Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4336/2021 15.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı Tapdıq oğlunun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 QSC-nin nümayəndəsi X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Tapdıq oğlunun cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 qarşı iddiaçı tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3, X7, X6, Bakı şəhər Sabunçu rayon İcra şöbəsi cəlb edilməklə “əqdin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Tapdıq oğlu cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 qarşı iddiaçı tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3, X7, X6, Bakı şəhər Sabunçu rayon İcra şöbəsi cəlb edilməklə “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 QSC ilə onun və Cavabdeh2 arasında bağlanmış 12 sentyabr 2018-ci il tarixli barışıq sazişinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə 24 may 1989-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 17 sentyabr 1989-cu il təvəllüdlü X6 və 26 oktyabr 1990-cı il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Cavabdeh2 ilə birgə nikah dövründə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 38 f nömrəli fərdi yaşayış evini, Sumqayıt şəhəri, 21-ci mikrorayonda 0,055 ha torpaq sahəsində yerləşən 306/1 nömrəli fərdi yaşayış evini, Sumqayıt şəhəri Koroğlu prospekti, 6 ünvanında 0,294735 ha torpaq sahəsini və həmin sahədə yerləşən 1134,6 kv.m qeyri-yaşayış sahəsini əldə etmişlər. Sonradan Sumqayıt şəhəri Koroğlu prospekti, 6 ünvanında 0,294735 ha torpaq sahəsində yerləşən 1134,6 kv.m qeyri-yaşayış sahəsini sökərək orada Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 25 noyabr 2011 -ci il tarixli sərəncamı əsasında 6000 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi inşa etdirmişdir. "xxxx" QSC-dən 2.880.000 ABŞ dolları (2.199.660 manat) məbləğində kredit götürmüşdür. Devalivasiya nəticəsində borcu 6.000.000 manatdan çox olmuşdur. O, sahibkar olmaqla 142 nəfər işçi işlədir ki, bu da 142 ailənin dolanması deməkdir. Banka borcu ödəyə bilmədiyi üçün "xxxx" QSC Korrupsiyaya qarşı mübarizə Baş idarəsinə müraciət etmiş və onların təklif etdiyi sazişi imzalamayacağı halda bank onu həbs etdirəcəyi ilə hədələmişdir. Məcbur olaraq 12 sentyabr 2018-ci ildə barışıq sazişi imzalamışdır. Cavabdeh "xxxx" QSC ilə onun, X7, Cavabdeh2 və X6 arasında 12 sentyabr 2018-ci il tarixdə aşağıdakı şərtlərlə barışıq sazişi bağlanmışdır: Borclular bu Saziş bağlanan tarixə Banka 7 (yeddi) ədəd kredit razılaşması, (bundan sonra “Kredit Razılaşmaları”) üzrə cəmi 2778041,36 ABŞ Dolları əsas borc (sonradan ödənilmiş məbləğlər əsas borcdan silindikdən sonra), 815004,87 ABŞ Dolları faiz borcu və hər bir kredit üçün 50 (əlli) ABŞ Dolları, cəmi 350 ABŞ Dolları cərimə borcu olmaqla Banka cəmi 3 593 396 (üç milyon beş yüz doxsan üç min üç yüz doxsan altı) ABŞ Dolları 23 (iyirmi üç) sent məbləğində borclarının olmasını etiraf edirlər: 003R********** saylı kredit razılaşması üzrə 80375,45 ABŞ Dolları əsas borc, 51715,78 ABŞ Dolları faiz borcu və 50 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 132141 (yüz otuz iki min yüz qırx bir ) ABŞ dolları 23 (iyirmi üç) sent, 03R000017320 saylı kredit razılaşması üzrə 205734,47 ABŞ Dolları əsas borc, 55411,30 ABŞ Dolları faiz borcu və 50 ABŞ Dolları cərimə olmaqla, cəmi 261195 (iki yüz altmış bir min yüz doxsan beş) ABŞ dolları 77 (yetmiş yeddi) sent, 03R000024765 saylı kredit razılaşması üzrə 189817,64 ABŞ Dolları əsas borc, 52521,66 ABŞ Dolları faiz borcu və 50 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 242 389 (iki yüz qırx iki min üç yüz səksən doqquz) ABŞ dolları 30 (otuz) sent, 03R000026314 saylı kredit razılaşması üzrə 398809,80 ABŞ Dolları əsas borc, 111173,69 ABŞ Dolları faiz borcu və 50 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 510 033 (beş yüz on min otuz üç) ABŞ dolları 49 (qırx doqquz) sent, 03R000021150 saylı kredit razılaşması üzrə 1398070,41 ABŞ Dolları əsas borc, 405961,60 ABŞ Dolları faiz borcu və 50 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi ******* (bir milyon səkkiz yüz dörd bir min səksən iki) ABŞ dolları 01 (bir) sent, 03R000018724 saylı kredit razılaşması üzrə 406431,27 ABŞ Dolları əsas borc, 113369,94 ABŞ Dolları faiz borcu və 50 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 519 851 (beş yüz on doqquz min səkkiz yüz əlli bir ) ABŞ dolları 21 (iyirmi bir) sent, 003K**********20 saylı kredit razılaşması üzrə 98 802 ABŞ Dolları əsas borc, 24850,90 ABŞ Dolları faiz borcu və 50 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 123 703 (yüz iyirmi üç min yeddi yüz üç) ABŞ dolları 22 (iyirmi iki) sent.
2. Tərəflərin qarşılıqlı razılığı ilə İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 21-ci mikrorayonda 0.055 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 126,83 m2 yaşayış, 131.77 m2 köməkçi sahədən ibarət 306/1 nömrəli fərdi yaşayış evinin bazar qiyməti 270 000 ( iki yüz yetmiş min) manat, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,294735 ha torpaq sahəsinin üzərindəki tikililər (şadlıq sarayı) ilə birlikdə bazar qiyməti 5 400 000 (beş milyon dörd yüz min) manat və Cavabdeh2, X6 və X4 birgə mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsində 0,06 ha torpaq sahəsi və bu torpaq sahəsində yerləşən 207.1 m2 yaşayış, 157.7 m2 yardımçı, 364.8 m2 ümumi sahədən ibarət 2 mərtəbəli 7 otaqlı 38f nömrəli fərdi yaşayış evinin bazar qiyməti 320 000 (üç yüz iyirmi min) manat müəyyən olunur.
3. Borclular Kredit Razılaşmaları üzrə Banka olan ******* (iki milyon yeddi yüz yetmiş səkkiz min qırx bir) ABŞ Dolları 36( otuz altı) sent məbləğində əsas borc və 815 004 (sekkiz yüz on beş min dörd) ABŞ Dolları 87(səksən yeddi) sent məbləğində faiz borcunun, cəmi ******* (üç milyon beş yüz doxsan üç min qırx altı) ABŞ Dolları 23 (iyirmi üç) sentməbləğində borc qarşılığında bu Sazişin 2-ci bəndində qeyd edilən əmlakları Bankın mülkiyyətinə verirlər və əmlakların toplam dəyəri ilə borc öhdəliyi arasında yaranmış 69516 (altmış doqquz min beş yüz on altı) ABŞ Dolları 82 (səksən iki) sent fərqi 2018-ci il 25 sentyabradək Banka ödəməyi öhdəsinə götürürlər. Bank isə cəmi dəyəri ******* (beş milyon doqquz yüz doxsan) manat olan həmin əmlakları mülkiyyətinə qəbul edir və bunun müqabilində borcluların hesablanmış cərimə borcunu tələb etməkdən imtina edir. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,294735 ha torpaq sahəsinin üzərindəki tikililərə (şadlıq sarayı) hüquqlarından Bankın xeyrinə imtina edir, həmin tikililərin Bankın adına rəsmiləşdirilməsi üçün onun tərəfindən zəruri olan bütün hərəkətləri etməyi öhdəsinə götürür.
4. Bu Sazişin 2-ci bəndində qeyd edilən əmlaklar Bankın mülkiyyətinə keçdiyi tarixdə (yəni, Daşınmaz Əmlakın Dövlət Reyestrində Bankın adına qeydə alındığı tarixdə) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən ABŞ Dollarının manata qarşı mübadilə məzənnəsi 1.70 manatdan artıq olduqda həmin əmlakların razılaşdırılmış bazar qiyməti müvafiq olaraq ABŞ dolları ifadəsində azalacaq və nəticədə yaranacaq fərq Borclular tərəfindən Banka ödənilməlidir.
5. Borclular bu Sazişin şərtlərinə, o cümlədən Sazişin 6-cı bəndində nəzərdə tutulmuş ödəniş qrafikinə əməl etdiyi halda 27 May 2019-cu il tarixinədək Bank Borclulara bu Sazişin 2-ci bəndində qeyd edilən əmlakları satın almaqda üstünlük hüququnu və ya bu hüququ üçüncü şəxsə (və ya şəxslərə) ötürmək hüququnu, həmçinin həmin əmlaklardan istifadə hüququnu tanıyır. Borclular bu bənddə nəzərdə tutulmuş hüquqlarından istifadə etmədiyi təqdirdə, o cümlədən Sazişin 6-cı bəndində nəzərdə tutulmuş ödəniş qrafikinə əməl etmədiyi halda bu Sazişin 2-ci bəndində qeyd edilən əmlakları 25 iyun 2019-cu il tarixinədək boşaltmağı və Banka təhvil verməyi öhdəsinə götürürlər.
6. Borclular Sazişin 5-ci bənddə nəzərdə tutulmuş satın almaqda üstünlük hüququndan və ya bu hüququ üçüncü şəxsə (və ya şəxslərə) ötürmək hüququndan istifadə etmək üçün aşağıdakı plan üzrə Banka ödəniş etməlidirlər: 25 oktyabr 2018-ci il - 68 000 manat, 25 Noyabr 2018-ci il - 68 000 manat, 25 Dekabr 2018-ci il - 170 000 manat, 25 Yanvar 2019-cu il - 170 000 manat, 25 Fevral 2019-cu il - 221 000 manat, 25 Mart 2019-cu il - 272 000 manat, 25 Aprel 2019-cu il -272 821 manat, 27 May 2019-cu il - 4 748 179 manat, cəmi 5 990 000 (beş milyon doqquz yüz doxsan min) manat.
7. Borclular Sazişin 5-ci bənddə nəzərdə tutulmuş hüquqlarını həyata keçirə bilmədikdə, o cümlədən, Sazişin 6-cı bəndində nəzərdə tutulmuş ödəniş qrafikinə uyğun Banka ödənişlər etmədikdə və Bank əmlakları satışa çıxardıqda onların satışından əldə edəcəyi 5 990 000 (beş milyon doqquz yüz doxsan min) manatdan artıq vəsaiti İddiaçı ödəməyi öhdəsinə götürür. Bu zaman Sazişin 6-cı bəndində nəzərdə tutulmuş ödəniş qrafiki əsasında borcluların banka ödəmiş olduğu məbləğ nəzərə alınaraq 5 990 000 manatdan çıxılacaq.
8. Sazişin 2-ci bəndində qeyd edilən əmlakları Bankdan satın aldıqda əmlakın təqdim edilməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq Bankın ödəməli olduğu bütün vergilərin məbləğini Borclular Banka qaytarmalıdırlar.
9. Borclular bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər və bu zaman Sazişin 6-cı bəndində nəzərdə tutulmuş ödəniş qrafiki əsasında Banka ödənilmiş vəsaiti İddiaçı qaytarmağı öhdəsinə götürür.
10. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildikdən sonra DƏDRX-dən Daşınmaz Əmlak üçün Sazişdə qeyd olunan daşınmaz əmlakların dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarışın alınması üçün əsasdır.
11. Bu Sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır və tərəflər bu Sazişin bəndlərinə dair icra vərəqəsi verilərək icra olunması üçün müvafiq icra və Probasiya Şöbəsinə göndərilməsinə razıdırlar.
12. Sazişi təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu Saziş etibarlıdır və icrası məcburidir. Bu Sazişi 6 (altı) əsl nüsxədə Sumqayıt şəhərində, 12 Sentyabr 2018-ci il tarixdə imzalanmışdır. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin 08 avqust 2019-cu il tarixli qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş Sumqayıt şəhəri, 21-ci mikrorayonda 0,055 ha torpaq sahəsində yerləşən 306/1 nömrəli fərdi yaşayış evinin, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, inşaatçılar küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 38 f nömrəli fərdi yaşayış evinin, Sumqayıt şəhəri Koroğlu prospekti, 6 ünvanında 0,294735 ha torpaq sahəsinin və Sumqayıt şəhəri Koroğlu prospekti, 6 ünvanında 0,294735 ha torpaq sahəsində inşa edilmiş 6000 kv.m qeyri-yaşayış sahəsinin tikintisinə sərf edilmiş pul vəsaiti kimi 6.000.000 manat pulun və Sumqayıt şəhər Bələdiyyə Şurasının 28 yanvar 2003-cü il tarixli, 65 nömrəli protokolu ilə Sumqayıt baş dəmiryol stansiyası rayonu ərazisində ona ayrılmış 1,0 ha torpaq sahəsinə və həmin sahədə inşa edilmiş tikililərə sərf edilmiş 200000 manat pul vəsaitinə 1/2 hissədə Cavabdeh2, 1/2 hissədə onun payı müəyyən edilmişdir. Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin onu həbs etdirəcəyi ilə hədələməsi nəticəsində Cavabdeh1 QSC-nin təklif etdiyi sazişi imzaladığından hesab edir ki, barışıq sazişi etibarsız hesab olunmalı və ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı oğlunun nümayəndəsi və vəkili Vəkil bildirdi ki, barışıq sazişində nəzərdə tutulmuş Sumqayıt şəhərində yerləşən əmlaklarının birinə dair 2 çıxarış mövcuddur, həmin çıxarışlardan biri saxta digəri isə qanunidir, iddia ərizəsini müdafiə edərək iddia iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 QSC-nin nümayəndəsi X5 iddia ərizəsini qəbul etməyərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 və 3-cü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. - Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6032/2019 nömrəli, 08.08.2019-cu il tarixli qətnaməsinə əsasən birgə nikah dövründə əldə edilmiş Sumqayıt şəhəri, 21-ci mikrorayonda 0,055 ha torpaq sahəsində yerləşən 306/1 nömrəli fərdi yaşayış evinin, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 38f nömrəli fərdi yaşayış evinin, Sumqayıt şəhəri, Koroğlu prospekti, 6 ünvanında 0.294735 ha torpaq sahəsində inşa edilmiş 6000 kv.m qeyri-yaşayış sahəsinin tikintisinə sərf edilmiş pul vəsaiti kimi ******* (altı milyon) manat pulun və Sumqayıt şəhər Bələdiyyə Şurasının 28 yanvar 2003-cü il tarixli, 65 nömrəli protokolu ilə Sumqayıt baş dəmiryol stansiyası rayonu ərazisində cavabdehə ayrılmış 1,0 ha torpaq sahəsinə və həmin sahədə inşa edilmiş tikililərə sərf edilmiş pul vəsaiti kimi 200000 (iki yüz min) manatın ½ hissədə iddiaçı Cavabdeh2, ½ hissədə cavabdeh İddiaçı payları müəyyən edilməsi barədə qətnamə çıxarılmışdır. - İş matriallarına əlavə edilmiş Cavabdeh1 QSC ilə İddiaçı Tapdıq oğlu, Cavabdeh2, X7, X6 arasında bağlanmış 12.09.2018-ci il tarixli barışıq sazişindən görünür ki, aşağıdakı şərtlər əasında tərəflər arasında öhdəliyin icrasına dair barışıq sazişi bağlanmışdır: Borclular bu Saziş bağlanan tarixə Banka 7 (yeddi) ədəd kredit razılaşması, (bundan sonra “Kredit Razılaşmaları”) üzrə cəmi 2778041,36 ABŞ Dolları əsas borc (sonradan ödənilmiş məbləğlər əsas borcdan silindikdən sonra), 815004,87 ABŞ Dolları faiz borcu və hər bir kredit üçün 50 (əlli) ABŞ Dolları, cəmi 350 ABŞ Dolları cərimə borcu olmaqla Banka cəmi 3 593 396 (üç milyon beş yüz doxsan üç min üç yüz doxsan altı) ABŞ Dolları 23 (iyirmi üç) sent məbləğində borclarının olmasını etiraf edirlər: 003R********** saylı kredit razılaşması üzrə 80375,45 ABŞ Dolları əsas borc, 51715,78 ABŞ Dolları faiz borcu və 50 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 132141 (yüz otuz iki min yüz qırx bir ) ABŞ dolları 23 (iyirmi üç) sent, 03R000017320 saylı kredit razılaşması üzrə 205734,47 ABŞ Dolları əsas borc, 55411,30 ABŞ Dolları faiz borcu və 50 ABŞ Dolları cərimə olmaqla, cəmi 261195 (iki yüz altmış bir min yüz doxsan beş) ABŞ dolları 77 (yetmiş yeddi) sent, 03R000024765 saylı kredit razılaşması üzrə 189817,64 ABŞ Dolları əsas borc, 52521,66 ABŞ Dolları faiz borcu və 50 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 242 389 (iki yüz qırx iki min üç yüz səksən doqquz) ABŞ dolları 30 (otuz) sent, 03R000026314 saylı kredit razılaşması üzrə 398809,80 ABŞ Dolları əsas borc, 111173,69 ABŞ Dolları faiz borcu və 50 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 510 033 (beş yüz on min otuz üç) ABŞ dolları 49 (qırx doqquz) sent, 03R000021150 saylı kredit razılaşması üzrə 1398070,41 ABŞ Dolları əsas borc, 405961,60 ABŞ Dolları faiz borcu və 50 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi ******* (bir milyon səkkiz yüz dörd bir min səksən iki) ABŞ dolları 01 (bir) sent, 03R000018724 saylı kredit razılaşması üzrə 406431,27 ABŞ Dolları əsas borc, 113369,94 ABŞ Dolları faiz borcu və 50 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 519 851 (beş yüz on doqquz min səkkiz yüz əlli bir ) ABŞ dolları 21 (iyirmi bir) sent, 003K**********20 saylı kredit razılaşması üzrə 98 802 ABŞ Dolları əsas borc, 24850,90 ABŞ Dolları faiz borcu və 50 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 123 703 (yüz iyirmi üç min yeddi yüz üç) ABŞ dolları 22 (iyirmi iki) sent.
2. Tərəflərin qarşılıqlı razılığı ilə İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 21-ci mikrorayonda 0.055 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 126,83 m2 yaşayış, 131.77 m2 köməkçi sahədən ibarət 306/1 nömrəli fərdi yaşayış evinin bazar qiyməti 270 000 ( iki yüz yetmiş min) manat, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,294735 ha torpaq sahəsinin üzərindəki tikililər (şadlıq sarayı) ilə birlikdə bazar qiyməti 5 400 000 (beş milyon dörd yüz min) manat və Cavabdeh2, X6 və X4 birgə mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsində 0,06 ha torpaq sahəsi və bu torpaq sahəsində yerləşən 207.1 m2 yaşayış, 157.7 m2 yardımçı, 364.8 m2 ümumi sahədən ibarət 2 mərtəbəli 7 otaqlı 38f nömrəli fərdi yaşayış evinin bazar qiyməti 320 000 (üç yüz iyirmi min) manat müəyyən olunur.
3. Borclular Kredit Razılaşmaları üzrə Banka olan ******* (iki milyon yeddi yüz yetmiş səkkiz min qırx bir) ABŞ Dolları 36( otuz altı) sent məbləğində əsas borc və 815 004 (sekkiz yüz on beş min dörd) ABŞ Dolları 87(səksən yeddi) sent məbləğində faiz borcunun, cəmi ******* (üç milyon beş yüz doxsan üç min qırx altı) ABŞ Dolları 23 (iyirmi üç) sentməbləğində borc qarşılığında bu Sazişin 2-ci bəndində qeyd edilən əmlakları Bankın mülkiyyətinə verirlər və əmlakların toplam dəyəri ilə borc öhdəliyi arasında yaranmış 69516 (altmış doqquz min beş yüz on altı) ABŞ Dolları 82 (səksən iki) sent fərqi 2018-ci il 25 sentyabradək Banka ödəməyi öhdəsinə götürürlər. Bank isə cəmi dəyəri ******* (beş milyon doqquz yüz doxsan) manat olan həmin əmlakları mülkiyyətinə qəbul edir və bunun müqabilində borcluların hesablanmış cərimə borcunu tələb etməkdən imtina edir. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,294735 ha torpaq sahəsinin üzərindəki tikililərə (şadlıq sarayı) hüquqlarından Bankın xeyrinə imtina edir, həmin tikililərin Bankın adına rəsmiləşdirilməsi üçün onun tərəfindən zəruri olan bütün hərəkətləri etməyi öhdəsinə götürür.
4. Bu Sazişin 2-ci bəndində qeyd edilən əmlaklar Bankın mülkiyyətinə keçdiyi tarixdə (yəni, Daşınmaz Əmlakın Dövlət Reyestrində Bankın adına qeydə alındığı tarixdə) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən ABŞ Dollarının manata qarşı mübadilə məzənnəsi 1.70 manatdan artıq olduqda həmin əmlakların razılaşdırılmış bazar qiyməti müvafiq olaraq ABŞ dolları ifadəsində azalacaq və nəticədə yaranacaq fərq Borclular tərəfindən Banka ödənilməlidir.
5. Borclular bu Sazişin şərtlərinə, o cümlədən Sazişin 6-cı bəndində nəzərdə tutulmuş ödəniş qrafikinə əməl etdiyi halda 27 May 2019-cu il tarixinədək Bank Borclulara bu Sazişin 2-ci bəndində qeyd edilən əmlakları satın almaqda üstünlük hüququnu və ya bu hüququ üçüncü şəxsə (və ya şəxslərə) ötürmək hüququnu, həmçinin həmin əmlaklardan istifadə hüququnu tanıyır. Borclular bu bənddə nəzərdə tutulmuş hüquqlarından istifadə etmədiyi təqdirdə, o cümlədən Sazişin 6-cı bəndində nəzərdə tutulmuş ödəniş qrafikinə əməl etmədiyi halda bu Sazişin 2-ci bəndində qeyd edilən əmlakları 25 iyun 2019-cu il tarixinədək boşaltmağı və Banka təhvil verməyi öhdəsinə götürürlər.
6. Borclular Sazişin 5-ci bənddə nəzərdə tutulmuş satın almaqda üstünlük hüququndan və ya bu hüququ üçüncü şəxsə (və ya şəxslərə) ötürmək hüququndan istifadə etmək üçün aşağıdakı plan üzrə Banka ödəniş etməlidirlər: 25 oktyabr 2018-ci il - 68 000 manat, 25 Noyabr 2018-ci il - 68 000 manat, 25 Dekabr 2018-ci il - 170 000 manat, 25 Yanvar 2019-cu il - 170 000 manat, 25 Fevral 2019-cu il - 221 000 manat, 25 Mart 2019-cu il - 272 000 manat, 25 Aprel 2019-cu il -272 821 manat, 27 May 2019-cu il - 4 748 179 manat, cəmi 5 990 000 (beş milyon doqquz yüz doxsan min) manat.
7. Borclular Sazişin 5-ci bənddə nəzərdə tutulmuş hüquqlarını həyata keçirə bilmədikdə, o cümlədən, Sazişin 6-cı bəndində nəzərdə tutulmuş ödəniş qrafikinə uyğun Banka ödənişlər etmədikdə və Bank əmlakları satışa çıxardıqda onların satışından əldə edəcəyi 5 990 000 (beş milyon doqquz yüz doxsan min) manatdan artıq vəsaiti İddiaçı ödəməyi öhdəsinə götürür. Bu zaman Sazişin 6-cı bəndində nəzərdə tutulmuş ödəniş qrafiki əsasında borcluların banka ödəmiş olduğu məbləğ nəzərə alınaraq 5 990 000 manatdan çıxılacaq.
8. Sazişin 2-ci bəndində qeyd edilən əmlakları Bankdan satın aldıqda əmlakın təqdim edilməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq Bankın ödəməli olduğu bütün vergilərin məbləğini Borclular Banka qaytarmalıdırlar.
9. Borclular bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər və bu zaman Sazişin 6-cı bəndində nəzərdə tutulmuş ödəniş qrafiki əsasında Banka ödənilmiş vəsaiti İddiaçı qaytarmağı öhdəsinə götürür.
10. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildikdən sonra DƏDRX-dən Daşınmaz Əmlak üçün Sazişdə qeyd olunan daşınmaz əmlakların dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarışın alınması üçün əsasdır.
11. Bu Sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır və tərəflər bu Sazişin bəndlərinə dair icra vərəqəsi verilərək icra olunması üçün müvafiq icra və Probasiya Şöbəsinə göndərilməsinə razıdırlar.
12. Sazişi təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu Saziş etibarlıdır və icrası məcburidir. Bu Sazişi 6 (altı) əsl nüsxədə Sumqayıt şəhərində, 12 Sentyabr 2018-ci il tarixdə imzalanmışdır. -Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1255/2018 nömrəli, 12 sentyabr 2018-ci il tarixli qərardada əsasən 12 sentyabr 2018-ci il tarixli barışıq sazişi təsdiq edilmiş və iddiaçı Cavabdeh1 QSC ilə cavabdehlər İddiaçı Tapdıq oğlu, X7, X8 və X11 arasında bağlanmış 12 sentyabr 2018-ci il tarixli barışıq sazişi təsdiq edildiyindən iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli, 2(060)- 646/2017 saylı qətnaməsi ləğv edilmiş və hazırki mülki iş üzrə icraata xitam verilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsi, 38 f nömrəli evin mülkiyyətçisi Cavabdeh1 QSC olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsin əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, 12.09.2018-ci il tarixli Cavabdeh1 QSC ilə İddiaçı, X7, Cavabdeh2, X6 arasında yaranmış mübahisənin həlli məqsədi ilə barışıq sazişi bağlanmış və həmin barışıq sazişi Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 1255/2018 nömrəli, 12 sentyabr 2018-ci il tarixli qərardadı ilə təsdiq edilmişdir. Hal-hazırda İddiaçı sözügedən barışıq sazişinin hədə-qorxu, məcburetmə vaistəsi ilə bağlandığını iddia etsədə bu halı təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz, İddiaçı Tapdıq oğlunun cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 qarşı iddiaçı tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3, X7, X6, Bakı şəhər Sabunçu rayon İcra şöbəsi cəlb edilməklə “əqdin etibarsız hesab edilməsi” tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Tapdıq oğlunun cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 qarşı iddiaçı tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3, X7, X6, Bakı şəhər Sabunçu rayon İcra şöbəsi cəlb edilməklə “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nilufər Cəfərli