Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4906/2024 23.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X36 qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi vəkil Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “hüquq müəyyənedicisi sənəddəki tərəfin atası olması faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “hüquq müəyyənedicisi sənəddəki tərəfin atası olması faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 qəsəbəsində yerləşən 161 nömrəli bağ sahəsi ilə bağlı keçmiş ləğv edilmiş X7 və İstismarı Birliyi ilə "X33" arasında bağlanmış, DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv qovluğunda saxlanılan, xx.xx.1990-cı il tarixli 5524 nömrəli müqavilədəki bağ sahəsini istifadəyə götürən tərəfin atası X8 (bəzi sənədlərdə ad-soyad-ata adı "Orucov X23" şəklində keçən) atası olması faktının müqavilənin atası X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Qüdrət qızı xx.xx.1949-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayır. Atası X1 vərəsəsisidir. Belə ki, atasının 1995-ci ildə vəfatından sonra ondan miras qalan əmlakı qəbul etmiş və daha sonra müraciəti üzrə 4 nömrəli Notariat Kontorunda vərəsəlik işi açılmış o, vərəsə kimi tanınmışdır. Ərizəçinin doğum şəhadətnaməsində atasının soyadı "Orucov", adı "Qüdrət Əli", ata adı isə "Dadaş Əli” kimi yazılmışdır. Atasının "Ölüm şəhadətnaməsində isə ad-soyad-ata adı "X8” şəklində qeyd edilmişdir. "Orucov" ərizəçinin ata soyadı olmuş, 1967-ci ildə “X10” ilə nikah münasibətinə girərkən ərinin "Gərayev” soyadına uyğun olaraq “Gərayeva” soyadını götürmüşdür. Atasına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 qəsəbəsində bağ sahəsi olmuşdur. Köhnə nömrəsi "108", 1977-ci il tarixli cizgi və akt əsasında isə həmin tarixdən indiyə kimi yeni nömrəsi "161” olan bağ sahəsi xx.xx.1961-ci il tarixli 5524 nömrəli müqavilə əsasında atası X2 istifadəsinə verilmişdir. Bu fakt müraciəti üzrə 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixdə verdiyi arayışla da təsdiq olunur. Həmin arayışın məlumatlarına əsasən, xx.xx.1966-cı il, xx.xx.1972-ci il və xx.xx.1983-cü il tarixlərdə sözügedən bağ sahəsinə dair atasının adına müqavilə müddətləri yenilənmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin qeyd edilən xx.xx.2023-cü il tarixli arayışına əsasən arxiv qovluğunda olan sənədlərdə və müqavilələrdə icarədarın, yəni atasının adı (ad-soyadı nəzərdə tutulur) fərqli göstərilmişdir. 1 saylı Bakı Ərazi İdarəsi məsələləri qarışdırmışdır. Reyestr Xidmətinin xx.xx.2023-cü il tarixli arayışda, “X47 Əli (sənəddə olduğu kimi) oğlunun xx.xx.1989-cu il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 qəsəbəsi, 161 nömrəli bağ sahəsinin 0,12 hektar hissəsi digər şəxsin adına keçirilmiş, müqavilə ilə rəsmiləşdirilmiş və dövlət reyestrində qeydiyyata alınmışdır. Bağ sahəsi sənədlə 24 sot, faktiki olaraq isə bundan çox olmuşdur. 1989-cu ildə dövlət tərəfindən bir şəxs üçün 12 sotdan yuxarı ölçüdə torpaq sahəsinin əldə edilə bilməməsi qadağası qoyulduqdan sonra, ərizəçinin atası 24 sot torpaq sahəsini iki yerə böldürmüşdür. Bunun birini qardaşı X9 adına rəsmiləşdirmişdir. Yəni, xx.xx.2023-cü il tarixli arayışda qeyd edilən "X47 Əli (sənəddə olduğu kimi) oğlu" onun atası deyil, qardaşı olmuşdur. Həmin torpaq sahəsini sonradan atası qardaşının adından başqa bir qadının adına keçirmiş, daha sonra həmin torpağı satmışlar. Arayışda keçən “161” nömrəli bağ sahəsinin 0,12 hektar hissəsi digər şəxsin adına keçirilmiş, müqavilə ilə rəsmiləşdirilmiş və dövlət reyestrində qeydiyyata alınmışdır” ifadəsi və cümləsi də bunu təsdiq edir. O ki qaldı, yerdə qalan 0,12 hektara (12 sota) bu, atasına və ailəsinə yəni ona aid olan torpaq sahəsidir. 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli arayışında, həmçinin “Vişnyovka 2 qəsəbəsi, 161 nömrəli bağ sahəsinin qalan 0,12 hektar hissəsinin istifadəyə verilməsinə dair keçmiş X7 və İstismarı Birliyi ilə X33 arasında bağlanmış xx.xx.1990-cı il tarixli 5524 nömrəli müqavilə arxiv qovluğunda mövcuddur" olduğu bildirilmişdir. Həmin sənəddə adı keçən "X33" onun atasıdır, lakin soyad ya texniki səhv olaraq yanlış yazılmış, ya da həmin zamanlar bağ sahibi olan atası sovet hökuməti nəzarətindən qorxduğu üçün bu cür yazdırmışdır. Çünki, həmin zamanlar ticarətdə işləyənlər qazanclarına görə qorxurdular və adlarına olan əmlakları gizlədirdilər. Ərizəçinin atası da ticarətçi olduğu üçün, ola bilsin ki, soyadı bu cür yazdırıb, sonradan isə səhlənkarlığı üzündən bu yanlışlığı düzəltdirməmişdir. Onlardan 1960-cı illərdən əldə etdikləri sözügedən bağ sahəsinin faktiki sahibi və qanuni istifadəçisi olmuşdur. Atasının sağlığında burada ev tikilmiş, su quyusu olmuş, həyətləri, ağacları olmuş, indi də vardır. Atasından sonra miras əmlak onun sahiblik və istifadəsinə keçmişdir. Yəni, 1977-ci ildən "161" nömrəli olan bağ sahəsi keçmiş X7 və İstismarı Birliyi ilə atası arasında bağlanmış xx.xx.1990-cı il tarixli 5524 nömrəli müqavilə əsasında sahiblik və istifadələrində olmuş, həmin bağ sahəsi onlara məxsusdur, indi də həmin bağ sahəsindən istifadə edir, yay mövsümlərində yaşayırlar. Hal-hazırda, o, həmin bağ sahəsini 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata aldırmaq və rəsmiləşdirmək istəyir. Lakin, atasının ad-soyadında olan fərqliliklər çıxarış almağına imkan vermir. Buna görə, keçmiş X7 və İstismarı Birliyi ilə "X33" arasında bağlanmış xx.xx.1990-cı il tarixli 5524 nömrəli müqavilənin atasına məxsus olması faktı müəyyən olunmalıdır. Qeyd olunur ki, 1970-ci ildən bağ sahəsinin nömrəsi "161", müqaviləsinin nömrəsi isə "5524" olaraq qalmışdır. Müxtəlif illərdə bağ icarə müqaviləsinin tarixləri dəyişdirilsə də, bağın nömrəsi və müqavilənin nömrəsi dəyişdirilməmiş, eyni şəkildə saxlanmışdır. Bu da özü-özlüyündə faktdır ki, bura atasına məxsus olmuşdur. X7 və İstismarı Birliyi ləğv olunduğu üçün həmin təşkilata müraciət etmək və sənədlərdə düzəliş etmək mümkün deyildir. Yaxud da, həmin təşkilatı xüsusi icraat qaydasında maraqlı şəxs qismində məhkəməyə cəlb etmək də mümkün deyildir. Bu üzdən maraqlı şəxs qismində 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmalıdır, çünki keçmiş X7 və İstismarı Birliyi ləğv edildikdən sonra arxiv sənədləri ƏMDX-nin ərazi idarələrinə verilmişdir. Həmçinin, hüquq müəyyyənedici sənədinin qeydiyyatı məhz 1 saylı Bakı Ərazi İdarəsində aparılacaqdır. 2024-cü ilin may ayında 1 saylı Bakı Ərazi İdarəsinə əlavə olaraq müraciət edərək, müqavilədə keçən "X33" ad-soyadının bir daha dəqiqləşdirilməsini xahiş etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi özünün xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirmişdir ki, “Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 161 nömrəli bağ sahəsinə dair keçmiş X7 və İstismarı Birliyi ilə, xx.xx.1990-cı il tarixli 5524 nömrəli müqavilə bağlanılmış, həmin müqavilədə icarədarın adı X13 qeyd edilmişdir. Bağ sahəsinin nömrəsi 1977-ci illərdən indiyə kimi eynidir, eləcə də bağ sahəsi ilə bağlı bağlanmış müqavilənin nömrəsi də eynidir. Atasının adı da eynidir, yəni "Qüdrət Əli"dir. Burada ərizəçinin atasının soyadı fərqlidir, bir də ata adı qeyd edilməmişdir. Ona görə məhkəmə qaydasında hüquqi faktın müəyyən edilməsinə, yəni sözügedən müqavilənin hüquq müəyyənedici sənədin atasına mənsub olması müəyyən edilməlidir. Ərizəçi nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1949-cu ildə Bakı şəhərində anadan olub. Atası Orucov X15r, X5r. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X6 1967-ci ildə nikah bağlamışlar. Nikah bağlanmasından sonra ərə Gərayev soyadı, arvada Gərayeva soyadı verilmişdir. İş materiallarında olan Sabunçu rayonu Balaxanı Qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı 346444 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1995-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1995-ci ilin 01 ayının 27 günündə 06 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin 08 avqust 2023-cü il tarixli 3-48-TA/2-M-00521/2023 nömrəli arxiv arayışının surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi uzrə Balaxanı kənd məscidinin sənədlərində Qüdrətəli Dadaşəli oğlunun doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Doğum tarixi: 14 sentyabr 1913-cü il. Valideynləri: Atası - X12, anası - X18r. İş materiallarında olan Bakı şəhəri 4 saylı Notariat ofisi 02 sentyabr 2023-cü il tarixli 129 nömrəli məktubla Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 sayı Bakı ərazi idarəsinə müraciət edərək bildirmişdir ki, Ərizəçi müraciəti, qohumluq əlaqəsini təsdiq edən sənəd, mirasın açıldığı yer və digər təsdiqedici sənədlər əsasında vəfat etmiş atası X2 adına vərəsəlik işi açılmışdır. Vərəsənin qeydinə əsasən miras əmlakı olaraq daşınmaz əmlakın dövlət qeydiyyatına alınmış (və ya alınmamış), lakin onlara bəlli olmayan (vərəsənin təxmini qeydinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsi 161) daşınmaz əmlak mövcuddur. Yuxarıda qeyd olunanlara əsasən, X3 məxsus, müvafiq icra hakimiyyəti orqanının nəzdində olan bağ təsərrüfatı idarəsi tərəfindən ayrılmış bağ sahəsinə dair verilmiş icarə müqaviləsinin, sərəncamın və ya orderin, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlük kitabçasının və ya üzvlərin iclasının protokolundan çıxarışın olub-olmaması, olduğu təqdirdə arxiv sənədlərinin vərəsə Ərizəçi vasitəsilə Bakı şəhəri 4 saylı notariat ofisinə təqdim edilməsi xahiş edilmişdir. İş materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda Ərizəçi bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 qəsəbəsində yerləşən 108 (köhnə nömrə) nömrəli bağ sahəsi xx.xx.1961-ci il tarixli 5524 nömrəli müqavilə əsasında X2 istifadəsinə verilmişdir. 1977-ci il tarixli cizgi və aktda bağ sahəsinin yeni nömrəsi 161 kimi qeyd edilmişdir. xx.xx.1966-cı il, xx.xx.1972-ci il və xx.xx.1983-cü il tarixdə sözügedən bağ sahəsinə dair icarədarın adına müqavilə müddətləri yenilənmişdir. Məlumat üçün bildirmişdir ki, arxiv qovluğunda mövcud olan sənədlərdə və müqavilələrdə icarədarın adı fərqli göstərilmişdir. X47 Əli (sənəddə olduğu kimi) oğlunun xx.xx.1989-cu il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 qəsəbəsi, 161 nömrəli bağ sahəsinin 0.12 hektar hissəsi digər şəxsin adına keçirilmiş, müqavilə ilə rəsmiləşdirilmiş və dövlət reyestrində qeydiyyata alınmışdır. Vişnyovka 2 qəsəbəsi, 161 nömrəli bağ sahəsinin yerdə qalan 0.12 hektar hissəsinin istifadəyə verilməsinə dair keçmiş X7 və İstismarı Birliyi ilə, X33 arasında bağlanılmış xx.xx.1990-cı il tarixli 5524 nömrəli müqavilə arxiv qovluğunda mövcuddur. İş materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda Ərizəçi bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 161 nömrəli bağ sahəsinə dair keçmiş X7 və İstismarı Birliyi ilə xx.xx.1990-cı il tarixli 5524 nömrəli müqavilə bağlanılmış. Həmin müqavilədə icarədarın adı X13 qeyd edilmişdir. İş materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ massivi ünvanında yerləşən, 161 nömrəli bağ sahəsinə dar müvafiq sənədlərin təsdiq edilmiş surətəri məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 qəsəbəsində "161” olan bağ sahəsi xx.xx.1990-cı il tarixli 5524 nömrəli müqavilə əsasında X22 istifadəsinə verilmişdir. xx.xx.1966-cı il, xx.xx.1972-ci il və xx.xx.1983-cü il tarixlərdə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 qəsəbəsində "161” olan bağ sahəsinə dair X22 adına müqavilə müddətləri yenilənmişdir. X9 Bakı Bağlar İdarəsinin rəisinə ünvanladığı ərizədən görünür ki, o atasının adına olan Vişnyovka 2-də yerləşən 161 nömrəli bağ sahəsinin atasının yaxın qohumu X4 adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Dövlət Notariat Arxivinin 3-16-5/6-11-1247-24 nömrəli xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri 4 saylı dövlət notariat ofisində 24 oktyabr 1996-cı il tarixdə 2B-146 reyestr nömrəsi ilə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işinin kserosurəti məhkəməyə göndərilmişdir. X35 ilə X26 23 may 1937-ci ildə evlənmişlər. 2B-146 reyestr nömrəli Vərəsəlik işinin kserosurətindən görünür ki, X35 26 yanvar 1995-ci ildə Bakı şəhərində ölmüşdür. X26 14 iyul 1979-cu ildə Bakı şəhərində ölmüşdür. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 12 noyabr 1938-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Orucov X24, X5r. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanuna ziddir. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş sənədlərindən görünür ki, “X8”nun müxtəlif sənədlərdə səhvən “X33” “Orucov X23” kimi göstərilmişdir. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 qəsəbəsində yerləşən 161 nömrəli bağ sahəsi ilə bağlı keçmiş ləğv edilmiş X7 və İstismarı Birliyi ilə “X33" arasında bağlanmış, DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv qovluğunda saxlanılan, xx.xx.1990-cı il tarixli 5524 nömrəli müqavilədəki bağ sahəsini istifadəyə götürən tərəfin “X8” (bəzi sənədlərdə ad-soyad-ata adı "Orucov X23") olması və müqavilənin X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev Hakim: Namidar Misirzadə
Məhkəmə qərarları › İş №2(008)-4906/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4906/2024
23.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver