Məhkəmə qərarları › İş №2(008)-4853/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4853/2025

10.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4853/2025 10.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Mehtiyev Əli Fikrət oğlunun katibliyi ilə, Ərizəçi X5 maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Orqanına qarşı “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X9 Maraqlı şəxsnə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1951-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1951-ci il təvəllüdlü X4 onun anasıdır. Anasının insult xəstəliyi var, yataq xəstəsidir və bu xəstəliyi ilə əlaqədar olaraq daimi qulluğa, yardıma ehtiyacı vardır. Uzun illərdi anası bu xəstəlikdən əziyyət çəkir və onun xəstəliyi getdikcə dərinləşmişdir. Anası xəstəlik nəticəsində şiddətli ağrılar, yaddaşsızlıq, danışıq, görmə problemləri və s. yaşayır. X2 fiziki sağlamlığında mövcut olan ağır pozuntular nəticəsində o, gündəlik həyat fəaliyyətini müstəqil həyata keçirmək, öz şəxsi ehtiyaclarını qarşılamaq, müstəqil qərar vermək qabiliyyətini təmin etmək imkanından məhrum olmuşdur. Həmçinin, xəstəliyi ilə bağlı yaranan şiddətli ağrılar, qəbul etdiyi dərmanlar anamın psixi və emosional vəziyyətinə də mənfi təsir göstərmişdir. Bu səbəbdən onun kənar şəxsin daimi nəzarətinə və yardımına ehtiyacı vardır. O, tam fəaliyyət qabiliyyəti olmayan bir şəxsdir, xüsusi qulluğa ehtiyacı vardır. Anası bu xəstəliyə görə müalicə olunmuş, lakin heç bir nəticə verməmişdir. X4 təxminən 6 ildir bu xəstəlikdən əziyyət çəkir. Xəstəlik müddətində o, Ərizəçi daima anasına xüsusi qulluq etmiş, xəstəliyi ilə bağlı ona nəzarət etmişdir. Belə olan təqdirdə, anasının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun qəyyumu təyin olunmağı üçün zərurət yaranmışdır. Bütün yuxarıda qeyd olunan xüsusatlara əsaslanaraq, anası xx.xx.1951-ci il təvəllüdlü X2 xüsusi qulluğa ehtiyacı olduğu üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini tam qanuni və məqsədəuyğun hesab edir. Ərizəçi və Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komisiyasına məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 və 185.6cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1951-ci ildə doğulmuşdur. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1972-ci ildə doğulmuşdur. İş materiallarında olan İ-ЖГ seriyalı 327035 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1972-ci ildə doğulmuş, atası X12, anası X3r. İş materiallarında olan AZ-İV seriyalı 789408 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1951-ci ildə doğulmuş, atası X14, anası X7r. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 3056 nömrəli rəyindən görünür ki, X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaşbacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X2 xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305.1.3-cü, 321.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1951-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar