Məhkəmə qərarları › İş №2(008)-45/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-45/2024

19.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-45/2024 19.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, eyni zamanda digər Cavabdeh3 nümayəndəsi Cavabdeh1, Cavabdeh, eyni zamanda digər Cavabdeh4 nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 17 saylı notariat ofisi və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi, miras əmlak üzərində payın müəyyən edilməklə, yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 17 saylı notariat ofisi və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 17 saylı notariat kontoru tərəfindən reyestrdə 134/2018 nömrə ilə qeyd edilmiş Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 adına verilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında cavabdehlərə verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Bakı şəhəri 17 saylı notariat kontoru tərəfindən reyestrdə 134/2018 nömrə ilə qeyd edilmiş Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 adına verilmiş xx.xx.2019cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında cavabdehlərə verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi ünvanında yerləşən 93A saylı fərdi yaşayış evinin üzərində İddiaçı, Cavabdeh1 və Cavabdeh2 hər birinin 3/10 hissədə, Cavabdeh4 və Cavabdeh3 hər birinin 1/20 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi ünvanında yerləşən 93A saylı fərdi yaşayış evinin özəlləşdirilməsinin ləğvi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi, Bakı şəhəri 17 saylı notariat kontoru tərəfindən reyestrdə 134/2018 nömrə ilə qeyd edilmiş Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 adına verilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında cavabdehlərə verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-2923/2020 saylı qərardadı ilə iddia tələbinin Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi ünvanında yerləşən 93A saylı fərdi yaşayış evinin özəlləşdirilməsinin ləğvi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsi üzrə icraata xitam verilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə növbəti dəfə məhkəməyə müraciət edərək, Bakı şəhəri 17 saylı notariat kontoru tərəfindən reyestrdə 134/2018 nömrə ilə qeyd edilmiş Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 adına verilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında cavabdehlərə verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi ünvanında yerləşən 93A saylı fərdi yaşayış evinin üzərində İddiaçı ¼ payı müəyyən edilməklə vərəsəlik haqqında şəhadətnamənin verilməsi (mülkiyyət hüququnun tanınması) barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, miras qoyan X21 xx.xx.2016-cı ildə ölmüş, onun beş övladı və arvadı qalmışdır. Həmin vaxtdan övladlarından üçü - İddiaçı, Cavabdeh1, Cavabdeh2 və anaları Cavabdeh5 ilə birgə ünvan 1 ünvanında yaşamışlar. Miras qoyanın digər övladı olan Cavabdeh4 həmin ünvanda formal olaraq qeydiyyatda olsa da, orada yaşamamış, 1996-cı il tarixdə ailə quraraq yoldaşı ilə birlikdə sonuncuya məxsus evdə yaşamışdır. Digər bacıları Cavabdeh3 isə ümumiyyətlə həmin ünvanda nə qeydiyyatda olmuş, nə də yaşamışdır, 2007-ci ildə ailə quraraq ünvan 2 ünvanına gəlin köçmüş və qeydiyyata alınaraq həmin ünvanda ailəsi ilə birlikdə yaşamışdır. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri 17 saylı notariat kontoruna müraciət etdikdən sonra xx.xx.2019-cu ildə miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Onlar notariat kontoruna müraciət edərkən ev vəsiyyətnaməsinin olmasını gizlətmişlər. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ataları X10 mülkiyyətində olmuşdur. O, vəfatından əvvəl xx.xx.2011-ci il tarixdə ev vəsiyyətnaməsi tərtib etmiş və mülkiyyətində olan evin bölgüsü ilə bağlı iradəsini həmin vəsiyyətnamədə ifadə etmişdir. Həmin vəsiyyətnamədə atası “Cavabdeh1 bir otaq, mətbəx, qaraj və həyətin bir hissəsi, İddiaçı bir otaq, balkon və həyətin bir hissəsi, Cavabdeh2 iki otaq və həyətin hər iki hissəsində gəzmək ixtiyarını” vermişdir. Rafiq Cəfərov xx.xx.2016-cı ildə hipertenziya səbəbindən vəfat etmişdir. Onun vəfatından sonra birinci dərəcəli vərəsələri beş övladı və arvadı qalmışdır ki, həmin beş övladdan üçü İddiaçı, Cavabdeh2, Cavabdeh1 və anaları Cavabdeh5 miras əmlakı faktiki olaraq qəbul etmişlər. Digər bacıları ümumiyyətlə mirası qəbul etməmiş, həmin mənzilə sahiblik etməmiş, öz evlərində yaşamışlar. Lakin eşitdiyinə görə, sonradan digər bacıları atalarının vəfatından üç il keçdikdən sonra notariusa gedərək “öz paylarından” qardaşı Cavabdeh1 xeyrinə imtina etmişlər, halbuki ataları vəfatından əvvəl vəsiyyətnamə tərtib etmişdir, hətta vəsiyyətnamə olmasa idi belə, həmin bacıları mirasın qəbulu üçün qanunda göstərilən müddətləri ötürmüşlər. Tərtib edilmiş ev vəsiyyətnaməsi bacısı Cavabdeh2 tərəfindən icra edilmiş, vəsiyyətnamədə yazılan son cümlələr “Mən, X21 1931-ci il mən bu yazıları özüm yazmışam və təsdiq edirəm” atası tərəfindən icra edilmiş, tarix qoyaraq özü imzalamışdır. Göründüyü kimi, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 oğlu miras qalan əmlakı qanunvericiliklə müəyyən olunmuş müddətdə qəbul etməmiş, əmlaka sahiblik etməmiş və ya əmlakı idarə etməmişlər. Bakı şəhəri 17 saylı notariat kontoru onların miras əmlaka hüquqlarını tanımaqla vərəsəlik hüquq münasibətlərinin tənzimlənməsi istiqamətində səhvə yol vermiş, nəticədə, onların əmlak hüquqları müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmaqla çıxarışlar verilmiş, bununla da, iddiaçının hüquqları məhdudlaşdırılmışdır. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək əlavə olaraq izahatında bildirdi ki, iddiaçının atası 2016-cı ildə, anası Cavabdeh5 isə hazırkı iş məhkəmənin icraatında olduğu dövrdə vəfat etmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi ünvanında yerləşən ev 93A saylı fərdi yaşayış evi miras əmlakdır. Həmin fərdi yaşayış evinə məxsus texniki inventerizasiya və qiymətləndirilmə pasportu olmuş, torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmış və evə tam pay olaraq Cavabdeh1 mülkiyyət hüququ qazanmışdır. Atanın vəfatından sonra mirasın qəbulu üçün notariusa müraciət olunmamışdır, 2019-cu ildə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmışdır. Ata vəfat etdikdən sonra cavabdehlərdən Cavabdeh1, Cavabdeh2 və vəfat etmiş Cavabdeh5 həmin evdə yaşamışlar. İddiaçı son bir neçə aya qədər o evdə yaşamışdır, aralarında mübahisə yarandığı üçün evdən çıxamaq məcburiyyətində qalmışdır. Cavabdehlərdən Cavabdeh3, Cavabdeh4 atalarının vəfatından əvvəl, ailə qurduqları vaxtdan o evdə yaşamamışlar. Cavabdeh4 öz miras payını qəbul etmişdir. Cavabdeh3 ümumiyyətlə həmin evdə qeydiyyatda olmamış və yaşamamışdır. 2019-cu ildə vərəslik işi açılandan sonra Cavabdeh3 və Cavabdeh5 notariusda miras paydan Cavabdeh1 xeyrinə imtina etmişlər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Sevil Cəfərova verdikləri izahatda etiraf etmişlər ki, ata vəfat edəndə orda dörd nəfər - İddiaçı, Cavabdeh1, Cavabdeh2 və vəfat etmiş Cavabdeh5 yaşamışlar. Cavabdeh3, Cavabdeh4 vaxtında vərəsəliyin qəbulu ilə bağlı müraciət etməmişlər və ya faktiki olaraq mirasın qəbulunu ətrafdakı qonum-qonşu və digər şəxslərə nümayiş etdirməmişlər. Onların faktiki olaraq orda yaşamadıqları cavabdehlərin izahatlarından da məlumdur. Ona görə də hesab edir ki, həmin şəxslər qəbul etmədikləri paydan digər şəxsin xeyrinə imtina edə bilməzlər və onun əsasında Cavabdeh1 payının artırılması qanunauyğun deyil. Qeyd olunanların nəzərə alınaraq, iddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdeh, eyni zamanda Cavabdeh3 nümayəndəsi Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, miras əmlakla bağlı hər kəsin qanuni qaydada payı var. Cavabdehlərdən heç kim iddiaçının əlindən miras payını almamışdır, iddiaçı özü evdən çıxıb getmişdir. Cavabdeh3 2005-ci ildə, Cavabdeh4 isə 1994-cü il tarixdə ailə həyatı qurduqdan sonra həmin evdə yaşamamışlar. Cavabdeh3 ümumiyyətlə həmin evdə qeydiyyatda olmamışdır. Hazırda sözügedən evdə o və bacısı Cavabdeh2 qalırlar. Vərəsəlik hüququ haqqında şəhadətnamə 2019-cu ildə alınmışdır, həmin vaxta kimi miras payla bağlı müraciət olunmamışdır, sənədləşmə işinə 2018-ci ildə başlamışlar. İddiaçının həmin evdə yaşamasına maneə yaratmır. Qeyd olunanlara əsasən, cavabdeh iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh, eyni zamanda Cavabdeh4 nümayəndəsi Cavabdeh2 qız məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, Cavabdeh1 izahatına uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Bakı şəhəri 17 saylı notariat ofisi və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin Maştağa qəsəbə bölməsi tərəfindən verilmiş AZ-İ № 843489 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2016-cı ildə vəfat etmişdir. - Reyestrdə xx.xx.2019-cu il tarixdə 2V-143 nömrəsi ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X10 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 və onlardan hər biri miras əmlakdan 1/6 hissədə pay almalıdır. Miras əmlak ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,074 ha olan torpaq sahəsindən ibarətdir. Payın 1/6 hissəsi açıq saxlanılmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 xx.xx.2019-cu ildə X10 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 5 (yeni qaydalarla ünvan 4 ünvanında 193.7 m2 sahəsi olan fərdi yaşayış evi və 0,074 ha ölçüdə torpaq sahəsi 4/6 hissədə xx.xx.2019-cu ildə Cavabdeh1, 1/6 hissədə torpaq sahəsi Cavabdeh4 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmış, 1/6 hissədə torpaq sahəsinə pay açıq saxlanmışdır. - X3 yazılı formada əl yazısı ilə tərtib etdiyi vəsiyyətnaməsinin surətindən görünür ki, “1. Cavabdeh1 1 otaq, qaraj, mətbəx və həyətin bir hissəsi. 2. İddiaçı bir otaq, balkon və həyətin bir hissəsi. 3. Cavabdeh2 2 otaq və həyətin hər iki hissəsində gəzmək ixtiyarı var. Bizdə qızım ilə iki otaqda yaşayacağıq, Həyatda olmayanda iki otaqlar qızıma (Sevdaya) qalır. X9 1931-ci il. Bu yazılanları özüm yazmışam və təsdiq edirəm. xx.xx.2011-ci il. İmza” sözləri qeyd olunmuşdur. - Cavabdeh3, Cavabdeh5 nümayəndəsi və özü Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 xx.xx.2018-ci il tarixli Bakı şəhəri 17 saylı notariat kontoruna edilmiş müraciətlərindən görünür ki, ünvan 1 ünvanındakı əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət edilmişdir. - ЙЕ-208164 seriya nömrəli nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X21 və X15 xx.xx.1961-ci ildə nikaha daxil olmuşlar. - АЗ-138384 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X1 Rafiq Əli oğlunun qızıdır. - АЗ-665527 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh1 X10 oğludur. - АЗ-1212060 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X2 Rafiq Əli oğlunun qızıdır. - АЗ-329726 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh2 X10 qızıdır. - Й-ЖГ-283618 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, İddiaçı X10 oğludur. - Vİİ-ЖГ-326524 seriya nömrəli nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 və X7 xx.xx.1997-ci ildə nikaha daxil olmuşlar. - AZ-İ-187365 seriya nömrəli nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X17 və X4 xx.xx.2005-ci ildə nikaha daxil olmuşlar. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)- 5887/2019 saylı qətnaməsinə əsasən, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı ev vəsiyyətnaməsinin tanınması, mirasda payların müəyyən edilməsi və miras əmlakın naturada müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 2424/2020 saylı qətnaməsinə əsasən, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)- 5887/2019 saylı qətnaməsi ləğv edilsə də, iddia təmin olunmamışdır. Apellyasiya məhkəməsi gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tanınması tələb olunan vəsiyyətnaməyə mahiyyəti üzrə hüquqi qiymət vermiş, lakin vərəsəliyin artıq qanun üzrə həyata keçirilməsini, yəni bu istiqamətdə cavabdehlər tərəfindən müvafiq notariat hərəkətlərinin aparılmasını, nəticədə cavabdehin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini, həmin şəhadətnamə əsasında isə əmlaka paylı mülkiyyət hüququna dair cavabdeh tərəfin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini, həmin sənədlərin isə iddiaçı tərəfindən ümumiyyətlə mübahisələndirilməməsini nəzərə almamışdır ki, iddia məhz göstərilən əsaslara görə rədd edilməlidir. - xx.xx.2020-ci il tarixli, AZ-İİ № 078377 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh5 xx.xx.2020-ci ildə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddələrinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2016-cı ildə vəfat etmiş X16 məxsus olmuşdur. Onun vəfatından sonra övladlarından İddiaçı, Cavabdeh1, Cavabdeh2 və arvadı Cavabdeh5 sözügedən ünvanında yaşamışlar. Digər övladı Cavabdeh4 həmin ünvanda qeydiyyatda olsa da, orada yaşamamış, digər bacıları Cavabdeh3 isə ümumiyyətlə həmin ünvanda nə qeydiyyatda olmuş, nə də yaşamışdır. X21 vəfatından əvvəl xx.xx.2011-ci il tarixdə ev vəsiyyətnaməsi tərtib etsə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-2424/2020 saylı qətnaməsinə əsasən, həmin ev vəsiyyətnaməsinin tanınması, mirasda payların müəyyən edilməsi və miras əmlakın naturada müəyyən edilməsi tələbinə dair İddiaçı iddiası təmin edilməmişdir. Miras əmlaka dair verilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X10 vərəsələri Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 hər biri miras əmlakdan 1/6 hissədə pay almalı, payın 1/6 hissəsi açıq saxlanılmışdır. ünvan 5 ünvanında 193.7 m2 sahəsi olan fərdi yaşayış evi və 0,074 ha ölçüdə torpaq sahəsi 4/6 hissədə xx.xx.2019-cu ildə Cavabdeh1, 1/6 hissədə torpaq sahəsi Cavabdeh4 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmış, 1/6 hissədə torpaq sahəsinə pay hüququ açıq saxlanmışdır. İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh4 vaxtında miras əmlakın qəbulu ilə bağlı müraciət etməmələrinə və ya faktiki olaraq mirasın qəbulunu nümayiş etdirməmələrinə istinad edərək, onların qəbul etmədikləri paydan digər şəxsin xeyrinə imtina etmələrini və onun əsasında Cavabdeh1 payının artırılmasını qanunsuz hesab edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Halbuki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərararına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Eyni zamanda, həmin Qərarda qeyd edilmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan Qərarı ilə mirasın vərəsə tərəfindən qəbulu üçün nəzərdə tutulmuş müddət tələbinin aradan qalxdığını və həmin Qərarın məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edildiyini nəzərə alaraq, hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 vaxtında miras əmlakın qəbulu ilə bağlı müraciət etməmələrinə və ya faktiki olaraq mirasın qəbulunu nümayiş etdirməmələrinə istinad edilərək, onların paylarından imtina etmiş sayılması nəticəsinə gəlinməsi qanuni hesab edilə bilməz. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, hazırkı iddia tələbi həmin əsaslarla təmin edilməməlidir. Məhkəmə, Cavabdeh5 xx.xx.2020-ci ildə vəfat etdiyini nəzərə alaraq, hesab edir ki, ona aid hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Bakı şəhəri 17 saylı notariat ofisi və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi, miras əmlak üzərində payın müəyyən edilməklə, yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-45/2024 xx.xx.2024-cü il BAKİ ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, eyni zamanda digər Cavabdeh3 nümayəndəsi Cavabdeh1, Cavabdeh, eyni zamanda digər Cavabdeh4 nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 17 saylı notariat ofisi və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi, miras əmlak üzərində payın müəyyən edilməklə, yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 17 saylı notariat ofisi və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 17 saylı notariat kontoru tərəfindən reyestrdə 134/2018 nömrə ilə qeyd edilmiş Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 adına verilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında cavabdehlərə verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Bakı şəhəri 17 saylı notariat kontoru tərəfindən reyestrdə 134/2018 nömrə ilə qeyd edilmiş Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 adına verilmiş xx.xx.2019cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında cavabdehlərə verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi ünvanında yerləşən 93A saylı fərdi yaşayış evinin üzərində İddiaçı, Cavabdeh1 və Cavabdeh2 hər birinin 3/10 hissədə, Cavabdeh4 və Cavabdeh3 hər birinin 1/20 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi ünvanında yerləşən 93A saylı fərdi yaşayış evinin özəlləşdirilməsinin ləğvi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi, Bakı şəhəri 17 saylı notariat kontoru tərəfindən reyestrdə 134/2018 nömrə ilə qeyd edilmiş Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 adına verilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında cavabdehlərə verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-2923/2020 saylı qərardadı ilə iddia tələbinin Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi ünvanında yerləşən 93A saylı fərdi yaşayış evinin özəlləşdirilməsinin ləğvi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsi üzrə icraata xitam verilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə növbəti dəfə məhkəməyə müraciət edərək, Bakı şəhəri 17 saylı notariat kontoru tərəfindən reyestrdə 134/2018 nömrə ilə qeyd edilmiş Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 adına verilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında cavabdehlərə verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi ünvanında yerləşən 93A saylı fərdi yaşayış evinin üzərində İddiaçı ¼ payı müəyyən edilməklə vərəsəlik haqqında şəhadətnamənin verilməsi (mülkiyyət hüququnun tanınması) barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iş üzrə icraata Cavabdeh5 aid hissədə xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ № 078377 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh5 xx.xx.2020-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məhkəmə, hazırkı mübahisənin vərəsəlik münasibətlərindən irəli gəldiyini, Cavabdeh5 vərəsələrinin iş üzrə digər tərəflər olmasını nəzərə alaraq, barəsində mübahisə edilən hazırkı hüquq münasibətinin hüquq varisliyinə yol verməməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Bakı şəhəri 17 saylı notariat ofisi və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi, miras əmlak üzərində payın müəyyən edilməklə, yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair mülki iş üzrə icraata Cavabdeh5 aid hissədə xitam verilsin. Qərardaddan, qərardad rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar