Məhkəmə qərarları › İş №2(008)-437/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-437/2025

23.12.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-437/2025 23.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclasının katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma, qanunsuz tikililərin sökülməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı « torpaq sahəsindən çıxarılma, qanunsuz tikililərin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə iddia ərizəsi icraata götürülmüş müvafiq prosessual hərəkətlər edilməklə məhkəmənin hazırlıq iclasını xx.xx.2025-ci il tarixə saat 15:15-ə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə müvafiq olaraq, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda tərəflərə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 260.5-ci maddəsinə əsasən məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmənin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikləri təqdirdə hakim ərizənin baxılmamış saxlanması barədə qərardadı ləğv edə və ərizəyə mahiyyəti üzrə yenidən baxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra cavabdeh ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 268, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma, qanunsuz tikililərin sökülməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzə əsasən İddiaçı nümayəndəsi X2 tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı nümayəndəsi X1 geri qaytarılsın Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar