Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-451/2024 24.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X17 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X17 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair tərtib olunmuş 1968-ci il yanvar ayı tarixli “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə” aid texniki pasportun mərhum babası Zərbəli Rəhim oğluna məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair Zərbəli (mərhum babası Zərbəli Rəhim oğlu) Rəhimovun adına 1968-ci il yanvar ayı tarixli texniki pasport tərtib edilmişdir. Lakin həmin texniki pasportda babasının adı Zərbəli Rəhimov kimi qeyd olunmuşdur. Qeyd etmişdir ki, babası Zərbəli Rəhim oğlu 03 iyun 1968-ci ildə, atası X5 isə 08 yanvar 1990-cı ildə vəfat etmişdir. O, mərhum babasının vərəsəsidir və babasından qalmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzrə miras əmlakı faktiki qəbul etməklə ondan istifadə və ona sahiblik edir. Həmin miras əmlakı rəsmiləşdirmək üçün ilk növbədə qeyd olunan evin ilkin hüquqi qeydiyyata alınması zərurəti yaranmışdır. Bunun üçün isə ərazi üzrə notariat kontoru tərəfindən vərəsəlik dairəsi müəyyən edilməlidir. Bununla bağlı ünvan 3tariat ofisinə müraciət etmiş və notarius tərəfindən vərəsəlik dairəsinin müəyyən edilməsi barədə ona 05 iyul 2023-cü il tarixli 451 nömrəli məktub verilmişdir. Daha sonra miras əmlaka dair texniki pasport, notariusun verdiyi məktub və digər zəruri sənədlərlə birlikdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin idarənin əməkdaşı tərəfindən sənədlərin qəbul edilməsindən imtina olunaraq, buna səbəb kimi texniki pasportdakı babasının adı ilə digər sənədlərdə olan babasının adında uyğunsuzluğun olduğu göstərilmiş və bundan sonra ona məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Sənədlərdə olan uyğunsuzluq isə ondan ibarətdir ki, texniki pasportda babasının adı Zərbəli Rəhimov, digər sənədlərdə isə Zərbəli Rəhim oğlu kimi qeyd olunmuşdur. Qeyd olunan adlardakı uyğunsuzluq eyni şəxslə bağlıdır. X19 ilə, Zərbəli Rəhim oğlu eyni şəxsdir. Bu fakt müvafiq sənədlərlə öz təsdiqini tapır. Belə ki, Zərbəli Rəhimovun adına tərtib olunmuş 1968-ci il yanvar ayı tarixli texniki pasportun surətindən görünür ki, həmin texniki pasportda göstərilən fərdi yaşayış evi Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanda yerləşir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, o, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanda qeydiyyatdadır. Eyni zamanda həmin evdə yaşayır. Bununla yanaşı ünvan 3tariat Ofisi tərəfindən vərəsəlik dairəsi qohumluq münasibətinə əsaslanaraq müəyyən edilmişdir. Yəni, notariusa təqdim olunmuş sənədlərlə Zərbəli Rəhimovun - Zərbəli Rəhim oğlunun nəvəsi olduğu təsdiq olunur. Bütün bu qeyd olunan hallar və onları təsdiq edən sübutlar onu deməyə əsas verir ki, Zərbəli Rəhimov ilə Zərbəli Rəhim oğlu eyni şəxsdir və fərdi yaşayış evinə dair Zərbəli Rəhimovun adına tərtib olunmuş 1968-ci il yanvar ayı tarixli texniki pasport Zərbəli Rəhim oğluna məxsusdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X17 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbələri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan АЗ 127020 nömrəli evlənmə haqqında şəhadətnamədən görünür ki, X6 ilə Rəfiqə Abbasqulu qızı xx.xx.1968-ci il tarixdə Bakı şəhəri 93 nömrəsi ilə nikahları qeydə alınmışdır. İ-ЖГ 322261 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.1972ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X7, anası isə Rəfiqə Abbasqulu qızıdır. İİ-ИЕ 300503 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərbəli Rəhim oğlu xx.xx.1968-ci il tarixdə ölmüş, xx.xx.1968-ci il tarixdə 62 nömrəsi ilə akt qeydi ilə qeydə alınmışdır. İV-ЖГ 252161 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X5 xx.xx.1990-cı il tarixdə ölmüş, xx.xx.1990-cı il tarixdə 04 nömrəli aktla qeydə alınmışdır. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin xx.xx.2023-cü il tarixdə, 3-48- TA/2-Ə-00524/2023 nömrəli məktubdab görünür ki, 1886-cı ilə dair kameral siyahısında Zərbəli Rəhim oğlunun doğum tarixinə dair heç bir məlumat aşkar edilməmişdir. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, ünvan 4 mənzilin mülkiyyətçisi Rəhimov Zərbəli olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, Ə-146 nömrəli arxiv arayışında görünür ki, 10 oktyabr 1929-cu ildı doğulan X2 təvəllüdlü qeyd olunmuşdur. X1, anası X9r. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xİdməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X4 müvafiq hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətinə yenidən qanunamüvafiq qaydada baxılacağı qeyd edilmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Prəli qızı Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvan 4 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanuna ziddir. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş sənədlərdən, görünür ki, ərizəçinin babasının adı Zərbəli Rəhimdir. Lakin Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid pasportun surətində “Rəhimov Zərbəli” kimi qeyd edilmişdir. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi Zərdabi küçəsi 36 nömrəli fərdi yaşayış evinə dair Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə dair xx.xx.1962-ci il tarixdə Rəhimov Zərbəli adına verilmiş texniki pasportun İİ-ИЕ 300503 nömrəli ölüm haqqında şəhadətnamməyə əsasən xx.xx.1968-ci il tarixdə vəfat etmiş Zərbəli Rəhim oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-451/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-451/2024
24.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver