Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4796/2023 20.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi X14, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsinə qarşı, X18 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edildiyi “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsinə qarşı (X18 və X11 məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişdir) “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən X8 adına verilmiş xx.xx.2006-cı il tarixli, 564 saylı torpağın icarəsi müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X22 İdarəsinin 3 №-li orderi ilə Ləhiş bağ massivində yerləşən 1459 saylı torpaq sahəsi onun mülkiyyətindədir. Orderə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə torpaq sahəsinin çıxarışının alınması üçün xx.xx.2022-ci il tarixində ərizə ilə müraciət etmiş, lakin xx.xx.2022-ci il tarixli, **********09 saylı cavab məktubu ilə çıxarışın verilməsindən imtina edilmişdir. Buna səbəb ayrılmış sahəyə idarənin əməkdaşları tərəfindən texniki baxış keçirilən zaman orada digər fiziki şəxs tərəfindən özbaşına olaraq tikinti işlərinin aparıldığı göstərilmişdir. Həmin cavab məktubunda qeyd edilənlərə əsasən o, xx.xx.2022-ci il tarixdə sahəni zəbt etmiş şəxs (şəxslər)-in müəyyən edilməsi və buna qanunsuz icazə verən qurumun müəyyən edilməsi məqsədilə Sabunçu rayon Polis İdarəsinə yazılı müraciət etmişdir. xx.xx.2022-ci il tarixində Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin “təhqiqat materiallarının aidiyyatı üzrə göndərilməsi haqqında” qərarı ilə təsbit edilmişdir ki, 1459 saylı torpaq sahəsi həqiqətən də, bələdiyyə sənədləri əsasında X15 tərəfindən X3. 15-ci Polis Bölməsinin təqdim etdiyi sənədlərdən biri də, məhz Kürdəxanı X1 ilə bağladığı xx.xx.2006-cı il tarixli, 564 saylı “Torpaq icarə müqaviləsi” olmuşdur. Göründüyü kimi, Kürdəxanı Bələdiyyəsi torpağın əsl sahibi (iddiaçı) ilə heç bir razılaşdırma aparmadan özbaşına olaraq qanunsuz şəkildə cinayətə əl atmış və torpağı 564 saylı saxta müqavilə ilə X2. Cavabdeh bu sərəncamı verməklə qeyd olunan və qanunla qorunan mülkiyyət hüquqlarını ciddi surətdə pozmuşdur. Cavabdeh Kürdəxanı Bələdiyyəsi ilə X12 arasında bağlanmış əqd əsassız və etibarsız sayılmalıdır. Hesab edir ki, təqdim edilmiş sənədlər qanunsuz olaraq verildiyi üçün etibarsız hesab edilməlidir. Çünki həmin sahənin orderlə ona məxsus olmasına baxmayaraq, Kürdəxanı Bələdiyyəsi ərazini başqa bir şəxsə satmışdır. Bundan əlavə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsin **********95 saylı məktub ilə də, qeyd edilən torpaq sahəsinin iddiaçıya məxsus olduğu təsdiq edilmişdir. Buradan göründüyü kimi, Kürdəxanı Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müddəaları pozulmuşdur. X4 ilə icarə müqaviləsi bağlayarkən mülkiyyətçi ilə razılaşdırmalı idi. Bütün bu əsaslar göstərir ki, Kürdəxanı Bələdiyyəsinin bağladığı müqavilə etibarsız hesab edilməlidir. Mübahisənin öncədən həlli istiqamətində tərəflərindən Kürdəxanı Bələdiyyəsinə rəsmi məktubla pretenziya ünvanlanmış, lakin Bələdiyyə xx.xx.2022-ci il tarixində 150 saylı məktubla rədd cavabı vermişdir. İddiaçının nümayəndəsi X23 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsinin nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, Kürdəxanı Bələdiyyəsinin bazasında 1459 saylı torpaq sahəsinə dair İddiaçı adına order olması barədə məlumat aşkar edilməmişdir. Qeyd olunan halı nəzərə alaraq, nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə tərəfindən məcmu halında tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən İddiaçı verilmiş 3 nömrəli orderdən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli qərarına əsasən ona Ləhiş bağ sahəsində 103 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1459 nömrəli bağ ayrılmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan aydın olur ki, xx.xx.1993-cü il tarixli, 68 nömrəli protokola əsasən 103 nömrəli BTK-nın nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən, sahəsi 0,12 ha olan 1459 nömrəli bağ sahəsinin ayrılmasına dair İddiaçı adına verilmiş 3 nömrəli order idarənin arxivində mövcuddur. - Bakı şəhəri Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsi və X12 arasında xx.xx.2006-cı il tarixdə bağlanılmış 564 nömrəli torpaq icarə müqaviləsinə əsasən, Bakı şəhəri Kürdəxanı qəsəbəsində Kürdəxanı bağlarının Şərq hissəsində ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsi bağçılıq məqsədilə sonuncuya icarəyə verilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan aydın olur ki, İddiaçı müraciəti ilə əlaqədar sözügedən torpaq sahəsinə texniki baxış keçirilən zaman orada digər fiziki şəxs tərəfindən tikinti işlərinin aparıldığı və istifadə olunduğu müəyyən edilmişdir. Ona görə də hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. - Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin təhqiqatçısı Ramil Məmmədov tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş təhqiqat materialının aidiyyəti üzrə göndərilməsi haqqında qərarından görünür ki, tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, X16 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən, sahəsi 0,12 ha olan 1459 nömrəli torpaq sahəsi qeyri-qanuni olaraq zəbt edilmiş, başqasına satılmışdır. - Bakı şəhəri Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 150 nömrəli məktubuna əsasən İddiaçı bildirilmişdir ki, X12 ilə Kürdəxanı Bələdiyyəsi arasında 564 nömrəli torpaq icarə müqaviləsi bağlanılmamışdır. 564 nömrəli müqavilə digər şəxsin adına arxivdə mövcuddur. X11 ilə bələdiyyə arasında xx.xx.2006-cı il tarixli 568 nömrəli torpaq icarə müqaviləsi bağlanılmış, sonuncuya sahəsi 1200 kv.m olan 1451A nömrəli torpaq sahəsi ayrılmışdır. İşin məhkəmə iclasında araşdırılmış hallarından görünür ki, Bağlar Təsərrüfatı İdarəsi tərəfindən İddiaçı verilmiş 3 nömrəli orderə əsasən, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli qərarı ilə Ləhiş bağ sahəsində 103 nömrəli BTK nəzdində sahəsi 0,12 ha olan 1459 nömrəli bağ ayrılmışdır. xx.xx.2006-cı il tarixli, 564 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Şərq hissəsində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsi icarəçi qismində X7 istifadəsinə verilmişdir. Hazırda iddiaçı icarə obyektinin onun adına verilmiş orderə əsasən ona ayrılmış torpaq sahəsi ilə eynilik təşkil etməsi səbəbindən, icarə müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Qanunvericiliyin tələbindən göründüyü kimi, daşınmaz əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı zaman yaranır. Hazırkı iş üzrə iddiaçı ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin başqasının istifadəsinə verildiyini və bununla da, hüquqlarının pozulduğunu iddia etsə də, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüququnun mövcudluğuna dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə araşdırması zamanı İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bu barədə məhkəməyə heç bir tutarlı və mötəbər sübut təqdim etməmişdir. Digər tərəfdən, iddiaçı mübahisələndirilən əqdin etibarsız hesab edilməsi edilməsi üçün yetərli dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının hazırkı iddianı qaldırması üçün subyektiv hüquqa malik olmaması, eləcə də, iddianın əsaslılığına dair yetərli sübutların təqdim edilməməsi səbəbindən, iddia rədd edilməlidir. Məhkəmə bu qənaətə gələrkən, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli qərarına əsasən İddiaçı qızna Ləhiş bağ sahəsində ayrılmış 1459 nömrəli bağ sahəsinin adına rəsmiləşdirilməsi üçün təqribən 30 ilə yaxın müddət keçdikdən sonra – xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdiyini, habelə göstərilən müddət ərzində sözügedən torpaq sahəsinə faktiki sahiblik və ondan istifadə etdiyinə istinad etmədiyini və bu barədə sübutu məhkəməyə təqdim etmədiyini nəzərə alır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsinə qarşı, X18 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edildiyi “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-4796/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4796/2023
20.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver