Məhkəmə qərarları › İş №2(008)-4295/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4295/2021

05.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4295/2021 05.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, Cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehlər Cavabdeh1 qızı, Cavabdeh2 və "xxxx" KB ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin mülkiyyətinə qaytarılması tələbinə dair iddia ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 qızı, Cavabdeh2 və "xxxx" KB ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 fevral 2015-ci il tarixdə Cavabdeh1 qızı və "xxxx" KB ASC arasında bağlanmış 099UGİ/15/2 №-li ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bədəlov İddiaçı Nona Tanrıverdi qızı ilə nikahda olduğu dövrdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal küçəsində olan, ev 3, 109 saylı mənzili əldə etmişdir. İddiaçı 2015-ci ildə arvadına etibarnamə vermişdir. Bir müddət əvvəl ona məlum olmuşdur ki, arvadı onun xəbəri və razılığı olmadan dayısı Cavabdeh2 "xxxx" KB ASC-dən götürdüyü kreditin təminatı olaraq ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 yalnız öz payına dair razılıq verə bilərdi. Bundan başqa, ipoteka müqaviləsində kredit müqaviləsinin, götürülmüş kreditin şərtləri göstərilməmişdir.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.07.2019-cu il tarixli qərarına əsasən kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Hazırki ipoteka müqaviləsində öhdəliyin şərtləri, təsviri, ipoteka müqaviləsinin qüvvədə olma müddəti göstərilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin iddiaçı məhkəməyə teleqramma ilə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə adları çəkilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştiark edən cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. "xxxx" KB ASC (sonradan – Bank) ilə Cavabdeh2 arasında 28.01.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh2 1 000 000 manat məbləğində 120 ay müddətinə əlavə kredit bağlanılmamaqla kredit verilmişdir. Bankla İddiaçı arasında 07.02.2015-ci il tarixli 099UGİ/15-2 №-li ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal küçəsində olan, ev 3, 109 saylı mənzili kredit müqaviləsi üzrə olan öhdəlikləinin təminatı qismində ipoteka ilə yüklü etmişdir. Müqaviləni etibarnaməyə əsasən Cavabdeh1 T. İmzalamışdır. Hazırda iddiaçı həmin müqavilənin etibarsız hesab edilməsini istəyir. İddiasının hüquqi əsası ondan ibarətdir ki, arvadı onun xəbəri və razılığı olmadan evi verdiyi etibarnamə əsasında ipoteka ilə yüklü etmişdir və ipoteka müqaviləsi Konstitusiya Məhkəməsi Plenumunun 25.07.2019-cu il tarixli qərarına uyğun tərtib edilməmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanunsuz və əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. İdiaçı verdiyi etibarnəmənin qanuniliyini mübahisələndirməmişdir. Göründüyü kimi, iddiaçı arvadına etibarnamə verdiyi zaman artıq onun adından bütün əqdəlrin bağlanmasına öz razılığını vermişdir və əlavə razılığın alınması bu zaman tələb edilmir. Digər hala dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11.10.2019-cu il tarixlə Qərardadına əsasən Konstitusiya Məhkəməsi Plenumunun 25.07.2019-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelər həmin Qərarın qüvvəyə minməsindən sonra yaranan münasibətlərə şamil edilir. Mübahisə predmeti olan ipoteka müqaviləsi isə 2015-ci ildə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia rədd edlməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 qızı, Cavabdeh2 və "xxxx" KB ASC-yə qarşı 07 fevral 2015-ci il tarixdə Cavabdeh1 qızı və "xxxx" KB ASC arasında bağlanmış 099UGİ/15/2 №-li ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar