Məhkəmə qərarları › İş №2(008)-4537/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4537/2023

19.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4537/2023 19.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli 195 №-li qərarından çıxarışa əsasən Maştağa tərəvəzçilik-südçülük sovxozunun, həmkarlar komitəsinin və əmək kollektivi şurasının 10 sentyabr 1991-ci il tarixli 6 №-li birgə qərarı və həmin sovxozun 12 sentyabr 1991-ci il tarixli 66 №-li əmri ilə X5 adına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m həyətyanı torpaq sahəsinin çıxarışında X3 qeyd edilən və xx.xx.2013-cü il tarixdə vəfat etmiş, Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin xx.xx.2013-cü il tarixli 227 №li ölüm haqqında şəhadətnaməsində adı X1 qeyd edilən X5 eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun xx.xx.2013-cü il tarixdə vəfat etmiş həyat yoldaşı X4 miras qalmış Abşeron rayon XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli 195 №-li qərarından çıxarışa əsasən Maştağa tərəvəzçilik-südçülük sovxozunun, həmkarlar komitəsinin və əmək kollektivi şurasının 10 sentyabr 1991-ci il tarixli 6 №-li birgə qərarı və həmin sovxozun 12 sentyabr 1991-ci il tarixli 66 №-li əmri ilə X5 adına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m həyətyanı torpaq sahəsinin çıxarışında X3 qeyd edilmişdir. Azərbaycan Respublikasının Abşeron Rayon Dövlət Arxivinin 18 iyul 2022-ci il tarixdə verdiyi P839 saylı arxiv çıxarışında da X5 adı X3 qeyd edilmişdir. Bakı şəhər X14 Şöbəsinin xx.xx.1990-cı il tarixli 426 № li akt qeydi ilə verilmiş “nikahın bağlanması haqqında şəhadətnamə”də X1 qeyd edilmişdir. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin xx.xx.2013-cü il tarixli 227 №-li ölüm haqqında şəhadətnaməsində X1 qeyd edilmişdir. 05 noyabr 2022-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 17 saylı dövlət notariat kontoruna edilmiş müraciət əsasında X4 miras qalmış torpaq sahəsinə dair onun adına 366 saylı vərəsəlik işi açılmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Maştağa tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə həyətyanı torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Abşeron rayon XDS İcraiyyə Komitəsinin 195 nömrəli xx.xx.1991-ci il tarixli qərarından çıxarışa əsasən vətəndaş X9 0.12 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması haqqında Maştağa tərəvəzçiliksüdçülük sovxozunun, həmkarlar komitəsinin və əmək kollektivi şurasının xx.xx.1991-ci il tarixli 6 nömrəli birgə qərarının və sovxozun xx.xx.1991-ci il tarixli 66 nömrəli əmrinin nəzərə alınması qərara alınmışdır. - Abşeron rayon Dövlət Arxivinin T/807 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan və məktuba əlavə edilmiş Abşeron rayon XDS İK-nin 195 nömrəli xx.xx.1991-ci il tarixli qərarından vətəndaş X6 adına olan arxiv çıxarışından görünür ki, Maştağa tərəvəzçiliksüdçülük sovxozundan aşağıdakı şəxslərə hər birinə 0.12 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması haqqında Maştağa tərəvəzçilik-südçülük sovxozunun, həmkarlar komitəsinin və əmək kollektivi şurasının xx.xx.1991-ci il tarixli 6 nömrəli birgə qərarı və sovxozun xx.xx.1991-ci il tarixli 66 nömrəli əmri nəzərə alınmışdır. 51. X11 – tərəvəzçi. Eyni zamanda bildirilmişdir ki, Maştağa tərəvəzçilik-südçülük sovxozunun 66 saylı xx.xx.1991-ci il tarixli əmri vətəndaşlara torpaq sahəsinin ayrılması barədə deyildir və vətəndaş X6 adı mövcud deyildir. - AZ-İ seriyalı 628800 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2013-cü il tarixdə ölmüşdür. - V-ЖГ seriyalı 343759 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X7 xx.xx.1990-cı il tarixdə nikah bağlamışlar. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.1963-cü ildə Bakı şəhərində doğulmuşdur. - AZ-İİ seriyalı 346501 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 və X2 nikahı haqqında xx.xx.1990-cı il tarixdə 926 nömrəli akt qeydi tərtib olunmuşdur. - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ərizədə qeyd olunan məsələ icra hakimiyyətinin səlahiyyətli xaricində olduğundan, ərizəçiyə aidiyyəti məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 3 nömrəli, 12 aprel 2019-cu il tarixli Qərarının:

6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, məhkəmənin sorğusuna cavab olaraq Abşeron rayon Dövlət Arxivinin T/807 nömrəli xx.xx.2023-cü il tarixli məktubunda Maştağa tərəvəzçilik-südçülük sovxozunun 66 saylı xx.xx.1991-ci il tarixli əmrində vətəndaş X6 adının mövcud olmadığı bildirilmişdir. Beləliklə, Maştağa tərəvəzçilik-südçülük sovxozunun 66 saylı xx.xx.1991-ci il tarixli əmri məhkəməyə təqdim edilmədiyindən, həmçinin, həmin əmrdə vətəndaş X6 adı mövcud olmadığından, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli 195 №-li qərarından çıxarışa əsasən Maştağa tərəvəzçilik-südçülük sovxozunun, həmkarlar komitəsinin və əmək kollektivi şurasının 10 sentyabr 1991-ci il tarixli 6 №-li birgə qərarı və həmin sovxozun 12 sentyabr 1991-ci il tarixli 66 №-li əmri ilə X5 adına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m həyətyanı torpaq sahəsinin çıxarışında X3 qeyd edilən və xx.xx.2013-cü il tarixdə vəfat etmiş, Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin xx.xx.2013-cü il tarixli 227 №-li ölüm haqqında şəhadətnaməsində adı X1 qeyd edilən X5 eyni şəxs olması faktının müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə rədd edildiyindən, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar