Məhkəmə qərarları › İş №2(008)-4816/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4816/2024

27.06.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4816/2024 27.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qeyd edilməklə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qeyd edilməklə ərizə (dəqiqləşdirilmiş ərizə) ilə məhkəməyə müraciət edərək mediasiya prosesinin nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında MŞB/8/2024-01188 №-li xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2007-ci il təvəlüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən etibarən ərizəçiyə hər ay hər uşağa görə 300 (üç yüz) manat olmaqla ümumilikdə hər ay 600 (altı yüz) manat aliment ödəyəcəyini və icra olunması üçün xx.xx.2024-cü il tarixdən etibarən aylıq əmək haqqından və başqa gəlirlərindən 600 (altı yüz) manat aliment tutlması məqsədi ilə iş yeri üzrə mühasibatlıq şöbəsinə (maliyyə idarəsinə) təqdim edəcəyini ərizəçiyə ödənilməsi barədə barışığın təsdiq edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, barışıq sazişi bağladıqdan sonra, Maraqlı şəxs qanunsuz hərəkətsizlik göstərərək üzərinə götürdüyü aliment ödənişin icrasından qərəzli şəkildə yayınmağa başlamışdır. Bundan sonra tərəfindən Maraqlı şəxs öhdəliyini və aliment borcunu könüllü qaydada ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli təklif məktubu ünvanlansa da o, telefon əlaqəsi saxlayaraq ərizəçiyə ümumiyyətlə aliment ödəməyəcəyinə dair fikir bildirmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin o, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin (dəqiqləşdirmə) məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda qeyd etdi ki, Maraqlı şəxs barışıq sazişinə riayət etmir, aliment məbləğini ödəmir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin olunmalı və saziş təsdiq edilməlidir. Belə ki, tərəflərin iki uşağı var: xx.xx.2007-ci il tarixdə doğulmuş X5, xx.xx.2015-ci il tarixdə doğulmuş X4, (AZ İİİ 573636 №-li və AZ-İİ ******* №-li doğum haqqında şəhadətnamələr). Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəicəsində MŞB/8/2024- 01188 №-li xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilmişdir. Sazişə əsasən tərəflər Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ay hər uşaq üçün 300 (üç yüz) AZN olmaqla, ümumilikdə hər ay 600 (altı yüz) AZN aliment ödəcəyi barədə razılıq əldə etmişdilər. Hazırda ərizəçi həmin barışıq sazişinin təsdiq edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddələrinin mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 -ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26-cı məddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 84.1-ci maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2.1-ci maddəsinə görə, bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. 86-cı maddəsinə görə, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ərarvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: 34.1-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə görə, barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə görə, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə görə, barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Göründüyü kimi, barışıq sazişi qanunvericiliyin tələblərinə zidd olmamış, Maraqlı şəxs barışıq sazişinin onun tərəfindən icra edilməsinə dair məhkəməyə sübutlar göndərməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində MŞB/8/2024- 01188 №-li xx.xx.2024-cü il tarixli Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişi aşağıdakı qaydada təsdiq edilməlidir: Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 300 (üç yüz) AZN olmaqla, ümumilikdə hər ay 600 (altı yüz) AZN aliment tutularaq Ərizəçi ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Mediasiya prosesinin nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞB/8/2024-01188 №-li xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı qaydada təsdiq edilsin: Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 300 (üç yüz) AZN olmaqla, ümumilikdə hər ay 600 (altı yüz) AZN aliment tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar