəsaitinin Bankdan götürmək məqsədi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün 31 avqust 2012-ci ildə 4 saylı notariat ofisinə müraciət etmiş, notarius digər vərəsələrin olması barədə hər hansı bir məlumat toplamadan X6 və X3 31 avqust 2012-ci il tarixli “Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Həmin Şəhadətnamədə notarius göstərmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, 23 may 2001-ci ildə vəfat etmiş X15 vərəsəsi ünvan 1 ünvanda yaşayan X6 və X10 hər biri ½ hissədə olmaqla mirasdan irs almalıdır.” Həmin Şəhadətnaməyə əsasən Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin əmanət kassasında olan əmanətdən və ona hesablanmış faizdən ibarət olmuşdur. Həmin dövrdə anama məxsus Bağ evi xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə alınmadığına görə 31 avqust 2012-ci il tarixli “Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilməmişdir. 4 saylı Notariat Ofisinin notariusu məni X15 vərəsəsi hesab etməmiş, heç bir əsas olmadan onu vərəsəlik hüququndan məhrum etmişdir. Göründüyü kimi 4 saylı Notariat Ofisinin qanunsuz olaraq verdiyi 31 avqust 2012-ci il tarixli “Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən məhz X6 və Orucov X4 Mahiyə Ağacan qızının vərəsələri kimi tanındığına görə o anasına məxsus əmlakdan miras almaq hüququndan məhrum olmuşam. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Bakı şəhəri 4 saylı Dövlət Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarındakı sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. - Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat Şöbəsinin xx.xx.2017-ji il tarixli 269 saylı arayışının surətindən görünür ki, X5 xx.xx.1949-ju il tarixdə anadan olmuşdur. X1 və anası Mahiyə Ağajan qızıdır. - AZ-İ seriyalı, 902243 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X7 xx.xx.2017-ji il tarixdə xroniki böyrək xəstəliyindən vəfat etmişdir. -İş materiallarında olan Az-İ seriyalı 850316 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2017-ji il tarixdə şəkərli diabet hipertonziya xəstəliyindən vəfat etmişdir. İş materiallarında olan AZ seriyalı 083540 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.2001-ji il tarixdə vəfat etmişdir. - İş materiallarında olan Bakı şəhəri 6 saylı Dövlət Notariat Ofisinin 517/2022 saylı xx.xx.2022-ji il tarixli məktubun surətindən görünür ki, xx.xx.2001-ci ii tarixdə vəfat etmiş anansı X14 miras qalmış əmlaka (Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 46 ünvanında yerləşən bağı evi) dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizənizə baxılmışdır. Araşdırılma zamanı müəyyən edilmişdir ki, X15 xx.xx.2001 -ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin (oğlu-X8 və X10) ərizəsi əsasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 4 saylı Dövlət Notariat Kontorunda vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilərək miras əmlaka dair (əmanətə) hər birinin payı 1/2 olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göstərilənləri nəzərə alaraq vərəsələrin dairəsi müəyyən edilərək mərhum X14 miras qalmış əmlaka dair mirası qəbul etmiş vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən onun vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkünsüz sayılmışdır. - Azərbayjan Respublikası Əmlak X27 Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 46 saylı evin mülkiyyətçisi X19r. - Daşınmaz Əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 46 saylı ev xx.xx.2020-ji il tarixinə bazar qiyməti 42*** manat təşkil edir. - Bakı şəhər 4 saylı notariat ofisinin xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmiş 2V-1/373 reyestr nömrəli vərəsəlik işinin matriallarından görünür ki, X8 və X10 xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 4 saylı Dövlət Notariat ofsisinə müraciət edərək, xx.xx.2001-ci ildə vəfat etmiş ananlarından qalan miras əmlakılarını qəbul etmək niyyətlərini bildirmişlər. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2012-ji il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2001-ji il tarixdə vəfat etmiş X16 vərəsələri X9 və X12 hər biri ½ hissəsi olmaqla mirasdan irs almalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən 1-ci növbədə – Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1, 1243.2 və 1243.3-cu maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfındən qəbul edilmiş sayılır; Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İddia tələbindən görürür ki, iddiaçı yalnız 23 may 2001-ci ildə vəfat etmiş X18 vərəsələri kimi X6 və X2 tanınması barədə 4 saylı Notariat Ofisi tərəfindən verilmiş 31 avqust 2012-ci il tarixli “Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamə”nin ləğv edilməsini xahiş edir. Lakin iddiaçı vərərsəlik şəhadətnaməsinin hansı səbəblərdən ləğv edilməli olduğunu, ləğv edildikdən sonra hansı hərəkətlərin edilməli olduğunu nə iddia ərizəsində, nədə ki məhkəmə baxışında məhkəmənin diqqətinə çatdırmamışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçi İddiaçı cavabdeh Bakı şəhəri 4 saylı Dövlət Notariat Ofisinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi» tələbinə dair iddia təlbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdeh Bakı şəhəri 4 saylı Dövlət Notariat Ofisinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi günddddən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-4262/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4262/2022
29.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver