Məhkəmə qərarları › İş №2(008)-4871/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4871/2025

30.06.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4871/2025 30.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 Seyfəddin oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X3, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs qeyd edilməklə mediyasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Mediyasiya prosesinin nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında MŞB/8/2024-01644 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanması üçün 2024-cü ilin avqust ayının 1-i tarixindən etibarən hər ay hər uşaq üçün 235 manat, ümumilikdə 470 (dörd yüz yetmiş) manat məbləğində alimentin və 100 manat dövlət rüsumu məbləğinin Maraqlı şəxs tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizə ilə məhkəkəyə müraciət edərək ərizənin xahiş edirəm hissəsində alimentin 2024-cü ilin 01 avqust tarixindən deyil, hazırki barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunduğu haqqında qətnamə qanuni qüvvəyə mindiyi gündən ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Maraqlı şəxs ilə xx.xx.2017-ci il tarixdə, 3156 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X10 adlı övladları olmuşdur. Nikahları xx.xx.2024-cü il tarixdə pozulmuşdur. Nikahın pozulması, uşaqların ananın himayəsində qalması və alimentlə bağlı xx.xx.2023-ci tarixdə keçirilən mediasiya iclasında cavabdehlə barışıq sazişi bağlanmışdır. Sazişə əsasən uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ay hər uşağa 235 manat, ümumilikdə 470 manat sabit pul məbləğində almentin ödəniləcəyi barədə razılaşma əldə olunmuşdur. Lakin bu günə kimi azyaşlı uşaqlarının saxlanması üçün maraqlı şəxs tərəfindən heç bir maddi dəstək olunmamışdır. Maraqlı şəxs məhkəmə iclasında bildirdi ki, Mediasiya prosesi onun iştirakı ilə keçirilmiş, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X10 onun uşaqlarıdı, uşaqlara maddi yardım göstərmək onun valideynlik borcudu. Lakin alimentin ödənilməsi barışıq sazişində göstərilən vaxtdan deyil, qətnamə qanuni qüvvəyə minəndən sonra ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmdən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin olunmalı və saziş təsdiq edilməlidir. Belə ki, tərəflərin iki uşağı var: xx.xx.2018-ci il təvəllüdlü X6 (Azərbaycan Respublikası Şəxsiyyət vəsiqəsi- AA4744011-FİN-8EXC9ZS) xx.xx.2021-ci il təvəllüdlü X10 (Azərbaycan Respublikası Şəxsiyyət vəsiqəsi- AA4744010-FİN-8Z7T0TT) Ərizəçi ilə Maraqlı şəxs arasında MŞB/8/2024-01644 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilmişdir. Sazişə əsasən tərəflər Həsənov X7 tərəf: X4 ilə birgə ümumi nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər növbəti ayın 10-dək ona hər ay, hər uşaq üçün 235 (iki yüz otuz beş) AZN olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu aliment məbləğini Birinci tərəf: X1 ona təqdim edəcəyi bank hesabına (bank kartına) ödəyəcəyinə dair razılıq əldə etmişlər. Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflərin arasındakı nikah pozulmuşdur. Hazırda ərizəçi həmin barışıq sazişinin təsdiq edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddələrinin mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26-cı məddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 84.1-ci maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2.1-ci maddəsinə görə, bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. 86-cı maddəsinə görə, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ərarvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə görə, barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə görə, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə görə, barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Beləliklə, məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında MŞB/8/2024-01644 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı qaydada təsdiq edilməlidir: Maraqlı şəxs xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X5 yekinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilməlidir. Ərizəçi eyni zamanda 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasını istəyir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfinfən dövlət rüsumu ödənildiyindən, ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Mediyasiya prosesinin nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında MŞB/8/2024-01644 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı qaydada təsdiq edilsin: Maraqlı şəxs xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X5 yekinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində aliment və Mediasiya prosesi zamanı ödənilmiş 100 manat dövlət rüsumu tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar