Məhkəmə qərarları › İş №2(008)-482/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-482/2025

16.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-482/2025 16.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arifqızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəsini onunla əsaslandırılmışdır ki, ərizəçilər Ərizəçi2 və Ərizəçi3 xx.xx.1991-ci il tarixdə nikaha daxil olmuşlar. Digər Ərizəçi1 (doğum tarixi xx.xx.1991-ci il) və maraqlı şəxs X5 isə onların birgə nikahdan olan övladlarıdır. X5 xx.xx.1993-cü il tarixində anadan olmuşdur və hazırda 31 yaşındadır. Lakin onun yetkinlik yaşında olmasına baxmayaraq, ağıl zəifliyi və ruhi xəstəlik səbəbindən öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. Bu halı təsdiq edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 4 saylı Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən xx.xx.2015-ci il xx.xx.2016-cı il tarixlərdə verilmiş müayinə arayışlarından, Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2022-ci il tarixli məlumatdan göründüyü kimi, Vahidə “Digər dəqiqləşdirilməmiş səbəblərlə bağlı meningit, Keçirilmiş M.S.S. üzvi xəstəliyi (serebral araxnoidition) qalıq əlamətləri, intelektin enməsi, Epilepsiya, Tez-tez baş verən qıcalma tutmaları (ayda 10-12 dəfə). İntelektin enməsi. Baş-beyinin üzvi xəstəliyi fonunda məktəb vərdişlərinin qarışıq pozuntuları. OU-mürəkkəb astiqmatizim” diaqnozu qoyulmuşdur. Məlumatda onun əmək qabiliyyəti ilə bağlı qeyd olunub ki, ağır fiziki iş Vahidə əks göstərişdir. Bu xəstəliyinə görə Vahidə ikinci dərəcəli əlillik statusu verilmişdir. O, hazırda heç bir yerdə işləmir. Aldığı sosial müavinat barəsində belə sərbəst sərəncam verə bilmir. Vahidin adından bütün hüquqi hərəkətlər hazırda faktiki olaraq valideynləri və bacısı Pəricahan tərəfindən yerinə yetirilir. Vahidin atasının 72 yaşı, anasının isə 66 yaşı vardır. Valideynlərinin yaşlı və xəstə olmaqları onların Vahidə yetərincə sahib çıxmaq imkanlarını məhdudlaşdırır. Onlar nigarandırlar ki, övladları başqaları tərəfindən aldadılaraq müxtəlif əqdləri imzalatdırıla bilər, sosial müavinatları, digər əmlakı əlindən alına bilər, habelə başqa zərərlərə məruz qala və ya hüquqazidd əməllərə cəlb edilə bilər. Valideynləri ömürlərinin sonuna az qaldıqlarını düşündükləri üçün oğlanlarının köməksiz qalacağından ehtiyat edirlər. Onlar Vahidin həyatı üçün irəlidə daha güvənli bir şərait qurmaq istəyirlər. Yəni ona qəyyum təyin edilməsini istəyirlər. Valideynlər ən güvənli qəyyum kimi qızları Ərizəçi1 nəzərdə tuturlar. Pəricahan da öz qardaşı üzərində qəyyumluğu qəbul etməyə hazırdır. Vahidin özü və ailəsi üçün zərərli olacaq hərəkətləri etməsi təhlükəsinin qarşısının alınması və ona qəyyum təyin edilməsi məqsədilə məhkəmə tərəfindən onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi vacibdir. Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi1, Ərizəçi2 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs və digər Ərizəçi3 məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komisiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X5 “Digər dəqiqləşdirilməmiş səbəblərlə bağlı meningit, Keçirilmiş M.S.S. üzvi xəstəliyi (serebral araxnoidition) qalıq əlamətləri, intelektin enməsi, Epilepsiya, Tez-tez baş verən qıcalma tutmaları (ayda 10-12 dəfə). İntelektin enməsi. Baş-beyinin üzvi xəstəliyi fonunda məktəb vərdişlərinin qarışıq pozuntuları. OU-mürəkkəb astiqmatizim” diaqnozu qoyulmuşdur və 2-ci dərəcəli əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli, 108 saylı rəyindən görünür ki, X3 “mərkzəi sinrir sisteminin üzvi xəstəliyi (keçirilmiş meninqo-ensefalit nəticəsində) intelektin ifadəli enməsi, epileptik qıcolma tutmaları və davranış pozuntuları” müəyyən edilir, X5 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görədə o, tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar mövcuddur. Bakı şəhər Sabunçu rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ 316861 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X2 atası Ərizəçi2, anası isə X1r. Bakı şəhər Sabunçu rayon VVADQ şöbəsi tərəfindən verilmiş XV-JQ 486305 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Ərizəçi1 atası Ərizəçi2, anası isə X1r. İş materiallarına əlavə edilmiş **********48 nömrəli qəbzin surətindən görünür ki, Ərizəçilər tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X5 xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305.1.3-cü, 321.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar