Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-452/2020 05.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi Məhkəmə iclas katibi X2, İddiaçı, İddiaçının vəkili X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı məxsus Ləhişdə 248 saylı BTK tərkibində 5931 saylı bağ sahəsinin səhvən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2005-ci ildə Cavabdeh1 adına verilmiş, JN 26766D №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, 5976 saylı bağ sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydiyyatın, sonradan onun adına verilən Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab olunmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ləhiş bağlar sahəsindəki 248-li BTKnın nəzdində 0,12 ha torpaq sahəsi olan 5931 №-li bağ sahəsi ayrılmışdır. O, həmin bağ sahəsinə dair çıxarış almaq istəyərkən həmin sahəyə dair Cavabdeh1 Çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verildiyini müəyyən etmişdir. Hesab edir ki, həmin torpaq sahəsi ona məxsusdur və cavabdehin adına verilən sənədlər etibarsız hesab edilməlidir. Məhkəmə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 1200 kv.m olan 5976 saylı bağ sahəsinin Cavabdeh1 adına rəsmiləşdirilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş surətinin, eləcə də Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialına sorğu verərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 774 №-li sərəncamına əsasən Cavabdeh1 adına keçirilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5931 saylı bağ sahəsinin (248 №-li BTK-nın tərkibində) cizgisinin təsdiq olunmuş surətinin məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Sorğuya cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müvafiq sənədlər məhkəməyə göndərilmişdir. Həmin sənədlərdən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Apparatının əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə baş istehsalat X1 İdarəsi tərəfindən Ləhiş bağlar sahəsindəki 248 №-li BTK-nın nəzdində olan 0,12 ha torpaq sahəsi olan 5976 nömrəli bağın Cavabdeh1 ayrılması haqqında 82 №-li order, həmin orderə əsasən qeyd olunan bağ sahəsinin Cavabdeh1 mülkiyyətinə verilməsi barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixli JN- 26766D KOD 00500003 №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialı tərəfindən məhkəməyə daxil olmuş məktubundan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti arxif fondu üzrə 1995-ci ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.1995-ci il tarixli 774 №-li sərəncam Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. xx xxxxxxx 2020-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər məlumatlandırılmış, lakin onlar məhkəməyə gəlməmiş, gəlməməlrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin hazırki məhkəmədə baxılmalı olub-olmaması məsələsini müzakirəyə çıxartdi. Məhkəmə iclasında İddiaçı və vəkili X4 iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianın təmin olunmasını xahiş etdilər. Həmçinin qeyd etdilər ki, Torpaq və Xəritəçəkmə Komitəsində Ləhişdə 248 saylı BTK tərkibində iddiaçıya məxsus 5931 saylı bağ sahəsi saxtakarlıq edilərək 5976 saylı bağ sahəsi hesab edilərək Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Hesab edirlər ki, tərəflər arasında olan mübahisə mülki xarakterlidir və aidiyyəti üzrə Sabunçu rayon məhkəməsində baxılmalıdır. Məhkəmə işdə iştirak edən iddiaçının və onun vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən nəzərdən keçirib hesab edir ki, hazırki işə ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair» qərarına əsasən Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılması qərara alınmışdır. Belə ki, yuxarıa qeyd edildiyi kimi, Cavabdeh1 5976 nömrəli bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin Apparatının əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə baş istehsalat X1 İdarəsi tərəfindən verilmiş order əsasında ayrılmış, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixli JN-26766D KOD 00500003 №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisənin mahiyyəti inzibati orqanın hərəkətinin düzgün olub olmadığından, yəni, inzibati orqan olan keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpağın koordinatlarının düzgün müəyyən edilib-edilməməsindən ibarətdir. Adıçəkilən inzibati orqan ləğv edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi onun hüquqi varisi olmasa da onun bütün arxivi Xidmətə təhvil vermişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının tələbinə ümumi məhkəmədə deyil, müvafiq inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə müvafiq olaraq, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı olmadığından xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-452/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-452/2020
05.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver