Məhkəmə qərarları › İş №2(008)-4691/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4691/2024

20.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4691/2024 20.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, X1 cavabdeh Bakı şəhəri 16 saylı notariat ofisinə qarşı “miras əmlakın vərəsələr arasında qəbul edilməsi üçün buraxılmış müddətin bərpası” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, X2 cavabdeh Bakı şəhəri 16 saylı notariat ofisinə qarşı “miras əmlakın vərəsələr arasında qəbul edilməsi üçün buraxılmış müddətin bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı4 dəftərxana vasitəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdirlər Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçıların vəsatətini nəzərdən keçirib hesab edir ki, vəsatət təmin edilməli və iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, X1 cavabdeh Bakı şəhəri 16 saylı notariat ofisinə qarşı “miras əmlakın vərəsələr arasında qəbul edilməsi üçün buraxılmış müddətin bərpası” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəsatəti əsasında geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar