Məhkəmə qərarları › İş №2(008)-436/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-436/2025

08.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-436/2025 08.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra hakimiyyəti başçının xx.xx.1999-cu il tarixli 096 saylı Sərəncamından çıxarışın, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Həmkarlar Təşkilatının xx.xx.2003-cü il tarixli 28 №-li Əmrdən çıxarışın AZE seriyalı, ******** nömrəli AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsində qeyd edilən Ərizəçi məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi istifadəsinə Abşeron rayon İcra hakimiyyəti başçının xx.xx.1999-cu il tarixli 096 saylı Sərəncamı ilə tərəvəzçilik-südçüliik sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin) Həmkarlar Təşkilatının xx.xx.2003cü il tarixli 02 saylı protokolunu nəzərə alaraq xx.xx.2003-cü il tarixli Azərbaycan Respublikası Prezidenti işlər idarəsinin X5 əmrilə fərdi mənzil tikintisi üçün 0,10 hektar həyatyanı torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi Buzovna qəsəbəsində yerləşir. Ərizəçinin istifadəsində olan torpaq sahəsinin hüquqmüəyyənedici sənədini almaq istədikdə “Abşeron rayon İcra hakimiyyəti başçının xx.xx.1999-cu il tarixli 096 saylı Sərəncamında adı “QABİL” kimi qeyd edilmişdir. Xüsusi olaraq qeyd etmişdir ki, ona məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində və doğum haqqında şəhadətnamədə soyadı "Abdullayev", adı “Habil”, ata adı isə “Seyfulla” oğlu kimi qeyd edilmişdir. Göründüyü kimi adı “Abşeron rayob İcra hakimiyyəti başçının xx.xx.1999cu il tarixli 096 saylı Sərəncamında adı səhv olaraq “QABİL” kimi qeyd edilmişdir. Düzgün yazılışı isə “HABİL” qeyd olunmalı olduğu halda səhv yazılmışdır.Hal hazırda “Abşeron rayon İcra hakimiyyəti başçının xx.xx.1999-cu il tarixli 096 saylı Sərəncamının ona məxsus olması çox ciddi problemlər yaradır. Belə ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən 0,10 hektar həyatyam torpaq sahəsini ilkin qeydiyyata alınmaqla arayış (çıxarış) ala bilmir imtina edilir. Xüsusi olaraq qeyd etmişdir ki, ona məxsus Doğum haqqında şəhadətnamə (əsas: A3 № 0947510) Soyadı “Abdullayev” Adını “Habil” Ata adı “Seyfulla” oğlu kimi qeyd edilmişdir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (əsas: AZE seriyalı ******** ) soyadı “Abdullayev” adım “Habil” ata adı “Seyfulla” oğlu kimi qeyd edilmişdir. “Abşeron rayon İcra hakimiyyəti başçının xx.xx.1999-cu il tarixli 096 saylı Sərəncamında adını səhv olaraq “QABİL” kimi qeyd edilmişdir. Düzgün yazılışı isə “HABİL” qeyd olunmalı olduğu halda səhv yazılmışdır. Beləliklə “Abşeron rayon İcra hakimiyyəti başçının xx.xx.1999-cıı il tarixli 096 saylı Sərəncamında adının səhv olaraq “QABİL” kimi qeyd qeyd edilməsi onun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən 0,10 hektar həyatyam torpaq sahəsinə ilkin qeydiyyata alınmaqla arayış (çıxarış) əldə edə bilməməyimə səbəb olmuşdur. Nəticədə onun pozulmuş hüquqlarının bərpası üçün məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X7 məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsada məhkəmə iclasında maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmədən təmin etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Lenin rayonu VVAQ şöbəsi Maştağa qəsəbə sovetinin 09 avqust 1965-ci il tarixli АЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş, atası X2, anası X3r. Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-29/2-A-296-075/2023 nömrəli məktubundan görünür ki, Ərizəçi ərizəsində 21 may 2003cü il tarixli X5 vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında əmrdən çıxarışda səhvən yazılmış Qabil adının Habil adına dəyişdirilməsinə köməklik göstərilməsini xahiş etsənizdə qaldırılan məsələ Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olduğundan aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-A-201-8/2024 (**********28) nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 direktorunun xx.xx.2003-cü il tarixli, 28 №-li əmrinin arxiv arayışı və torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd təqdim olunmamışdır. Bundan başqa, şəxsiyyətinizi təsdiq edən sənəddə ad “Habil” kimi qeyd olunsa da, təqdim olunmuş hüquqmüəyyənedici sənədlərdə hüquq sahibinin adı “Qabil” olaraq qeyd edəmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısr’nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində oian kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların döviət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (X5) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3 213 32/2-15405 A-0265 nömrəli məktubundan görünür ki, aparılan araşdırma zamanı elektron kadastr baza və arxiv məlumatlarına əsasən qeyri olunan ünvanda yerləşən torpaq sahəsinin Abşeron rayonunun inzibati ərazi vahidliyinə aid ərazidə yerləşmədiyi müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq aidiyyəti üzrə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik hüququ şəxsinin 1 saylı Bakı Şəhər Ərazi idarəsinə müraciət etməyiniz tövsiyə olunur. Azərbaycan Respublikasinin Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin 836 nömrəli 29 may 2024-cü il tarixli məktubundan görünür ki, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon İcra hakimiyyətinin xx.xx.1999-cu il tarixli 096 saylı sərəncamı ümumi sərəncam olduğundan vətəndaşa təqdim edilməsi mümkün deyildir. Azərbaycan Respublikasi Prezidenti İşlər İdarəsinin X6 28 nömrəli 21 may 2003-cü il tarixli əmrdən çıxarşdan görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu ii tarixli 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı protokolunu nəzərə alaraq X4 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti üzrə sərəncamından 096 nömrəli xx.xx.1999-cu il tarixli çıxarışından görünür ki, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli qərarı və sovxozun 16 avqust 1999-cu il tarixli 27/K nömrəli əmri ilə X4 0,10 hektar torpaq sahəsi verilərək fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, Ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanuna ziddir. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş sənədlərdən, görünür ki, həm AZE saeriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən həm də Bakı şəhəri Lenin rayonu VVAQ şöbəsi Maştağa qəsəbə sovetinin 09 avqust 1965-ci il tarixli АЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçidur. Ərizəçinin adına verilmiş Abşeron rayon İcra Hakimiyyəti başçının xx.xx.1999-cu il tarixli 096 saylı Sərəncamından çıxarışda və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Həmkarlar Təşkilatının xx.xx.2003-cü il tarixli 28 №-li Əmrdən çıxarışda görünür ki, ərizəçinin adı yalnışlıqla Qabil kimi qeyd edilmişdir. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayon İcra Hakimiyyəti başçının xx.xx.1999-cu il tarixli 096 saylı Sərəncamından çıxarış və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5 xx.xx.2003-cü il tarixli 28 №-li Əmrdən çıxarışın xx.xx.1965-ci il təvəllüdlü “Ərizəçi” məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar