Məhkəmə qərarları › İş №2(008)-4291/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4291/2022

26.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4291/2022 26.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun, yəni xx.xx.1967-ci ildə Gürcüstan SSR, Adigen rayonu, Abastumani kəndində anadan olmuş Ərizəçi Semyanovnanm heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, Ərizəçi Semyanovna xx.xx.1967-ci ildə Gürcüstan SSR, Adigen rayonu, Abastumani kəndində anadan olmuşdur. 1988-ci ildə məlum hadisələrlə əlaqədar Azərbaycan Respublikasına gəlmişlər və ünvan 1 evin, 108 saylı ünvanda yaşamağa başlamışlar. Həmin mənzil onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və o, həmin mənzildə qeydiyyatda olmuşdur. Onun şəxsiyyətini təsdiq edən SSR vtəndaşının pasportu olmuş və hal-hazırda da əsli ondadır. Lakin 17 may 1997-ci il tarixdə mükiyyətində olan ünvan 2 evin, 108 saylı ünvanda yerləşən mənzili satmaq məcburiyyətində qalmış və həmin vaxtdan Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşamağa başlamışdır. Qeydiyyata düşməyə ünvanı olmadığından, hal-hazırkı vaxtadək şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Laskin SSR vətəndaşının pasportunda onun ünvan 2 evin, 108 saylı ünvanda qeydiyyatda olmağı təsdiq olunur. Lakin hal-hazırda şəxsiyyət vəsiqəsi almaq üçün 5 saylı Bakı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına müraciət edən zaman, ona Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edildiyi qeyd edilmişdir. Lakin o, 1988-ci ildən daimi olaraq Azərbaycan Respublikasında yaşayır, Azərbaycan Respublikasının vətəndaşı ilə rəsmi nikaha daxil olmuş və Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları vardır. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, ərizə tələbinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbədar edilməsinə baxmayaraq məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi, İnzibati Ərazi Dairəsi Üzrə Nümaynəndəliyinin 274 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatındakı 28 saylı ev X1 məxsusdur, həmin evdə X3 qeydiyyatsız yaşayır. - İş materiallarında olan Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli ******* saylı arayışdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X2 14132/m nömrəli, xx.xx.2021-ci il tarixli müraciətinə baxaraq onun «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. - İş materiallarında olan SSR-nin xx.xx.1985-ci il tarixli pasportunun surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci ildə Gürcüstan Respublikasının Adgen rayonu Abastumani qəsəbəsində anadan olmuşdur. - İş materiallarında Vİ-ЖГ 497843 seriyalı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Ərizəçi arasındakı nikah 10 dekabr 1998-сi ildə Bakı şəhərində bağlanmışdır. - İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı 079031 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsindəki 08 saylı evin 108 saylı mənzilinin mülkiyyətçisi Ərizəçidır. - İş materiallarında olan Vİ-Tİ seriyalı 281701 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-сi ildə Gürсüstan Respublikasının Adgen rayonu Abastumani qəsəbəsində anadan olmuşdur. - AZ İİ 481162 saylı səkkizillik təhsil haqqında şəhadətnamədən görünür ki, Ərizəçi Bakı şəhəri Şamuyan rayonu 46 nömrəli ф/к orta məktəbi oxumuş və səkkizinci sinifi kafi bitirmişdir. - Azərbaycan Respublikasının MPM-nin 30.2.10-1-ci maddəsinə əsasən məhkəmə“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 12-ci bəndinə əsasən Məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 12.1-ci bəndinə əsasən bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Belə sənədlər əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310.2-ci maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Həmin qəraraın 12.2-ci bəndinə əsasən Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin) nümayəndəsinin iştirakı məcburidir. Beləliklə mıəhkəmə araşdırılması zamanı məlum olur ki, ərizəçi 1967-ci il tarixdə Gürcüstan SSR Adigen rayonu, Abastumani qəsəbəsində doğulmuşdur. Mülki işin matriallarına əlavə edilmiş sənədlərdə o səkkiz illik təhsilin Azərbaycan Respublikası ərazisində alması, həmçinin onun Azərbaycan Respublikası ərazisində ailə qurması müəyyən edilir. Lakin o, öz doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini sübut edə bilmədiyindən ərizə təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “heç bir dövlətin vətəndaşlığına mənsub olmama və Azərbaycan Respublikasında daimi yaşama faktının müəyyən edilməsi” tələbinə dair ərizə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar