Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4263/2024 09.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X14 qızının katibliyi, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Sabunçu rayon Balaxanı Bələdiyyəsinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müstəqil irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Sabunçu rayon Balaxanı Bələdiyyəsi və Bakı şəhəri Sabunçu rayonu Zabrat Bələdiyyəsi olmaqla “fərdi yaşayış evinə köçürülmə, həmin ev və digər yardımçı sahələrdən istifadə hüququnun həyata keçirilməsindən ötrü cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh, müstəqil irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsi və Bakı şəhəri Sabunçu rayonu Zabrat Bələdiyyəsi olmaqla “fərdi yaşayış evinə köçürülmə, həmin ev və digər yardımçı sahələrdən istifadə hüququnun həyata keçirilməsindən ötrü cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh ilə birgə nikahdan doğulmuş və himayəsində yaşayan yetkinlik yaşına çatmayan uşağı 07 avqust 2007-ci il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 ünvanda yerləşən 200 kv.m torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə köçürülməkləri, həmin evdən və digər yardımçı sahələrdən istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması, mediasiya prosesinin keçirilməsi üçün ödədiyi 60 manat pulun və dövlət rüsumu kimi 40 manat pulun, ümumilikdə 100 manat pulun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1984-cü il tarixdə Lənkəran rayonu, Sütəmurdov kəndində anadan olmuşdur. 05 iyun 2005-ci ildə Cavabdeh ilə faktiki nikaha daxil olmuş, birgə nikahdan 05 mart 2006-cı ildə Zəhra və 07 avqust 2007-ci ildə Elvin adlı iki uşaqları doğulmuşdur. Uşaqlar hal-hazırda onun himayəsində yaşayırlar. Cavabdeh ilə nikahlarını 29 mart 2006-cı ildə rəsmiləşdirmişdirlər. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2248/2021 nömrəli, 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. 05 iyun 2005-ci ildə el adəti ilə toyları olduqdan sonra o cavabdehin özünün də yaşadığı valideynlərinin evinə gəlin köçmüşdür. Birgə yaşadıqları müddətdə Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin 30 sentyabr 2005-ci il tarixli qərarı ilə 200 kv.m torpaq sahəsi Cavabdeh ayrılmışdır. Sonradan atasının da maddi yardımı ilə (hazırki ünvanı) ünvan 2da həmin torpaq sahəsinin üzərində ev inşa etmişlər və onlar (Cavabdeh, İddiaçı və uşaqları) həmin evə köçmüşlər. Evin sənədləri bələdiyyə sənədləridir və cavabdehin adınadır. Torpaq sahəsini cavabdehlə faktiki nikahda olanda əldə etmişlər. Evi isə rəsmi nikah dövründə əldə etmişlər. Nikah pozulduqdan sonra iddiaçı uşaqları ilə birlikdə həmin evdə yaşamağa davam etmiş, cavabdeh isə arada həmin evə gəlib qalır, müxtəlif ünvanlar da yaşamışdır. Onun bütün cehiz əmlakları, paltarları, uşaqlarının paltarları hal-hazırda həmin evdədir. Cavabdeh dəfələrlə onları evdən qovmuş, müxtəlif vaxtlarda komunal idarələrə (su, qaz, işıq) şikayətlər edərək suyun, qazın, işıqın verilişini dayandırmışdır. Çünki sayğaclar onun adınadır. Sonradan iddiaçının şikayətləri və müraciətləri əsasında suyun, qazın, işıqın verilişi bərpa edilmişdir. Dəfələrlə onları evdən qovmuş, müvvəqqəti olaraq Bakı şəhərində yaşayan qohumlarına sığınmışdır. Çünki, uşaqları Bakı şəhərində təhsil alır, o hal-hazırda qohumlarının evində yaşayır. Onun və uşaqlarının geyimləri belə həmin evdə qalmışdır. Cavabdeh açarı dəyişib onları evə buraxmır. Hətta bu barədə polis bölməsinə müraciət etmiş, məcbur qalıb hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, maddi durumu və səhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini və sözü gedən iddia tələbi üzrə məhkəmə iclaslarını iştirakı olmadan keçirib iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, məhkəmədən rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Sabunçu rayon Balaxanı Bələdiyyəsinin nümayəndəsi və vəkili Vəkil izahatında Balaxanı bələdiyyəsinin 30 sentyabr 2005-ci il tarixli sərəncamı ilə Cavabdeh torpaq sahəsinin ayrılması barədə sənəd bələdiyyə arxivində mövcud olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Sabunçu rayonu Zabrat Bələdiyyəsinin nümayənədəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Lənkəran rayon VVADQ şşöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 228048 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 29 mart 2006-cı ildə bağlanmış nikah 170 nömrəli akt qeydi ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunan Lənkəran Rayon Qeydiyyat şöbəsinin arayışdan görünür ki, X8 05 mart 2006-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.2006-cı il tarixdə Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən 322 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh, anası X2r. İş materiallarına əlavə olunan Lənkəran Rayon Qeydiyyat şöbəsinin arayışdan görünür ki, X9 07 avqust 2007-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.2007-ci il tarixdə Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən 970 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh, anası X2r. İş materiallarına əlavə olunan Lənkəran Rayon Məhkəməsinin 2(049)-2248/2021 nömrəli, 25 avqust 2021-ci il tarixli qətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında xx.xx.2006cı il Lənkəran rayon Qeydiyyat şöbəsində qeydə alınmış 170 nömrəli nikah akt qeydinin pozulması, cavabdeh X3 nikahdan əvvəlki soyadını daşımaq hüququnun verilməsi, boşanmadan sonra tərəflərin birgə nikahlarından xx.xx.2006-cı il tarixdə doğulmuş X8 və xx.xx.2007-ci il tarixdə doğulmuş X5 X1 yanında qalması qət etmişdir. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin 30 sentyabr 2005-ci il tarixli sənəddən görünür ki, vətəndaş Cavabdeh xx.xx.2005-ci il tarixində keçirilmiş yığıncağın 18 №-li protokoluna əsasən Yeni Balaxanı yaşayış massivində fərdi yaşayış evi tikmək üçün 200 kv.m. torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin 30 sentyabr 2005-ci il tarixli aktın surətindən görünür ki, Balaxanı Bələdiyyəsinin torpaq komissiyasının sədri: Əliyev Q.S. üzvlər: Xanmirzəyev Ə.H., Əliyev İ.A., Yeni Balaxanı yaşayış massivində naturada 200 m2 torpaq sahəsini Balaxanı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli sərəncamına əsasən vətəndaş Cavabdeh verilməsi barədə akt tərtib etmişlər. Zabrat Bələdiyyəsi “Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması" haqqında şəhadətnamə Cavabdeh verilmişdir. Cavabdeh məhkəməyə xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi ilə mürcaiət edərək, iddiaçı Aslanova (Əhmədova) Ülkər Ətrafil qızının ona qarşı “ünvan 2ında yerləşən 200 kv.m torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsində bildirmişdir ki, iddia tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı ilə birgə nikah zamanı Bakı şəhəri, Balaxanı Bələdiyyəsinin 30 sentyabr 2005-ci il tarixli qərarı ilə ünvan 2ında yerləşən 200 kv.m torpaq sahəsi ona ayrılmışdır. 2011-ci il tarixində həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa etmişdir. Evin sənədləri bələdiyyə sənədləridir və onun adınadır. İddiaçı və birgə nikahdan dünyaya gəlmiş övladları ilə birlikdə həmin evə köçmüşdürlər. Nikah pozulanadək cavabdeh həmin evdə yaşamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, tərəflərin mübahisəli tikili ilə bağlı münasibətləri 2011-ci ildə yaranmışdır. İddiaçı, X6 və övladları 2011-ci ildən ünvan 2ında yerləşən 200 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçərək orada yaşamışlar. Tərəflər 2011-ci ildən mübahisəli tikilidə yaşamaqla birgə təsərrüfat aparmışlar. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2248/2021 nömrəli, 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuşdur. Cavabdeh idiaçının həmin tikilidə yaşamasına etirazını bildirir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli tikili özbaşına tikili stastusunda olmaqla üzərində tərəflərin və ya hər hansı üçüncü bir şəxsin hüquqları qeydə alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, özbaşına tikililərə münasibətdə köçürülmə, çıxarılma, istifadə qaydasının müəyyən edilməsi və s. mübahisələri tənzimləyən konkret hüquq norması olmadığından hazırki mübahisə qanunun analogiyası tətbiq edilməklə həll edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi əsasları Mülki Məcəllənin 180.3-cü maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Lakin iş materiallarından mübahisəli evin yerləşdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətində olması müəyyən edilmir. Eyni zamanda, cavabdeh mübahisəli evin onun və ya ailəsi tərəfindən və məhz ona məxsus vəsait hesabına əldə edilməsinə, həmin evə mülkiyyətçi kimi təkçə onun qanuni gözlənti hüququnun olmasına istinad etsə də, bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Mübahisələndirilən fədri yaşayış evinin yalnız cavabdehin vəsaiti hesabına tikilməsi məhkəmə tərəfindən müəyyən edilmir. Həmçinin qeyd edilməlidir ki, özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olmayan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Beləliklə, İddiaçı ünvan 2ında yerləşən 200 kv.m torpaq sahəsi yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair iddia ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüquqa malikdir. Belə ki, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş yaşayış sahəsindən istifadə hüquqları ilə bağlı münasibətləri birbaşa tənzimləyən qanun norması olmadığı üçün oxşar normaların analogiya qaydasında tətbiq olunması ilə mübahisənin həlli qanunvericiliyin tələbinə uyğundur və oxşar norma olaraq analogiya qaydasında, evin 2011-ci ilə təsadüf etdiyindən, hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi əsas götürülməlidir. Bununla əlaqədar məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yerləri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Eləcə də, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanlanmış ərizədə Cavabdeh Lənkaran Rayon Məhkəməsində birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərinin bölünməsi tələbinə dair müraciət edərək, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin dəyəri olan 65.000 manat məbləğində pul vəsaitinin yarısı yəni 37500 manat hissəsinin İddiaçı tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu hal bir daha sübut edir ki, Cavabdeh təstiq edir ki, fərdi yaşayış evi onların birgə nikahları dövründə birgə vəsaitləri hesabına tikilmişdir. İş üzrə İddiaçı və yetkinlik yaşına çatmayan övladı 07 avqust 2007-ci il təvəllüdlü X9 ilə birlikdə köçmək istədikləri özbaşına tikilidən yaşayış sahəsi kimi 2011-ci ildən ünvan 1 ünvanda yerləşən 200 kv.m torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evində yaşamış, həmçinin iddiaçının övladları ilə birlikdə həmin yaşayış sahəsinə ehtiyacı olması müəyyən edilmişdir. İddiaçının başqa yaşayış yeri mövcud deyil və onun yuxarıda qeyd olunan mübahisəli evdə yaşaması müəyyən edilmişdir. Bü cür vəziyyətdə yaşayış sahəsinə ehtiyyacı yarandığı üçün cavabdehlərin yaşadığı evə köçürülməsi zərurəti yaranır. Avropa İnsan Hüquqları Məhkəməsi “O.X7rşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 nömrəli ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)”. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Eyni zamanda fərdi yaşayış evinin işıq, su və qaz sayğacları ilə bağlı müqavilələr cavabdehin adına olduğundan, qeyd olunan xidmətlərdən iddiaçının istifadəsinə maneələrin törədilməsi ehtimalı olmasını nəzərə alan məhkəmə hesab edir ki, iddia evə köçürülmə ilə yanaşı fərdi yaşayış evindən istifadəyə edilən maneələrin aradan qaldırılması ilə bağlı hissədə də təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evdə yaşamasına cavabdeh tərəfindən maneə yaradılması “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından mənzil hüququna müdaxilə kimi qiymətləndirilməli və o mübahisəli evə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı və yetkinlik yaşına çatmayan övladı 07 avqust 2007-ci il təvəllüdlü X9 ilə birlikdə ünvan 2da yerləşən 200 kv.m torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə köçürülsün və həmin evdən istifadəsinə cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılsın. Mediasiya üçün ödənilmiş 60 manat rüsum və 40 manat dövlət rüsumu cavabdehdən tutularaq idiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-4263/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4263/2024
09.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver