Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-468/2024 11.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçılar İddiaçı1, X2, İddiaçı3 və onların nümayəndəsi Vəkil, Cavabdeh2 Yəhyəbala qızının iştirakları ilə, İddiaçılar İddiaçı1, X6, İddiaçı3 cavabdehlər Cavabdeh1 Yəhyəbala qızı, Cavabdeh2 Yəhyəbala qızı və üçünçü şəxs Bakı şəhəri 17 nömrəli Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin və miras paylarının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, X6 və İddiaçı3 cavabdehlər Cavabdeh1 Yəhyəbala qızı, Cavabdeh2 Yəhyəbala qızı və üçünçü şəxs Bakı şəhəri 17 nömrəli Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin və miras paylarının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Maşlağa qəsəbəsi, X19 küçəsi, ev 36 və Bakı şəbəıi Nardaran-2 bağ sahəsi 2 nömrəli sahədə yerləşən torpaq sahəsinə dair miras faktiki qəbul edilməsi və mirasın 5 övlad arasında paylarına uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Maştağa qəsəbəsi, X19 küçəsi, ev 36 və Bakı şəbəıi Nardaran-2 bağ sahəsi 2 nömrəli sahədə yerləşən torpaq sahəsi, məhrum ataları Maraqlı şəxs miras qalmışdır. Bakı şəhəri, Maştağa qəsəbəsi, X19 küçəsi, ev 36, 1960-cı ildən Bakı şəhəri Texniki İnventarlaşdırma və mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsində atalarının adına qeydiyyatdan keçmişdir. X9 xx.xx.2003-cü ildə, ataları X8 isə 31 may 2008-ci il tarixində ölmüşdür. Hazırda miras qalan əmlakla bağlı 5 vərəsə var və onalr Bakı şəhəri, Maştağa qəsəbəsi, X19 küçəsi, ev 36 ünvanıda qeydiyyatdadırlar. Atalarının ölümündən sonra onlar atalarından miras qalan evdə yaşamaqla mirası faktiki qəbul etmişlər. İddiaçılardan İddiaçı1 Yəhyabala qızı Bakı şəhəri, Maştağa qəsəbəsi, X19 küçəsi, ev 36 ünvanıda anadan olmuş hazırki vaxta kimi də həmin evdə yaşayır. Bacısı Yeganə 3 aydır ki onu evdən qovmuş, o bu barədə 14-cü Polis bölməsinə müraciət etmiş Əjdar adlı polis onların işini araşdırmışdır. İddiaçılardan Vaqif və Novruzağa valideyinlərinin vəfatından sonra bir yerdə yaşamağın çətin olduğunu görüb, evdən çıxıb ayrı yaşamışlar. Cavabdehlərdən Cavabdeh1 ailə quraraq Türkiyə Respublikasına köçmüşdür. Bir müddətdən sonra miras qalmış bağa və evə alıcılar gəlib getməyə başlamış və qardaşlar X6 və İddiaçı3 17 nömrəli notariat ofisinə müraciət edərək, ataları Maraqlı şəxs miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini istəmişlər. 17 nömrəli Notariat ofisi tərəfindən onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi barədə qərar verilmişdir. Həmin qərardan 10 gün müddətinə məhkəməyə şikayət etmək hüququ izah edilmişdir. xx.xx.2023-cü il tarixində sorğuya aldıqları cavabdan onlara məlum olmuşdur ki, cavabdehlərdən Cavabdeh2 17 nömrəli notariat ofisinə müraciət etmiş və 17 nömrəli notariat ofisi tərəfindən əmlaklarla bağlı vərəsəlik işi açıldığı lakin, hər hansı əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməməsi bildirilmişdir. Bakı şəhəri Nardaran 2 bağ sahəsi 2 nömrəli sahədə yerləşən torpaq sahəsinin üzərində İddiaçı1 və həyat yoldaşı Süleymanov Alimlə birgə 2 otaq 1 mətbəx tikmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 Yəhyəbala oğlu və İddiaçı3 iddia ərizəsini müdafiə edərək, mirasdan paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. İddiaçıların nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, Maraqlı şəxs qalan miras kütləsinin Bakı şəhəri, Maştağa qəsəbəsi, X19 küçəsi, ev 36 və Bakı şəhəri Nardaran 2 bağ sahəsi 2 nömrəli sahədə yerləşən torpaq sahəsindən ibarət olduğunu deyərək vərəsələr arasında paylarına uyğun qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Yəhyəbala qızının nümayəndəsi Cavabdeh2 Yəhyəbala qızı iddia tələbini qəbul etməyərək onun adına vəsiyyətnamə olduğunu, ataları X5 bütün əmlakı ona vəsiyyət etdiyini bildirdi. Üçünçü şəxs Bakı şəhəri 17 nömrəli Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmədə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə üçünçü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İİ 320510 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2003-cü ildə ölmüşdür. İş materiallarında olan AZ-İİ 320509 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2008-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-T 241455 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx.xx.1963-cü il tarixdə anadan olmuş, atası X8, anası Fizzə Əliağa qızıdır. İş materiallarında olan AZ-T 231197 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 Yəhyəbala oğlu xx.xx.1964-cu il tarixdə anadan olmuş, atası X8, anası Fizzə Əliağa qızıdır. İş materiallarında olan AZ-T 231197 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı3 xx.xx.1969-cu il tarixdə anadan olmuş, atası X8, anası Fizzə Əliağa qızıdır. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı3 12 dekabr 2005-ci il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X19 küçəsi, ev 36 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında 03 may 2023-cü il tarixli qərardan görünür ki, vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-17475/2023- **********75 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X19 küçəsi, ev 36 ünvanı və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi, 2 nömrəli bağ sahəsi Maraqlı şəxsr oğlunun adına olub-olmaması barədə məlumatın verilməsi ilə bağlı sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İbrahimov küçəsi (indiki X19 küçəsi), 36 nömrəli fərdi yaşayış evi Maraqlı şəxs oğlunun adına (sənəd əsaslarında təvəllüdü aşkar edilməmişdir) qeydiyyatdan keçmişdir və hazırda adındadır. Həmçinin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran-2 bağ sahəsi xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs adına qeydiyyata alınmışdır və hazırda adındadır. İş materiallarında olan vəsiyyətnamədən görünür ki, Maştağa qəsəbəsi, Ə.İbrahimov 36 yaşayan X12 harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq, ölən günə kimi ona məxsus olan bütün əmlakın o cümlədən Maştağa qəsəbəsi, Ə.İbrahimov küçəsi 36 ünvanını qızı X1 vəsiyyət etmişdir. İş materiallrında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran-2 bağ sahəsi, 2 nömrəli bağ sahəsi, yeni qaydalarla ünvan 4 ünvanında yerləşən 0,1944 ha torpaq sahəsi X4 mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair’ 26 dekabr 2023-cü il tarixli Qərarda göstərilmişdir ki, Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli, Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməli, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Konstitusiya məhkəməsinin qərarından da göründüyü kimi hazırki mülki iş üzrə 2008-ci il tarixdən yəni X7 öldüyü andan miras açılmış və vərəsələrdən heç biri mirasdan imtina etmələri barədə müraciət etmədiyindən mirası qəbul etmiş sayılırlar. Belə ki, Mülki Məcəllənin mirasın qəbul edildiyi müddət başlıqlı 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Konstitusiya Məhkəməsi sözügedən Qərarda hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Belə ki, hüquq müəyyənliyi və sabitliyi, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmamalıdır. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırda mübahisə predmeti olan məsələ, yəni mirasın qəbul edilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddətin uzadılmasına dair mübahisə, Mülki Məcəllənin vərəsəlik hüququ ilə əlaqədar xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşdüyü üçün mülki qanunvericilik tənzimlənməsindən çıxmış, bununla da mübahisəli məsələ olaraq öz aktuallığını itirmişdir. Belə ki, iddianın mirasın qəbulu müddəti ilə bağlı hisəsinə məhkəmənin 11 mart 2024-cü il tarixli qərardadı ilə xitam verilmişdir. Təkrarən Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarına istinadən məhkəmə hesab edir ki, sözü gedən qərara əsasən miras açıldığı andan vərəsələr mirasdan imtina barədə ərizə vermədiyindən, tərəflər miras əmlakdan paylarının müəyyən edilməsini xahiş etdiyini və məlum qərar qəbul edilən zaman iddia məhkəmənin icraatında olduğundan məhkəmə miras əmlakı tərəflərin paylara uyğun bölməlidir. İş materiallarından da göründüyü kimi miras kütləsi yəni X3 miras qalan əmlak, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İbrahimov küçəsi (indiki X19 küçəsi) 36 nömrəli fərdi yaşayış evi və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran-2 bağ sahəsi, 2 nömrəli bağ sahəsi, yeni qaydalarla ünvan 4 ünvanında yerləşən 0,1944 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan 1996-cı il tarixdə verilmiş vəsiyyətnamədən görünür ki, Maştağa qəsəbəsi, Ə.İbrahimov 36 yaşayan X12 harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq, ölən günə kimi ona məxsus olan bütün əmlakın o cümlədən Maştağa qəsəbəsi, Ə.İbrahimov küçəsi 36 ünvanını qızı X1 vəsiyyət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2.-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. İş materiallarında olan vəsiyyətnamənin məzmunundan da göründüyü kimi mirasqoyan X8 ona məxsus olan bütün əmlakını qızı X1 vəsiyyət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Qanunun tələbindən də göründüyü kimi vəsiyyətnamənin məzmunundan aslı olmayaraq, qanun üzrə vərəsələr olan İddiaçı1, İddiaçı2 Yəhyəbala oğlu, İddiaçı3 və Cavabdeh1 Yəhyəbala qızının mirasdan məcburi pay almaq hüququ var. Nəticə olaraq məhkəmə hesab edir ki, 31 may 2008-ci ildə vəfat etmiş X3 miras qalmış Bakı şəhəri, Maştağa qəsəbəsi, X19 küçəsi 36 nömrəli evin və Bakı şəhəri, Nardaran 2, bağ sahəsi 2 nömrəli sahədə yerləşən 0.1944 ha torpaq sahəsinin 6/10 hissəsinə vəsiyyət üzrə vərəsə Cavabdeh2 Yəhyəbala qızının miras payı, 1/10 hissəsinə Cavabdeh1 Yəhyəbala qızının məcburi payı, 1/10 hissəsinə İddiaçı1 məcburi payı, 1/10 hissəsinə X2 məcburi payı, 1/10 hissəsinə İddiaçı3 məcburi payı tanınmaqla həmin hissədə onların mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 31 may 2008-ci ildə vəfat etmiş X3 miras qalmış Bakı şəhəri, Maştağa qəsəbəsi, X19 küçəsi 36 nömrəli evin və Bakı şəhəri, Nardaran 2, bağ sahəsi 2 nömrəli sahədə yerləşən 0.1944 ha torpaq sahəsinin 6/10 hissəsinə vəsiyyət üzrə vərəsə Cavabdeh2 Yəhyəbala qızının miras payı, 1/10 hissəsinə Cavabdeh1 Yəhyəbala qızının məcburi payı, 1/10 hissəsinə İddiaçı1 məcburi payı, 1/10 hissəsinə X2 məcburi payı, 1/10 hissəsinə İddiaçı3 məcburi payı tanınmaqla həmin hissədə onların mülkiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-468/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-468/2024
11.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver