Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4700/2021 13.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, Ərizəçi nümayəndəsi X2, Maraqlı şəxs Sabunçu Rayon İcra Hakimiyyəti başcısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Sabunçu Rayon İcra Hakimiyyəti başcısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi (maraqlı şəxs Sabunçu Rayon İcra Hakimiyyəti başcısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 11.04.1976-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 11.04.1976-cı ildə Bakı şəhərində doğulmuş X8 onun qardaşıdır. Qardaşı psixi qüsurları nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Bu səbəbdən də daim müalicəyə ehtiyacı vardır. Qardaşı onun himayəsində yaşayır, uşaqlıqdan 1-ci qrup əlildir, diaqnozu kəskin ifadə olunmuş imbesillik dərəcəsində kəmağıllıqdır. Qardaşı Bakı şəhəri 11 saylı şəhər poliklinikasında tibbi qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X7 ərizəni müdafiə etməklə, ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 izahatında ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyərək, maraqlı şəxsin mövqeyini nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan 146 saylı MKİS tərəfindən verilmiş 02.06.2021-ci il tarixli arayışlardan görünür ki, Ərizəçi və X8 Bakıxanov qəsəbəsi, S.Vurğun küçəsi, 2 saylı evin 16 saylı mənzilində qeydiyyatdadırlar və yaşayırlar. İşdə olan 11 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 1138 saylı, 04.06.2021-ci il tarixli arayışdan görünür ki, 1976-cı il təvəllüdlü X8 həmin poliklinikada 1991-ci ildən psixiatr qeydiyyatındadır. İ qrup müddətsiz əlildir. Ona kəskin ifadə olunmuş imbesillik dərəcəsində kəmağıllıq diaqnozu qoyulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi atası X11, anası X3r. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 11.04.1976-cı il təvəllüdlü X4 atası X11, anası X3r. İşdə olan AZE seriyalı 16018744 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 11.04.1976-cı ildə Bakı şəhərində anadan olmuşdur. İşdə olan 12.01.2016-cı il tarixli, 060496 saylı vəsiqənin surətindən görünür ki, X8 uşaqlıqdan İ qrup əlildir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının 20.08.2021-ci il tarixli, 2607 saylı rəyinə əsasən, X6 Ağır əqli gerilik Daun sindromu nəticəsində (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar - erkən yaşlarından psixofiziki inkişafda geri qalması, əqli geriliklə əlaqədar orta məktəbdə təhsil ala bilməməsi, 11 nömrəli şəhər poliklinikasının psixiatrik kabinetində qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar İ qrup əlilliyi, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər-zahiri görkəmində Daun xəstəliyinə xas əlamətlərin müşahidə edilməsi, ünsiyyətə qeyri-adekvat tərzdə daxil olması, sualları başa düşə bilməməsi, söz ehtiyatının kasadlığı, təfəkkürünün konkretliyi, abstraktlaşdırma qabiliyyətinin olmaması, maraq dairəsinin məhdudluğu, emosiyalarının və davranışının qeyri-adekvatlığı, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. X6 Ağır əqli gerilik Daun sindromu nəticəsində aşkar olunur. X8 öz hərəkətlərinin mənasını dərk etmək və onları idarəetmək qabiliyyətinə malik deyil. X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsaslar mövcuddur. X4 psixi vəziyyəti onun məhkəmə baxışında iştirak etməsinə yol vermir. Məhkəmə iclasında araşdırılmış sübutlardan müəyyən olundu ki, X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan şəxsdir. Azərbaycan Respublikası MPM-in 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Beləliklə, məhkəmə hesab edir ki, 11.04.1976-cı il təvəllüdlü, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Vurğun küçəsi, 2 saylı evin 16 saylı mənzilində qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. 11.04.1976-cı il təvəllüdlü, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Vurğun küçəsi, 2 saylı evin 16 saylı mənzilində qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-4700/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4700/2021
13.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver