Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4589/2023 19.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə X9 arasında bağlanmış xx.xx.1971-ci il tarixli, 13718 nömrəli müqavilədə qeyd olunan X9 ilə X3 eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, babası, Bakı şəhər İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi X4 (müqavilədə texniki səhvə yol verilərək adı X10 qeyd olunmuş) xx.xx.1971-ci ildə 13718 nömrəli müqavilə ilə bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi üçün Maştağa qəsəbəsində (Maştağa qəsəbəsi, Ləhic bağ massivi) yerləşən və ümumi sahəsi 0.25 ha olan 3026 nömrəli bağ sahəsi ayrılmışdır. Həmin müqavilədə vətəndaşın əsil adı X5 olduğu halda, adında texniki səhv nəticəsində, X6 əvəzinə X9 olaraq qeyd edilmişdir. Halbuki babasına məxsus digər sənədlərdə, yəni iddiaçının atası X2 doğum haqqında şəhadətnaməsinin ata qrafasında atası “X6”, babası ilə nənəsinin nikah haqqında şəhadətnaməsində də babasının adı “X6”, babasının doğum haqqında şəhadətnaməsində adı X6, babasının ölüm haqqında şəhadətnaməsində X1 qeyd edilmişdir. Hazırda məhkəməyə müraciət etməyinə səbəb xx.xx.1971-ci il tarixli 13718 nömrəli müqavilədə adı çəkilən X7 X5 adlı şəxslə eyni şəxs olması faktının məhkəmə qaydasında müəyyən edilərək təsdiqlənməsidir. Kiril qrafıkalı əlifba ilə tərtib edilmiş köhnə müqavilədə ərizəçinin adında qeyd edilmiş yanlış məlumat, iddiaçı üçün topraq sahəsinə dair sənədləşmə işləri aparmağına maneçilik törədir. Ərizəçi xx.xx.2023-cü il tarixdə məhkəməyə dəqiqləşmə ərizəsi ilə müraciət edərək bildirmişdir ki, ərizəsinin xahiş etdim hissəsində tələbini dəqiqləşdirərək, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi və X9 arasında bağlanmış xx.xx.1971-ci il tarixli, 13718 nömrəli müqavilədə qeyd olunan X9 ilə ərizəyə əlavə olunmuş digər sənədlərdə olan X3 eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 ifadə verərək, Ərizəçi onun qohumu olduğunu, ərizəçinin babasını tanıdığını və Maşatağa da ziyarətgahda işlədiyini bildirdi. Həmçinin ərizəçinin ailəsi ilə münasibətləri çox yaxşı olduğunu bildirdi. Ərizəçinin babasının adı Tofiq yox Mirtofiq olduğu faktını təsdiq etdi. Məhkəmə iclasında iştirak edən şahid X14 ifadə verərək bildirdirmişdir ki, Ərizəçi onun əmisinin nəvəsidir və ərizəçinin babası 2020-ci ildə rəhmətə gedib, onun adı Mirtofiq olub. Məhkəmə, şahid ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 087962 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 1938-ci ildə doğulmuşdur. İş materiallarından olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 5-18-5/12-932/23 nömrəli, xx.xx.2023cü il tarixli arayışda xx.xx.1992-cü il təvəllüdlü Ərizəçi verilib ondan ötrü ki, məhrum babası Axundov X15 1362 nömrəli şəhadətnaməsinə əsasən vəfat etdiyi xx.xx.2020-ci il tarixinədək Maştağa qəsəbəsi, S.Əliyev küçəsi, ev 16 ünvanında qeydiyyatda olmuş və yaşamışdır. İş materiallarından olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən arayışın surətindən görünür ki, Axundov X15 12 oktyabr 2020-ci ildə ölmüşdür. Ölüm haqqında 16 oktayabr 2020-ci ildə 1362 nömrəli akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi durğunluq ürək çatmazlığı. İş materiallarında olan xx.xx.1971-ci il tarixli, 13718 nömrəli bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi üçün müqavilədə vətəndaşın əsil adı X6 olduğu halda, adında texniki səhv nəticəsində, X6 əvəzinə X9 olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə X9 arasında bağlanmış xx.xx.1971-ci il tarixli, 13718 nömrəli müqavilədə qeyd olunan X9 ilə X3 eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan MirzəliyevHakim:
Məhkəmə qərarları › İş №2(008)-4589/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4589/2023
19.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver