Məhkəmə qərarları › İş №2(008)-4368/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4368/2025

30.10.2025 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4368/2025 30.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “X6” MMC-yə qarşı «müqavilənin ləğv edilməsi və pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X6” MMC-nə qarşı «müqavilənin ləğv edilməsi və pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat «X7» MMC ilə arasında bağlanmış 06 sentyabr 2024-cü il tarixli müqavilənin ləğvi və ilkin ödəmə olan 800 (səkkiz yüz) manat pulun və 30 manat ödədiyi dövlət rüsumunun cavabdeh təşkilatdan alınıb iddiaçıya ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh təşkilat «X6» MMC arasında (direktor Kənan Kərimov) 06 sentyabr 2024-cü il tarixdə xidmət müqaviləsi bağlanılıb. Həmin müqaviləyə əsasən oğlu X4 Respublikasında ali təhsil alması üçün ilkin olaraq 800 (səkkiz yüz) manat ödəmiş və müvafiq ali təhsil müəssisəsinə qəbul olunduqdan sonra qalan məbləği ödəməli idi. Müqaviləyə əlavə olunan 1 saylı əlavənin 1ci bəndinə əsasən Afyon - Kocatepe, X9 və Karabük Universitetlərinə qəbulla bağlı razılaşma olub və ixtisas «bilgisayar mühəndisliyi» müəyyən olunmuşdur. Eyni zamanda həmin əlavənin 2.1.1-ci maddəsinə görə müqavilə imzalandığı gün 800 (səkkiz yüz) manat, əlavənin 2.1.2-ci bəndinə görə isə qalan 1700 manat məbləği isə universitetə rəsmi qəbul cavabı gəldiyi gündən 3 gün ərzində ödənilir. xx.xx.2024-cü il tarixli məktubla ona bildirildi ki, oğlu Riad Rüstəmli adından Afyon Kocatepe Universitetinə bilgisayar mühendisliyi ixtisası üzrə müraciət (başvuru) daxil olmuşdur. Sonradan isə Kütahya Dumlupinar Universitetindən qəbul məktubu gəldi və ixtisas olaraq «işletme» qeyd olunmuşdur. Bununla da cavabdeh təşkilat tərəfindən müqavilə şərtləri pozuldu, çünki müqavilə üzrə razılaşdırılmış ali təhsil müəssisəsi və ixtisasla təmin olunmadı. Müqavilə şərtləri açıq şəkildə pozuldu. Bununla bağlı cavabdeh təşkilatın direktoru, cənab Kənan Kərimova müraciət edərək müqavilə üzrə şərtlərin pozulduğunu bildirdi, habelə qeyd etdi ki, ödənilən vəsait geri qaytarılsın, lakin xx.xx.2025-ci il müarcəitinə baxmayaraq 1 ay ərzində ona cavab verilmədi və ödədiyi təhsil haqqı geri qaytarılmadı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında İddiaçı ilə “X6” arasında bağlanmış xx.xx.2024-cü il tarixli Xidmət müqaviləsindən görünür ki, icraçı bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstrəilən xidmətləri şifarişçi üçün həyata keçirməyi, sifarişçi isə bu xidmətlər müqavilində icraçıya pul ödəməyə razılaşmışdır. İddiaçı ilə “X6” arasında bağlanmış xx.xx.2024-cü il tarixli Xidmət müqaviləsinə olan 1 saylı əlavədən müəyyən edilir ki, icraçı Türkiyə bakalavr xüsusi paketi üzerə şifarişçiyə Afyon Kocatepe-2000 azn, Kırsehir Ahi evvran-2500 azn, Karabük-2500 azn inversitetlərinə müraciət etməyi öhdəsinə götürmüş, müqavilə üzrə xidmət haqqı 2500 manat müəyyən edilmiş, ssifatişçi müqavilə məbləğinin 800 manat hissəsini müqavilə imzalandığı gün, 1700 manat hissəsini isə unversitetə qəbul cavabı gəliyi gündən 3 gün ərzində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə “X6” arasında bağlanmış xx.xx.2024-cü il tarixli Xidmət müqaviləsinin 6.1-ci bəndindən görünür ki, bu müqavilə tərəflər tərəfindən imzalandığı gündən qüvvəyə minir və icraçı tərəfindən xidmətlərin yerinə yetirilməsindən sonra başa çatır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı “X6” MMC-nə 800 manat pul ödəmişdir. İş materiallarında olan Kütahya Dumlupınar Universitetinin Qəbul məktubundan görünür ki, Riad Rüstəmli işlətmə fakultəsinə qəbul olub. xx.xx.2024-cü il tarixli X2 Uluslararası Öğrenci başvuru Sistemindən görünür ki, Riad Rüstəmli “bilgisayar mühəndisliyi” fakultəsinə qəbul olunması üçün müraciət edilmişdir. xx.xx.2025-ci il tarixli İddiaçı ərizəsindən görünür ki, müqaviləyə əsasən Riad Rüstəmli “bilgisayar mühəndisliyi” fakultəsinə qəbul olunması üçün X3 müraciət olunsa Kütahya Dumlupınar Universitetinin işlətmə fakultəsinə qəbul olunmduğundan və müqavilə şərtləri pozulduğundan işlətmə fakultəsini qəbul etməyərək ödənişin geri verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən təqdim edilən xəbərnamədən görünr ki, iddiaçı tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli ərizə xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş doğum şəhadətnaməsinin surətindən görünür ki, X5 xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş, atası İddiaçı, anası rüstəmova Dilarə Faiq qızıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsaəsn tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci madəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə əsasən Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 781-ci maddəsinəəsasən Vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. 421.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, cavabdeh “X6” MMC ilə İddiaçı arasında bağlanmış tapşırığ müqaviləsində görünür ki, “X6” MMC iddiaçının övladının adından Afyon Kocatepe, Kırsehir Ahi evvran, Karabük unversitetlərinə müraciət etməyi öhdəsinə götürmüş, tapşırığ verin isə göstərilmiş xidmətin qarşısında tapşırığ alan 800 manat məbləğində xidmət haqqı ödəmişdir. Lakin icraçı-tapşırığı alan şəxs idiaçının övladının adından sözügedən unveristetlərə qəbul olunması ilə bağlı müraciət etməsin təsdiq edən rəsmi sənədi və onların rəsmi cavabını nə iddiaçıya, nədəki məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən iddiaçıya yalnız X2 iddiaçının övladı adından müraciət edilmiş olmasını göstərən A4 formasında məlumat verilsədə, sözügedən sənəddə imza, möhür və ya sənədin rəsmi şəkildə X3 göndərilməsini təsdiq edən hər hansı sübut olmadığında sözügedən müraciət əsaslı sübut hesab edilə bilmir. Bundan başqa cavabdeh tərəfindən iddiaçının övladının Kütahya Dumlupınar Universitetinə qəbul edilməsinə dair barikodlu rəsmi sənəd olsa da, müqavilə üzrə tərəflərin həmin unveristetə müraciət eilməsi ilə bağlı tərəflər arasında razılığın olması müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəlikləri icra etməsi və onun nəticələri barədə sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi təmin edilməli, iddiaçı sözügedən müqavilə üzrə cavabdehə ödəmiş olduğu 800 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan sonra məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli xidmət müqavilsinin ləğv edilməsi tələbinə münasibət bildirərək qeyd edir ki, sifarişçi iddiaçıya övladının X1 qəbul olmasına dair bildirşi göndərmiş, lakin sifariçinin icraçının müqavilə üzrə nəzərdə tutulan öhdəliyini lazımı qaydada icra etməməsi səbəbindən 3 gün müddətinə müqavilə üzrə nəzərəd tutulan 1700 xidmət haqqı ödəməyərək birtərəfli qaydada müqavilədən imtina etmiş, cavabdeh isə buna dair hər hansı bir tələb ilə çıxış etməyərək müqavilə üzrə öhdəliklərdən imtinanı qəbul etmişdir. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli bağlanımış xidmət müqaviləsi tərəflər arasında artıq ləğv edildiyindən yenidən həmin müqavilə məhkəmə qaydasında ləğv edilə bilməz. Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “X8" MMC–dən 800 (səkkiz yüz) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar