Məhkəmə qərarları › İş №2(008)-4787/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4787/2023

04.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4787/2023 04.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhər İcra Hakimiyyəti cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhər İcra Hakimiyyəti cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, Bakı şəhər X4 İK-nin xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuşdur. Bakı şəhər X4 İK-nin 27 mart 1991 -ci il tarixli, 3/318 saylı qərarına əsasən, Ərizəçi Maştağa bağlar sahəsi, 50 saylı BTK nəzdində torpaq sahəsi ayrılmışdır. Bakı şəhər X4 İK-nin 27 mart 1991 -ci il tarixli, 3/318 saylı qərarını almaq üçün o, Dövlət Arxivinin Bakı filialına müraciət etdi. Arxivdən aldığı Bakı şəhər X4 İK-nin 27 mart 1991 -ci il tarixli, 3/318 saylı qərarından arxiv çıxarışına nəzər saldıqda müəyyən etdi ki, həmin sənəddə onun adı səhvən “Gülsüm” kimi yazılmışdır. Sözügedən sənəddə olan səhvin düzəldilməsi üçün ərizəçi ərizə ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdi. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli cavab məktubunda təqdim edilən sənədlərin arxiv məlumatları əsasında yazıldığı qeyd edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti sözü gedən sənəddə olan səhvin düzəldilməsini təmin etməmişdir. Göründüyü kimi Bakı şəhər X4 İK-nin 27 mart 1991-ci il tarixli, 3/318 saylı qərarında ərizəçinin adı səhvən “Gülsüm” kimi yazılıb. Bu səbəbdən də ona ayrılmış torpaq sahəsini sənədləşdirə bilmir. Baş vermiş yalnışlığın aradan qaldırılmasının başqa yolu olmadığına görə məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhər X4 İK-nin 27 mart 1991 -ci il tarixli, 3/318 saylı qərarının surətindən görünür ki, X2 Maştağa bağlar sahəsi, 50 saylı BTK nəzdində torpaq sahəsi ayrılmışdır. -Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş B/S №li orderin surətindən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin 27 mart 1991-ci il tarixli 3/318 nömrəli qərarına əsasən Ərizəçi Maştağa Bağlar sahəsində 50 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 341 № bağ ayrılıb. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin adı Ərizəçidır. Bakı şəhər X4 İK-nin 27 mart 1991 -ci il tarixli, 3/318 saylı qərarında X1 göstərilmişdir. Məhkəməyə təqdim olunan bütün sənədlərdə, həmçinin Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş B/S №li orderdə də Ərizəçi qeyd olunmuşdur. Ərizəçi Bakı şəhər X4 İK-nin 27 mart 1991 -ci il tarixli, 3/318 saylı qərarının ona məxsus olduğuna iddia edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Beləlilklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş B/S №li orderdə qeyd edilmiş adı ilə şəxsiyyət vəsiqəsindəki adı eynilik təsdiq edir. Hansı ki, ərizəçinin ona ayrılmış torpaq sahəsini sənədləşdirə bilməyi üçün əsas olan sənəd həmin orderdir. Bakı şəhər X4 İK-nin 27 mart 1991-ci il tarixli, 3/318 saylı qərarının isə ərizəçiyə nə məqsəd üçün lazım olduğu, həmin sənəddə göstərilən əmlaka dair mülkiyyət hüququnun qeydiyyata alınması üçün müvafiq orqana müraciət etməsi, habelə ona lazım olan sənədi ala bilməməsinin mümkünsüzlüyünü təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda bu faktın təsdiqinin ərizə üçün hansı hüquqi nəticəni doğuracağı məhkəməyə məlum olmadığına görə iddia tələbi təmin ouna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhər İcra Hakimiyyəti cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar