Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4747/2022 20.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2021 -ci il tarixli MAS- 4316 №-li “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə 593.74 manat gecikdirilmiş əsas, 42.51 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 253.34 manat dəbbə pulu, 174 manat dəymiş zərər, ümumilikdə 1063.59 manat borcun və ödənilmiş 31.04 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-4316 №-li “Daxili Lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2021 -ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF802599 ban, 147H0591051 mühərrik nömrəli, ağ rəngli avtomobil 14950 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 24.5 % hesablanmaqla 24 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 629.48 manat, ümumilikdə isə 18208 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18208 manatın 14950 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 174 manat məbləğində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə 120 manat məbləğində otmuşdur. Eyni zamanda Cavabdeh lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə 593.74 manat gecikdirilmiş əsas, 42.51 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 253.34 manat dəbbə pulu, ümumilikdə 889.59 manat gecikmə borcu yaranmışdır. Sonradan iddia iddia tələbinin artırılması barədə ərizə verərək cavabdehdən xx.xx.2021-ci il tarixli MAS-4316 №-li “Daxili lizinq” müqaviləsi üzrə, lizinq obyektinin geri qaytarıldığı xx.xx.2022-ci il tarixə 593.74 manat gecikdirilmiş əsas, 42.51 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 253.34 manat dəbbə pulu, 174 manat lizinq obyektinə dəymiş zərər, 171 manat ödənilmiş cərimələr, ümumilikdə 1234.59 manat borc və ödənilmiş 33.15 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, lizinq obyekti Cavabdeh istifadəsində olan müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X6 tərəfindən inzibati qaydada cərimələnmişdir. Həmin cərimələrə görə İddiaçı MMC tərəfindən ümumilikdə 171 manat məbləğində pul ödənilmişdir. Qeyd olunanlardan göründüyü kimi ödənilmiş cərimələrin də tələb olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək, qeyd etdi ki, cərimə borcunun 9 manat olması barədə ona məlumat verilmiş, hazırda cərimə borcu şişirdirilmiş məbləğdə göstərilmişdir. Eyni zamanda, avtomobildə yaranmış qüsurlar özü tərəfindən təmir edilmişdir, 174 manat lizinq obyektinə dəymiş zərərlə razı deyil. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı MMC xx.xx.2017-ci il tarixdə ********** № ilə dövlət qeydiyyatına alınmışdır. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli MAS-4316 №-li “Daxili Lizinq” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə və 1 №-li əlavəyə əsasən Cavabdeh sifarişi ilə 2021 -ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF802599 ban, 147H0591051 mühərrik nömrəli, ağ rəngli avtomobil 14950 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 24.5 % hesablanmaqla 24 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 629.48 manat, ümumilikdə isə 18208 manat məbləğində pulu (14950 manat əsas borc, 3258 manat mükafat məbləği) İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən avtomobil cavabdehə təhvil verilmişdir. Adəçəkilən Müqavilənin: 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir; 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi i qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə N°3) müəyyən edilir; 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir; 4.4.1 -ci bəndinə əsasən lizinq Alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir; 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir; 5.1 -ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir; 9.1 -ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir (avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə Akt). xx.xx.2022-ci il tarixdə iddiaçı şirkətin servis mərkəzi tərəfindən adıçəkilən avtomobilə ilkin texniki baxış keçirilmiş, 174 manat məbləğində avtomobilə xərcin ödənilməsi aşkar edilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni lizinq obyekti Cavabdeh istifadəsində olan müddət ərzində, inzibati xəta ilə əlaqədar sürücü AR X6 tərəfindən inzibati qaydada cərimələnmiş,həmin cərimələrə görə İddiaçı MMC tərəfindən ümumilikdə 171 manat məbləğində pul ödənilmişdir (mədaxil qəbzləri). xx.xx.2022-ci il tarixdə verilən maliyyə arayışına əsasən xx.xx.2021 -ci il tarixli MAS-4316 №-li “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə cavabdehin 593.74 manat gecikdirilmiş əsas, 42.51 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 253.34 manat dəbbə pulu, cəmi 889,59 manat borcu var. Hazırda iddiaçı həmin 889,59 manat məbləği (593.74 manat əsas, 42.51 manat mükafat, 253.34 manat dəbbə pulu), 174 manat lizinq obyektinə dəymiş zərər, 171 manat ödənilmiş cərimələr, ümumilikdə 1234.59 manat borcun və 33.15 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1 -ci maddəsinə əsasən, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır; 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır; 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-7.1 -ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır; 748-7.11 -ci maddəsinə əsasən, Lizinq ödənişlərinin ümumi məbləğinə (Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, Lizinq verənin mükafatının məbləği, Lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. Odur ki, məhkəmə hesab edir ki, iddia 593.74 manat gecikdirilmiş əsas, 42.51 manat gecikdirilmiş mükafat pulu cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddia 253.34 manat dəbbə pulunun tutulması hissəsində qismən təmin edilməklə, 25 manat məbləğində təmin, qalan hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 593.74 manat gecikdirilmiş əsas borca nisbətdə 253.34 manat dəbbə pulu tənasübsüz surətdə yüksəkdi. Eyni zamanda, iddiaçı cavabdehin əvəzinə ödədiyi 171 manat cəriməyə dair bütün ödəniş qəbzlərini təqdim etdiyindən, iddia 171 manatın tutulması hissəsində də təmin edilməlidir. Lakin, məhkəmə hesab edir ki, iddia 174 manat lizinq obyektinə dəymiş zərərin tutulması hissəsində rədd edilməlidir. Belə ki, qeyd edildiyi kimi, lizinq obyekti cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş, iddiaçı şirkətin servis mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə 174 manat məbləğində avtomobilə dəymiş ziyan aşkar edilmişdir. Məhkəmə hesab edir ki, həmin ziyanın məhz cavabdeh tərəfindən dəyməsinə, həmin məbləğin iddiaçı tərəfindən ödənilməsinə dair məhkəməyə hər-hansı bir sübut təqdim edilmədiyindən həmin məbləğ cavabdehdən tutula bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia 593.74 manat gecikdirilmiş əsas, 42.51 manat gecikdirilmiş mükafat, 25 manat dəbbə pulu, 171 manat ödənilmiş cərimələr, ümumilikdə 832,25 manat borcun İddiaçı MMC-nin xeyrinə tutulması hissəsində təmin, qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, ödənilmiş 33.15 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rəddə edildiyindən, rüsum iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli MAS-4316 №-li “Daxili lizinq” müqaviləsi üzrə, lizinq obyektinin geri qaytarıldığı xx.xx.2022-ci il tarixə 593.74 manat gecikdirilmiş əsas, 42.51 manat gecikdirilmiş mükafat, 25 manat dəbbə pulu, 171 manat ödənilmiş cərimələr, ümumilikdə 832,25 manat borcu və 33.15 manat dövlət rüsumu tutularaq Cavabdeh İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4747/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4747/2022
20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver