Məhkəmə qərarları › İş №2(008)-4322/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4322/2025

26.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4322/2025 26.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və 4 saylı Bakı “ASAN” xidmət mərkəzinin notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 4 saylı Bakı “ASAN” xidmət mərkəzinin notariat ofisinə qarşı Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 4 saylı Bakı Cavabdeh1ndə notarial ofisi tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2025-ci il tarixli, 2V-143 nömrəli, 2V-144 nömrəli, 2V-145 nömrəli, 2V-146 nömrəli, 2V-147 nömrəli, 2V-148 nömrəli, 2V-149 nömrəli, 2V-150 nömrəli, 2V-151 nömrəli, 2V-152 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1999-cu il tarixdə dünyaya gəlmişdir. X1 və X6 rəsmi nikahları olmasa da, o, faktiki olaraq uzun illər ailə münasibətlərində yaşamışlar. Hətta valideynləri faktiki nikah dövründə olarkən onun bir bacısı da, xx.xx.1999-cu il təvəllüdlü X8 dünyaya gəlmişdir. Atası birgə nikah dövründə olarkən onlara atalığını vermiş, daim ailə münasibətində yaşamışlar və valideynləri ayrıldıqdan sonra da daima atası ilə ünsiyyətdə olmuşdur. Hətta ayrılmaqlarına baxmayaraq atası daim ailəsi ilə ünsiyyətdə qalmış və əlaqə saxlamışdır. Ata tərəf qohumları ilə də əlaqəsi vardır. X2 xx.xx.2024-cü il tarixində dünyasını dəyişmişdir. Yas mərasimi ilə bağlı işləri yoluna qoyduqdan sonra o, vərəsəlik işlərini həll etmək istəyərkən ona məlum olmuşdur ki, valideynləri rəsmi nikahlarının olmaması səbəbilə atalığın məhkəmə tərəfindən müəyyən olunması zəruridir. Bundan sonra, atalığın müəyyən olunması faktının tanınması tələbinə dair müraciət etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-313/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilərək, xx xxxxxx 1999-cu il təvəllüdlü İddiaçı (onun) X2 olması faktı müəyyən edilmişdir. Həmin qətnamənin icrası ilə bağlı cavabdehə müraciət edərkən ona bildirilmişdir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs - əmisi (digər əmi və bibilərim) həmin məhkəmə qətnaməsindən əsassız yerə apellyasiya şikayəti vermişdir. İş hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Azad İmanovun icraatındadır. Nəzərə çatdırmaq istərdi ki, əldə etdiyi məlumata əsasən cavabdeh notariat ofisi tərəfindən heç bir araşdırma aparılmadan, məhkəmədə atalığın tanınması ilə bağlı iş getdiyi halda mərhum X2ndan miras qalmış əmlaklara dair ümumi müddətlər bitmədən əmisi Cavabdeh2 xx.xx.2025-ci il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən qanun pozuntusuna yol verilməklə Cavabdeh2 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr tamamilə qanunsuz və əsassızdır. Belə ki, o, birinci dərəcəli varisdir və bunu nəzərə almadan Cavabdeh2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi onun konstitusion hüququ olan vərəsəlik hüququnun pozulması ilə nəticələnmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan əmisi özü də notariat kontoruna birinci dərəcəli varis olmağı barədə cavabdehə heç bir məlumat vermədən miras əmlakları ələ keçirməyə çalışmışdır. Hətta onda olan məlumata əsasən mərhum atasının banklarda da müxtəlif hesablarda vəsaiti olmuş, lakin həmin vəsaitləri həmin vaxt işləri ilə əlaqədar əmilərinin adına açdırırdı. Hazırda isə həmin vəsaitlərdən heç bir xəbər olmamaqla bərabər əmisi onun haqqı olan miras əmlakdan da məhrum etməyə çalışır. O, guya ona miras əmlakdan pay verəcəyini bildirsə də, hazırda sərt mövqe tutmuşdur. Cavabdehə müraciət edərək, üçüncü şəxsin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsini xahiş etsə də, cavabdeh təqdim etdiyi xx.xx.2025-ci il tarixli imtina məktubu ilə bununla bağlı məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, şəhadətnamələrin verildiyi şəxsin Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə məhkəmə ərizə ünvanlayaraq təhsil məzuniyyətində olmağı ilə əlaqədar iş üzrə məhkəmə iclasında iştirak edə bilmədiyindən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Digər cavabdeh 4 saylı Bakı “ASAN” xidmət mərkəzinin notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100.60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə doğulmuşdur. - AZ-İ seriyalı 149732 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X10, anası X11r. - Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-313/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən ərizə təmin edilmiş, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı atasının X9 olması müəyyən edilmiş, doğum haqqında akt qeydləri kitabında soyadı “Salamov”, adı "Abdulla”, ata adı “Rövşən”, ata qrafasında - “X9” (milliyyəti azərbaycanlı), ana qrafasında - “X13” (milliyyəti azərbaycanlı) göstərilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2345/2025 nömrəli 14 may 2025-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)- 313/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-2581/2025 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2345/2025 nömrəli 14 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minir. - AZ-İV seriyalı, 957079 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində doğulmuşdur, X2, anası X11r. - AZ-İİ seriyalı 462992 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölmüşdür. - xx.xx.2025-ci il tarixli 2V-143 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi qardaşı Cavabdeh2dur və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak xx.xx.2020-ci il tarixli AD839087 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WF0UXXTTPUDA25410, mühərrikin nömrəsi və buraxılış ili 2013-cü il olan FORD TOURNEO CONNECT YÜK markalı 10OM955 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - xx.xx.2025-ci il tarixli 2V-144 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi qardaşı Cavabdeh2dur və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak xx.xx.2015-ci il tarixli AC470128 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WBAFA91006LH73911, mühərrikin nömrəsi 50403844 və buraxılış ili 2006-cı il olan BMW X-5 MİNİK markalı 10OD955 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - xx.xx.2025-ci il tarixli 2V-145 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi qardaşı Cavabdeh2dur və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak xx.xx.2013-cü il tarixli AC010021 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2100651B182765, mühərrikin nömrəsi - və buraxılış ili 2000-ci il oian MERCEDES E320 MİNİK markalı 10OG955 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - xx.xx.2025-ci il tarixli 2V-146 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi qardaşı Cavabdeh2dur və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak xx.xx.2020-ci il tarixli AD839086 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WBAKB01000CY38512, mühərrikin nömrəsi 90044643 və buraxılış ili 2009cu il olan BMW 760Lİ MİNİK markalı 10DO955 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - xx.xx.2025-ci il tarixli 2V-147 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi qardaşı Cavabdeh2dur və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak xx.xx.2023-cü il tarixli BB424108 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB4632721X234921, mühərrikin nömrəsi **********1032 və buraxılış ili 2015-ci il olan MERCEDES BENZ G63 AMG MİNİK markalı 10XX112 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - xx.xx.2025-ci il tarixli 2V-148 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi qardaşı Cavabdeh2dur və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak xx.xx.2022-ci il tarixli BA230933 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi mühərrikin nömrəsi N/Z SİL və buraxılış ili 2009-cu il olan DAEWOO BC212 AVTOBUS markalı 99ND326 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - xx.xx.2025-ci il tarixli 2V-149 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi qardaşı Cavabdeh2dur və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak xx.xx.2022-ci il tarixli BA230961 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi - mühərrikin nömrəsi N/Z SİL və buraxılış ili 2009-cu il olan DAEWOO BC212 AVTOBUS markalı 99MJ449 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - xx.xx.2025-ci il tarixli 2V-150 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi qardaşı Cavabdeh2dur və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak xx.xx.2022-ci il tarixli BA226693 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi mühərrikin nömrəsi N/Z SİLİNME və buraxılış ili 2009-cu iİ olan DAEWOO BC212 AVTOBUS markalı 99R0831 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - xx.xx.2025-ci il tarixli 2V-151 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi qardaşı Cavabdeh2dur və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak xx.xx.2024-cü il tarixli BA415812 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KNCSJX71AM7530525, mühərrikin nömrəsi J2843513 və buraxılış ili 2021-ci il oian KİA FRONTİER-PU XÜSUSİ.TƏY. markalı 10OL955 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - xx.xx.2025-ci il tarixli 2V-152 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi qardaşı Cavabdeh2dur və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak xx.xx.2022-ci il tarixli BA219241 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WBADD61070BR28557, mühərrikin nömrəsi və buraxılış ili 1997-ci il olan BMW 528 minik markalı 10UA755 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - 4 saylı Bakı “ASAN” xidmət mərkəzinin notariat ofisinin 1162 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaklara dair verilmiş vərəsəlik şəhadətnamələrinin ləğvi ilə bağlı xx.xx.2025-ci il tarixli müraciətinə baxılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1136-cı maddəsinə əsasən nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalığın tanınması faktı məhkəmə qaydasında müəyyən oluna bilər. Yuxarıda qeyd edilənlərə əsasən xx.xx.2024-cü il tarixdə vəfat etmiş X5 anası X13 ilə nikahının olmaması və qanunla müəyyən edilmiş qaydada atalığın müəyyən edilməməsi, yəni, atalığın müəyyən edilməsi haqqında şəhadətnamə olmadığından atalığın müəyyən edilməsi faktı ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi təqdim edildikdən sonra müraciətə yenidən baxılması təkrar diqqətə çatdırılır. Əlavə olaraq bildirilir ki, atalıq müəyyən olunduqdan sonra vərəsəlik şəhadətnamələrinin ləğvi ilə bağlı məhkəməyə müraciət etməlidir. Məhkəmə hesab edir ki, ilkin olaraq xx.xx.2024-cü il tarixdə vəfat etmiş X3 qalmış miras əmlakla bağlı tələbə hüquqi qiymət verilməlidir. Belə ki, Salamov (Paşayev) Abdulla Rövşən oğlu xx.xx.1999-cu il tarixdə Bakı şəhərində doğulmuşdur, X2, anası X11r. Valideynlərinin rəsmi nikahı qeydə alınmamış və atalıq müəyyən edilməmişdir. X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Atası öldükdən sonra İddiaçı miras əmlak barədə qanun üzrə vərəsəlik hüququnu rəsmiləşdirmək istəmiş, lakin X5 anası X13 ilə nikahının olmaması və qanunla müəyyən edilmiş qaydada atalığın müəyyən edilməməsi səbəbindən notariat ofisi tərəfindən vərəsə sayılmamışdır. Daha sonra iddiaçı tərəfindən “atalığın etiraf edilməsi faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edilmiş və nəticədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e- 2(009)-313/2025 nömrəli 28 yanvar 2025-ci il tarixli qətnaməsi ilə ərizənin təmin edilərək, xx xxxxxx 1999-cu il təvəllüdlü İddiaçı atasının X9 olmasının müəyyən edilməsi qət edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəyə minmişdir. Bununla da Salamov (Paşayev) Abdulla Rövşən oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmiş X5 birinci növbə vərəsəsi sayılır. İddiaçının tələbi ondan ibarətdir ki, sözügedən miras əmlak barədə qanun üzrə vərəsəlik hüququ rəsmiləşdirilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, nəticədə isə o, miras payından məhrum edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni mirasın açıldığı xx.xx.2024-cü il tarixdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1136. Nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun. Əgər həmin uşaq atasından əvvəl ölərsə, onun uşaqları atalarına çatası mirasdan pay tələb edə bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1300-cü maddəsinə əsasən əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. İş üzrə aparılan məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 qardaşının özündən əvvəlki birinci növbə vərəsəsi Salamov (Paşayev) Abdulla Rövşən oğlunun olduğunu və onun olduğu yeri bildiyi halda, yalnız özü notariat ofisinə müraciət etmiş, birinci növbə vərəsəni, yəni iddiaçını notariusdan gizlətmişdir. Notariat ofisi isə qanunun tələblərini pozaraq, digər vərəsələrin müəyyənləşdirilməsi üçün hər hansı tədbir görməmiş, onları vərəsəliyə çağırmamış, Cavabdeh2 yeganə vərəsə kimi tanıyaraq, adına miras əmlaka dair xx.xx.2025-ci il tarixdə 2V-143 nömrəli, 2V-144 nömrəli, 2V-145 nömrəli, 2V-146 nömrəli, 2V-147 nömrəli, 2V-148 nömrəli, 2V-149 nömrəli, 2V-150 nömrəli, 2V-151 nömrəli, 2V-152 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr vermişdir. Halbuki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin”. Həmin qərarda qeyd olunmuşdur ki, Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndindən irəli gələrək vurğulamışdır ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 4 saylı Bakı “ASAN” xidmət mərkəzinin notariat ofisi tərəfindən Cavabdeh2 adına xx.xx.2025-ci il tarixdə verilmiş 2V-143 nömrəli, 2V-144 nömrəli, 2V-145 nömrəli, 2V-146 nömrəli, 2V-147 nömrəli, 2V-148 nömrəli, 2V-149 nömrəli, 2V-150 nömrəli, 2V-151 nömrəli, 2V-152 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. 4 saylı Bakı “ASAN” xidmət mərkəzinin notariat ofisi tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2025-ci il tarixli 2V-143 nömrəli, 2V-144 nömrəli, 2V-145 nömrəli, 2V-146 nömrəli, 2V-147 nömrəli, 2V-148 nömrəli, 2V-149 nömrəli, 2V-150 nömrəli, 2V-151 nömrəli, 2V-152 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar