Məhkəmə qərarları › İş №2(008)-4304/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4304/2023

01.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4304/2023 01.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı "xx.xx.2014cü ildə vəfat etmiş babası X1 miras qalmış əmlakın - Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi XX Qurultay küçəsi ev 18-in qəbul edilməsi müddətinin uzadılması" barədə iddiasına dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı "xx.xx.2014-cü ildə vəfat etmiş babası X1 miras qalmış əmlakın - Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi XX Qurultay küçəsi ev 18-in qəbul edilməsi müddətinin uzadılması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə məhkəmənin hazırlıq iclası zamanı İddiaçı və onun nümayəndəsi Vəkil məhkəməyə ərizə verərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsində deyilir ki, bu Məcəllənin 254, 255, 261.0.1 - 261.0.3 və 261.0.6 - 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia ərizəsi geri qaytarılmalı, eyni zamanda, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı "xx.xx.2014-cü ildə vəfat etmiş babası X1 miras qalmış əmlakın - Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi XX Qurultay küçəsi ev 18-in qəbul edilməsi müddətinin uzadılması" barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron Məhkəmə" İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar