Məhkəmə qərarları › İş №2(008)-4574/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4574/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4574/2020 19.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X8 qızının, İddiaçı ASC-nin nümayəndəsi Guseinov Gasanın iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə bağlanmış xx.xx.2017-ci il tarixli AL-1266 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh həmin müqaviləyə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2019-cu il tarixə 1704,64 manat gecikdirilmiş əsas, 535,92 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 708,19 manat dəbbə pulu, cəmi 2406 manat dəymiş zərər, ümumilikdə 5354,75 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X6 arasında bağlanmış xx.xx.2017-ci il tarixli AL-1266 saylı daxili lizinq müqaviləsinə əsasən X2 müvəqqəti sahiblik və istifadəsinə İddiaçı ASC-nin mülkiyyətində olan 2014-cü il buraxılışlı “Daewoo Gentra” markalı,**-PX-*** dövlət qeydiyyat nişanlı XWB5V319DEA583122 ban, 0476 mühərrik nömrəli ağ rəngli avtomobil verilmişdir.xx.xx.2017-ci il tarixdə X6, Səmədzadə Elxan Şöhlət oğlu və İddiaçı ASC arasında AL-1266(1)saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və xx.xx.2017-ci il tarixli AL-1266 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Səmədzadə Elxan Şöhlət oğlu bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Lizinq şirkəti ilə Səmədzadə Elxan Şöhlət oğlu arasında imzalanmış yeni ödəniş cədvəlinə əsasə Səmədzadə Elxan Şöhlət oğlun o, illik 17% hesablanmaqla 46 aylıq müddətə hər ay sabit olaraq 475,33 manat, ümumilikdə isə 21 865 manat lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2017-ci il tarixdə Səmədzadə Elxan Şöhlət oğlu, X4 və İddiaçı ASC arasında AL-1266(2) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və xx.xx.2017-ci il tarixli AL-1266 saylı “Daxili Lizinq” müqaviləsi üzrə X4 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx.xx.2017-ci il tarixdə X4, X3 və İddiaçı ASC arasında AL-1266(3) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və xx.xx.2017-ci il tarixli AL-1266 saylı “Daxili Lizinq” müqaviləsi üzrə X3 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx.xx.2018-ci il tarixdə X3, X5 və İddiaçı ASC arasında AL-1266(4) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və xx.xx.2017-ci il tarixli AL-1266 saylı “Daxili Lizinq” müqaviləsi üzrə X5 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx.xx.2018-ci il tarixdə X5, Cavabdeh və İddiaçı ASC arasında UNİ-1266 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və xx.xx.2017-ci il tarixli AL-1266 saylı “Daxili Lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı ASC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı,**-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə şirkətin müvəqqəti duracağında yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2406 manat ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə 650 manat məbləğində olmuşdur. Cavabdeh xx.xx.2019-cu il tarixə 1704,64 manat gecikdirilmiş əsas, 535,92 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 708,19 manat dəbbə pulu borcu yaranmışdır. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Guseinov Gasan iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, İş materiallarında olan AC seriyalı 850770 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-PX-*** dövlət qeydiyyat nişanlı “Daewoo Gentra” markalı minik avtomobili İddiaçı ASC-nin mülkiyyətindədir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə X6 arasında bağlanmış xx.xx.2017-ci il tarixli AL-1266 saylı daxili lizinq müqaviləsinə əsasən X2 müvəqqəti sahiblik və istifadəsinə İddiaçı ASC-nin mülkiyyətində olan 2014-cü il buraxılışlı “Daewoo Gentra” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı XWB5V319DEA583122 ban, 0476 mühərrik nömrəli ağ rəngli avtomobil verilmişdir. İş materiallarından görünür ki, xx.xx.2017-ci il tarixdə X6, Səmədzadə Elxan Şöhlət oğlu və İddiaçı ASC arasında AL-1266(1) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və xx.xx.2017-ci il tarixli AL-1266 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Səmədzadə Elxan Şöhlət oğlu bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Lizinq şirkəti ilə Səmədzadə Elxan Şöhlət oğlu arasında imzalanmış yeni ödəniş cədvəlinə əsasə Səmədzadə Elxan Şöhlət oğlun o, illik 17% hesablanmaqla 46 aylıq müddətə hər ay sabit olaraq 475,33 manat, ümumilikdə isə 21 865 manat lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, xx.xx.2017-ci il tarixdə Səmədzadə Elxan Şöhlət oğlu, X4 və İddiaçı ASC arasında AL-1266(2) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və xx.xx.2017-ci il tarixli AL-1266 saylı “Daxili Lizinq” müqaviləsi üzrə X4 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarından görünür ki, xx.xx.2017-ci il tarixdə X4, X3 və İddiaçı ASC arasında AL-1266(3) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və xx.xx.2017-ci il tarixli AL-1266 saylı “Daxili Lizinq” müqaviləsi üzrə X3 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixdə X3, X5 və İddiaçı ASC arasında AL-1266(4) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və xx.xx.2017-ci il tarixli AL-1266 saylı “Daxili Lizinq” müqaviləsi üzrə X5 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixdə X5, Cavabdeh və İddiaçı ASC arasında UNİ-1266 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və xx.xx.2017-ci il tarixli AL-1266 saylı “Daxili Lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Lizinq Müqaviləsinin 11.1-ci bəndinə əsasən qəbul protokolu imzalandığı andan lizinq obyektinin təsadüfən məhv olması və zədənməsi riski Lizinq alana keçir, 11.2-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə məsuliyyəti lizinq alan daşıyır. İş materiallarından görünür ki, BDYPİ YPX-nin siqnal İdarəsinin növbətçisi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib olunmuş avtonəqliyyat saxlanma qəbulu barədə Akta əsasən “Daewoo Gentra” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil əzilmiş vəziyyətdə evakuatorla duracağa gətirilmişdir. İş materiallarından görünür ki, kredit borcunu ödəyə bilmədiyi üçün xx.xx.2019-cu il tarixdə tərtib olunmuş avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə Akta əsasən təhvil təslim aparılaraq “Daewoo Gentra” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil duracağa gətirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, **-PX-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” markalı minik avtomobilinə ümumilikdə 2406 manat zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcələnin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcələnin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinin tələbinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir (həmin Məcəllənin 748-2.1-ci maddəsi). Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər. Bu əsasdan məhkəmə hesab edir ki, iddia lizinq müqaviləsinin ləğv edilməsi, əsas və mükafat borcunun, dəymiş zərərin tutulması hissəsində tam təmin olunmalıdır. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddiaçı tərəfindən cərimənin 708,19 manat məbləğində hesablanmasının yüksək olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçı tərəfindən hesablanmış qeyd olunan cərimə məbləğinin 10 %-i həcmində, yəni 70 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia 88 faiz hissədə təmin edildiyindən (5354,75 manat iddia tələbinin təmin edilən 4716,56 manat hissəsi), dövlət rüsumunun 26,40 manatı cavabdehlərə, 3,60 manatı isə iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə bağlanmış xx.xx.2017-ci il tarixli AL-1266 saylı daxili lizinq müqaviləsi ləğv edilməli, Cavabdeh həmin müqaviləyə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2019-cu il tarixə 1704,64 manat gecikdirilmiş əsas, 535,92 manat gecikdirilmiş mükafat və 70 manat dəbbə pulu, 2406 manat dəymiş zərər, ümumilikdə 4716,56 manat borc və 26,40 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə bağlanmış xx.xx.2017-ci il tarixli AL-1266 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh həmin müqaviləyə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2019-cu il tarixə 1704,64 manat gecikdirilmiş əsas, 535,92 manat gecikdirilmiş mükafat və 70 manat dəbbə pulu, 2406 manat dəymiş zərər, ümumilikdə 4716,56 manat borc və 26,40 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. 3,60 manat məbləğində dövlət rüsumu İddiaçı ASC -yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar