Məhkəmə qərarları › İş №2(008)-4938/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4938/2022

13.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4938/2022 13.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X11, İddiaçı X1 nümayəndəsi X3 qızının, Müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X5 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı X6, İddiaçı2, İddiaçı4, İddiaçı3 Əbdülağa oğlu və İddiaçı5 cavabdeh Bakı şəhəri 9 saylı ntariat ofisinə qarşı X12 müstəqil tələblər irəli sürməyən 3-cü şəxs kimi qeyd edilməklə mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X6, İddiaçı2, İddiaçı4, İddiaçı3 Əbdülağa oğlu və İddiaçı5 cavabdeh Bakı şəhəri 9 saylı ntariat ofisinə qarşı X12 müstəqil tələblər irəli sürməyən 3-cü şəxs kimi qeyd edilməklə iddia ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1986-cı ildə vəfat etmiş məhrum ataları X13 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 556 saylı bağ sahəsi xüsusi mülkiyyət olmaqla daşınmaz əmlakın dövlət reyestrində **********46 nömrə ilə, X14 adına tam pay olmaqla xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış 025 hektar torpaq sahəsinə mirasın faktiki qəbul edilməsi üçün müəyyən olunmuş müddətin bərpa edilməsi və həmin mirasa dair bərabər bolgü, yəni 6/1 bölgü əsasında Kazımova (Quliyeva) Nazilə Abdulağa qızının vərəsəsi Kazımova (Əliyeva) Bikəxanım Əbdülağa qızına, İddiaçı2, İddiaçı4, İddiaçı3 Əbdülağa oğluna və İddiaçı5 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 qızı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələblər irəli sürməyən 3-cü şəxsin nümayəndəsi X8 izahatında bu məsələ ilə bağlı məhkəmədə iddia qaldırdıqlarını və işin məhkəmə icraatında olduğunu bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, hazırkı tələbə xüsusi icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. İddia ərizənin məzmunundan görünür ki, X6, İddiaçı2, İddiaçı4 Ağa qızı, İddiaçı3 Əbdül oğlu iddia ərizədə özlərini iddiaçı kimi, Bakı şəhəri 9 saylı ntariat ofisini cavabdeh, X9 isə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs kimi göstərmişdir. Halbu ki, iddiaçlar ərizədə özlərini ərizəçi, Bakı şəhəri 9 saylı ntariat ofisini və X9 maraqlı şəxs kimi göstərməli idilər. Əvvəlki məhkəmə iclasında məhkəmə qeyd olunan nöqsanların aradan qaldırılmasını iddiaçı tərəfə izah etsə də, iddiaçılar həmin noqsanları aradan qaldırmamışlar. Azərbaycan Respublikası MPM-nin 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Məhkəmə həmçinin mülki iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, ödənilmiş 100 manat dövlət rüsumu büdcədən X1 nümayəndəsi X3 qızına geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, X1 nümayəndəsi X3 qızı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 100 manat məbləğində ödənilmiş dövlət rüsumu büdcədən iddiaçının nümayəndəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114.1.5, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı X6, İddiaçı2, İddiaçı4, İddiaçı3 Əbdülağa oğlu və İddiaçı5 cavabdeh Bakı şəhəri 9 saylı ntariat ofisinə qarşı X12 müstəqil tələblər irəli sürməyən 3-cü şəxs kimi qeyd edilməklə mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı X1 nümayəndəsi X3 qızı tərəfindən mülki iş üzrə xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbzə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu büdcədən X3 qızına geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar