Məhkəmə qərarları › İş №2(094)-165/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-165/2025

03.06.2025 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-165/2025 03.06.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsinin ləğv edilməsi və pulun qaytarılması” tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli “borc müqaviləsi”-nin ləğv edilməsi, 6600 ( altı min altı yüz ) manat məbləğində pulun, ödənilmiş 86 ( səksən altı ) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Borcverən” İddiaçı ilə “Borcalan" Cavabdeh arasında, xx.xx.2024-cü il tarixində “borc müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən, “Borcverən”İddiaçı “Borcalan”Cavabdeh 6600 (altı min altı yüz) manat məbləğində pulu notariusun depozit hesabı vasitəsilə borc vermişdir. Müqavilənin 2ci bəndinə əsasən, borcalan borcu xx.xx.2025-ci il tarixədək hər günə 20 (iyirmi) manat olmaqla borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2024-cü il tarixində bağlanmış “borc müqaviləsi “ üzrə öhdəlikləri icra edilmir, müqavilə üzrə ödəməli olduğunu pul məbləğini ona ödənmir. Yəni cavabdeh nə bu günədək gündəlik ödənişləri ödəməyib ki, bu halı ona məxsus olan əmlaka qəsd kimi dəyərləndirilir. Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və tam icra etmədiyindən İddiaçı ilə Cavabdeh arasında, xx.xx.2024-cü il tarixində bağlanmış “borc müqaviləsi” ləğv edilməli, 6600 (altı min altı yüz) manat məbləğində pul, eyni zamanda ödənilmiş 86 ( səksən altı ) manat dövlət rüsumu tam şəkildə cavabdehdən tutlaraq İddiaçı qaytarılmalıdır. İddiaçı ilə Cavabdeh arasında, xx.xx.2024-cü il tarixli “borc müqaviləsi” ləğv edilməsi, pulun qaytarılmasına dair Cavabdeh təklif göndərilmişdir. Lakin cavabdeh təklifə münasibət bildirməmişdir, müqavilə üzrə ona qaytarmalı olduğu borcu qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümken hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixədək hər günə 20 manat qaytarmaq şərti ilə 6600 manat məbləğində pul borc verilmişdir. İş materiallarında olan bildirişin surətindən görünür ki, Cavabdeh borc müqaviləsinin ləğvi və borcun ödənilməsi barədə bildiriş göndərilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iclasına müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixədək hər günə 20 manat qaytarmaq şərti ilə 6600 manat məbləğində pul borc verilmişdir. Borcun ödənilməsi ilə bağlı İddiaçı tərəfindən Cavabdeh bildiriş göndərilmişdir. Məhkəmə iclasında iddiaçı borc müqaviləsinin şərtlərinin pozulduğunu, borcun ödənilmədiyini iddia etsə də həmin halı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında borc müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmış, müqavilənin müddətinin bitməsi xx.xx.2025ci il tarixə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 86 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 86 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “borc müqaviləsinin ləğv edilməsi və pulun qaytarılması” tələbi barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar