Məhkəmə qərarları › İş №2(008)-4684/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4684/2024

05.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4684/2024 05.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi qeyd edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1996-cı il tarixli seriya MH 008802 nömrəli Qeydiyyat vəsiqəsinin və xx.xx.1996-cı il tarixli şəxsi mülkiyətində olan mənzilin texniki pasportunun Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi AA seriyalı 4481228, FİN: xxxxxxx qeyd edilən Ərizəçi məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94, ev 4, mənzil 17 AR-sı, Bakı şəhəri İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1996cı il tarixli seriya MH 008802 nömrəli Qeydiyyat vəsiqəsinə və Bakı şəhəri İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1996cı il tarixli şəxsi mülkiyətində olan mənzilin texniki pasportuna əsasən X2 məxsusdur. Lakin, X1 qeyd edilməsi səhv yazılmışdır. Səhv yazılma səbəbi isə aşağıdakı xüsusiyyətlərlə əlaqəlidir. Ərizəçi xx.xx.1957-ci ildə Gürcüstan Respublikası, Dmanisi rayonunda doğulmuş, Vİİ-Tİ JV2 458697 doğum haqqında şəhadətnamədə soyadı rus dilində «Агакишиева», azərbaycan dilində «Ağakişiyeva», adı rus dinində «Анфа», azərbaycan dilində «Hənifə», ata adı rus dilində «Мирзали кызы», azərbaycan dilində «Mirzəli qızı» qeyd edilmişdir. AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsi (AA seriyalı AA seriyalı 4481228, FİN: xxxxxxx) onun adı «Ərizəçi» kimi qeyd edilmişdir. Göründüyü kimi, Qeydiyyat vəsiqəsinə əsasən adı səhf “Anfa” olaraq yazılmışdır. Düzgün yazılışı isə “Hənifə” qeyd olunmalı olduğu halda səhv yazılmışdır. Hal hazırda Qeydiyyat vəsiqəsi əsasında mülkiyyətində olan mülkiyyət ilə bağlı hüquqi hərəkətlər edə bilmir (bağışlamaq, alqı-satqı). Bakı şəhəri İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1996-cı il tarixli seriya MH 008802 nömrəli Qeydiyyat vəsiqəsində olan yanlışlığın aradan qaldırılaraq adımın “Hənifə” kimi qeyd edilməsi ilə bağlı maraqlı şəxsə etdiyim rəsmi müraciət öz müsbət həllini tapmadı və maraqlı şəxs tərəfindən bildirildi ki, məsələnin müsbət həlli ancaq Ərizəçi Ağakişiyeva (Əzizəliyeva) Anfa Mirzəli qızı ilə eyni şəxs olması barədə sənəd təqdim ediləcəyi təqdirdə məsələ öz müsbət həllini tapa bilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə, ərizəçini izahatını dinləyərək, iş materaillarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi xx.xx.1957-ci il tarixdə Gürcüstan Respublikası, Dmanisi rayonunda doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır (AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, elektron məhkəmə sistemindən əldə edilmiş məlumat). Gürcüstan Respublikasında xx.xx.1987-ci il tarixdə verilmiş Vİİ seriyalı 458697 №-li doğum haqqında şəhadətnamənin (təkrar) surətindən görünür ki, xx.xx.1957-ci il tarixdə Gürcüstan Respublikası, Dmanisi rayonunda doğulmuş vətəndaşın adı rus dilində «Агакишиева Анфа Мирзали кызы» qeyd edilmişdir. Gürcüstan Respublikasında xx.xx.1983-cü il tarixdə verilmiş və rus dilində tərtib edilmiş Vİİ seriyalı 458697 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1957-ci il tarixdə Gürcüstan Respublikası, Dmanisi rayonunda doğulmuş « Агакишиева Анфа Мирзали кызы» xx.xx.1983-cü il tarixdə vətəndaş X5 nikahlarını bağlamış, qadına «Əzizəliyeva» soyadı verilmişdir. Bakı şəhəri İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli seriya MH 008802 nömrəli Qeydiyyat vəsiqəsinə və xx.xx.1996-cı il tarixli şəxsi mülkiyətində olan mənzilin texniki pasportuna əsasən ünvan 2 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ üzrə X2 məxsusdur. Ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək əmlakının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubunda ancaq Ərizəçi Ağakişiyeva (Əzizəliyeva) Anfa Mirzəli qızı ilə eyni şəxs olması barədə sənəd təqdim ediləcəyi təqdirdə məsələyə qanunamüvafiq qaydada baxılacağını bildirmişdir. Hazırda ərizəçi adıçəkilən sənədlərin ona məxsus olması faktının təsdiq edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ərizənin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən isə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının: 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndi ilə müəyyən edilmişdir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndi ilə müəyyən edilmişdir ki, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 1.7-ci bəndi ilə müəyyən edilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. 6-cı bəndi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Qeyd edildiyi kimi, sənəddə göstərilən adla ərizəçinin şəxsiyyət vəsiqəsindənki ad üsüstə düşmür, həmin sənədlər hüquqmüəyyənedici sənədlərdir, ərizəçi təşkilatına özünə müraciət etmiş, təşkilat olnu məhkəməyə yönləndirmişdir. Göründüyü kimi, ərizəçinin nikaha qədər soyadı Ağakişiyeva olmuş, onun «Hənifə» adı rus dilində «Анфа» kimi yazılmış, ərizəçi həmin ünvanda qeydiyyatdadır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün ərizə təmin olunmalı, xx.xx.1996-cı il tarixli seriya MH 008802 nömrəli Qeydiyyat vəsiqəsinin və xx.xx.1996-cı il tarixli şəxsi mülkiyətində olan mənzilin texniki pasportunun Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi AA seriyalı 4481228, FİN: xxxxxxx qeyd edilən Ərizəçi məxsus olması faktı təsdiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Bakı şəhəri İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1996-cı il tarixli seriya MH 008802 nömrəli Qeydiyyat vəsiqəsinin və xx.xx.1996-cı il tarixli şəxsi mülkiyətində olan mənzilin texniki pasportunun Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi AA seriyalı 4481228, FİN: xxxxxxx qeyd edilən Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar