Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4367/2025 21.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə Ərizəçi "əri xx.xx.1969-cu il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi "əri xx.xx.1969-cu il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizə ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. O, ərizəsini belə əsaslandırmışdır ki, X5 ilə xx.xx.1993-cü ildə nikaha daxil olmuşdur. Bir müddətdən sonra əri psixi xəstəliyə tutulmuş, müalicə almasına baxmayaraq, xəstəliyi şiddətlənmişdir. Bu səbəbdən xx.xx.2023-cü ildə Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdir. X5 hal-hazırda da həmin müəssisədə müalicə alır. Onun hüquqlarının müdafiəsi üçün qəyyum təyin olunmalıdır. Məhkəmə baxışı zamanı Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və himayəçilik komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin iştirakını təmin etmədiyinə görə işə onun iştirakı olmadan baxıldı. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X1 yol vermədiyinə, yəni onun öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik edə bilmək iqtidarında olmadığı müəyyən edildiyinə görə o, məhkəmə iclasına çağırılmamışdır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Müəyyən edildi ki, xx.xx.1969-cu il təvəllüdlü X5 "neyrosifilis nəticəsində yaranan demensiya (ağıl zəifliyi)" xroniki psixi xəstəlikdən əziyyət çəkir. O, xx.xx.2023-cü ildən Respublika Psixiatriya Xəstəxanasına müalicəyə qəbul olunub, hal-hazırda da oradadır. İşdə olan Vİ-ЖГ seriyalı 335075 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və Ərizəçi xx.xx.1993-cü ildə nikah bağlamışlar. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 15362 nömrəli məktubundan görünür ki, X5 xx.xx.2023-cü ildə göstərilən xəstəxanaya müalicəyə qəbul olunmuş, hal-hazırda müalicəsi davam edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 2323 nömrəli ekspert rəyindən görünür ki, X4 "neyrosifilis nəticəsində yaranan demensiya (ağıl zəifliyi)" xroniki psixi xəstəliyi müəyyən edilmiş, o, psixi vəziyyətinə görə hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə görə, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Keçirilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyindən göründüyü kimi, X4 "neyrosifilis nəticəsində yaranan demensiya (ağıl zəifliyi)" xroniki psixi xəstəlik olduğu, onun həmin xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərinə rəhbərlik edə bilmək iqtidarında olmadığı müəyyən edilmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı ərizə təmin edilməli və X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə bunu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1969-cu ildə doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X7.
Məhkəmə qərarları › İş №2(008)-4367/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4367/2025
21.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver