Məhkəmə qərarları › İş №2(008)-4276/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4276/2025

10.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4276/2025 10.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “miras payının əlavə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “miras payının əlavə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, X5 və Cavabdeh4 mərhum ataları X4 qalmış ünvan 2 (yeni qaydalarla: AZ 1135, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan ibarət mirasdakı paylarının qanun üzrə vərəsə olaraq onun payına əlavə edilməsi barədə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, ünvan 2 (yeni qaydalarla: AZ 1135, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak atası X7 məxsus olmuş və onun xx.xx.2012-ci il tarixdə ölümündən sonra miras qalmışdır. O, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinə müraciət edib, mərhum atası X4 qalan mirası qəbul etməklə yanaşı, mirasqoyanın ondan başqa Cavabdeh2, X5 və Cavabdeh4 adlı vərəsələrinin də olduğu barədə notariat orqanına məlumat verdiyindən, miras əmlakın onun adına (anası - X2 da öz miras payını ona bağışlaması nəticəsində) yalnız 2/5 hissəsinə xx.xx.2023-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmiş, mirasın 3/5 hissəsi isə digər vərəsələrin qəbul etmələri üçün mərhum atası X6 adında açıq saxlanmışdır. Lakin həmin vaxtdan uzun müddət keçməsinə (müəyyən edilmiş müddətlər daxilində) baxmayaraq, bacıları Cavabdeh2, X5 və Cavabdeh4 mirası nə qəbul etmiş, nə də ondan imtina etmişlər. Bacıları Cavabdeh2, X5 və Cavabdeh4 mərhum ataları X4 qalmış mirası qəbul etmədiklərindən və ondan imtina etmədiklərindən, bununla da vərəsə olaraq susduqlarından onların ataları X4 qalmış mirasdakı paylarının qanun üzrə vərəsə olaraq onun payına əlavə edilməsi üçün əsas yaranmışdır. Buna görə də, xx.xx.2025-ci il tarixdə 5 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisinə müraciət edərək, bacıları Cavabdeh2, X5 və Cavabdeh4 ataları X4 qalmış mirasdakı paylarının qanun üzrə vərəsə olaraq onun payına əlavə edilməsini xahiş etmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X3 isə xx.xx.2025-ci il tarixli 937 saylı məktubu ilə müvafiq notariat hərəkətlərini aparmaqdan imtina etmişdir. Notariat orqanı imtinasını onunla əsaslandırmışdır ki, "...faktiki qəbul olduğu üçün mərhum X6 övladları Cavabdeh2, X5 və Cavabdeh4 payları açıq saxlanılacaqdır. Bu baxımdan müracətinızin təmin olunması mümkün olmamışdır." Bildirir ki, yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinin əksinə olaraq, bacıları Cavabdeh2, X5 və Cavabdeh4 mirasın açıldığı vaxtdan hal-hazıradək (qanunla müəyyən edilmiş müddətlər daxilində) nə notariat ofisinə ataları X4 qalmış mirası qəbul etdikləri barədə ərizə vermiş, nə də miras əmlaka sahiblik etmiş və ya miras əmlakı idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Onlar mirası qəbul etmədiklərindən, notariusun notariat hərəkətlərini aparmaqdan imtinası qanunsuz olmuşdur. Bundan başqa, mirasın digər vərəsələrin qəbul etmələri üçün qeyri-müəyyən müddətə açıq saxlanması onun mirası qəbul etmiş vərəsə olaraq mülkiyyətçi hüquqlarını həyata keçirməyinə də maneə olur. Belə ki, həmin evin yerləşdiyi torpaq sahəsini özəlləşdirə bilmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi sözügedən əmlak üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edir və imtinanın səbəbi kimi torpaq sahəsinin sənəd üzərində səhəsinin 0,1480 ha, faktiki olaraq 0,1427 ha olmasını, onun tərəfindən torpaq sahəsinin azalmasına dair razılıq ərizəsi verilməsinə baxmayaraq, digər payçılar tərəfindən belə ərizənin verilməməsini qeyd edir. Bacıları ailə həyatı qurduqdan sonra Azərbaycandan köçüb getmişlər. Sonuncu dəfə 2012-ci ildə atalarının dəfn mərasimində iştirak etmək üçün gəlmişlər. Ondan sonra bacılarını görəməmişdir. Onda olan məlumata görə, bacıları Türkiyə vətəndaşlığını qəbul etmişlər. Göstərilənlərə əsasən, iddiaçı tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdə anadan olmuş, atası X10, anası X1r. - Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2012-ci il tarixdə ağ ciyər ödəmi səbəbindən vəfat etmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 (yeni qaydalarla: AZ 1135, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2/5 hissəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində İddiaçı xüsusi paylı mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, lakin 3/5 hissəsi açıq qalmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsinin sənəd üzrə sahəsinin 0,1480 ha qeyd edilsə də, faktiki 0,1427 ha təşkil etdiyi müəyyən edilmişdir. Fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə qeydiyyata alındığından digər payçının vərəsələri tərəfindən torpaq sahəsinin azalmasına dair razılıq ərizələrinin təqdim edilməsi məqsədəuyğundur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016cı il tarixli 818 nömrəli Fərmanının 2.3.2-ci bəndinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsi mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında həyata keçirilir. - 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin 937 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Buna görə də, faktiki qəbul olduğu üçün mərhum X6 övladları Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 payları açıq saxlanılacaqdır. Bu baxımdan, müracətin təmin olunması mümkün olmamışdır. - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçıdur və o miras əmlakdan 2/5 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Baki Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X7 verilmiş **********88-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ünvan 2 (yeni qaydalarla: AZ 1135, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 124.2 kv/m olan fərdi yaşayış evindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi **********FJ30504 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2 (yeni qaydalarla: AZ 1135, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altındadeyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Yerdə qalan 3/5 hissə pay açıq saxlanılır. - 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariat işində olan xx.xx.2023cü il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, X2 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində açılmış vərəsəlik işinə əsasən miras qoyan X4 qalmış mirası payını vərəsə sırasından olan İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Həmin Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 1273-1-ci maddəsinə əsasən, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, ünvan 2 (yeni qaydalarla: AZ 1135, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak iddiaçının atası X7 məxsus olmuşdur. Mərhum xx.xx.2012-ci il tarixdə ölümüşdür. İddiaçı 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etdikdə, mərhum atası X4 qalan mirası qəbul etməklə yanaşı, mirasqoyanın ondan başqa Cavabdeh2, X5 və Cavabdeh4 adlı vərəsələrinin də olduğu barədə notariat orqanına məlumat vermişdir. İddiaçının adına (anası X2 da öz miras payını ona bağışlaması nəticəsində) miras əmlakın yalnız 2/5 hissəsinə xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, mirasın 3/5 hissəsi isə digər vərəsələrin qəbul etmələri üçün mərhum atası X6 adında açıq saxlanmışdır. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, bacıları (cavabdehlər) Cavabdeh2, X5 və Cavabdeh4 mirası nə qəbul etmiş, nə də ondan imtina etmişlər. Onlar ailə qurduqdan sonra Azərbaycandan köçüb getmiş, 2012-ci ildə atalarının ölümü ilə bağlı bir dəfə gəlsələr də, həmin vaxtdan sonra iddiaçı onları heç vaxt görməmişdir. Mirasın digər vərəsələrin qəbul etmələri üçün qeyri-müəyyən müddətə açıq saxlanması iddiaçının mirası qəbul etmiş vərəsə olaraq mülkiyyətçi hüquqlarını həyata keçirməyinə maneçilik törədir, iddiaçı həmin evin yerləşdiyi torpaq sahəsinin öz payına düşən hissəsini lazımi qaydada sənədləşdirə bilmir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2 və 1243.3-cü maddələrinə istinad edərək, cavabdehlərin miras əmlakda qeydiyyatda olmalarına əsaslanmaqla, onlar tərəfindən miras əmlakın faktiki qəbul olunduğunu bildirib müraciətin təmin olunmasından imtina etmişdir. Halbuki notarius qeydiyyatda qalmanın formal xarakter daşıdığını, cavabdehlərin xaricə köçüb orada yaşamaqla atalarının ölümdən sonra miras əmlakdan hər hansı formada istifadə etmədiklərini nəzərə almamışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, miras əmlakda formal olaraq qeydiyyatda qalma həmin əmlaka sahiblik etmək və ya əmlakı idarə etmək sayıla bilməz. Qeyd edilənləri nərəzə alaraq məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2, X5 və Cavabdeh4 mərhum ataları X4 qalmış ünvan 2 (yeni qaydalarla: AZ 1135, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan ibarət miras paylarını qəbul etməmiş hesab edilməli, onların miras əmlakdakı 3/5 hissədəki payları İddiaçı miras payına əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, X5 və Cavabdeh4 mərhum ataları X4 qalmış ünvan 2 (yeni qaydalarla: AZ 1135, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan ibarət miras paylarını qəbul etməmiş hesab edilsinlər. Cavabdehlər Cavabdeh2, X5 və Cavabdeh4 mərhum ataları X4 qalmış ünvan 2 (yeni qaydalarla: AZ 1135, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan ibarət mirasdakı 3/5 hissədə payları İddiaçı 2/5 hissədən ibarət miras payına əlavə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar