Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-496/2023 27.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X31 nümayəndəsi və vəkili Vəkil1 Rüfət oğlunun, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 39 saylı notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması, vərəsələrin dairəsinin və miras payının müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin, müqavilənin və çıxarışın etibarsız hesab edilməsi”, Müstəqil tələb irəli sürən üçüncü şəxs X31 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 39 saylı notariat ofisinə qarşı “vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi” tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 39 saylı notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması, vərəsələrin dairəsinin və miras payının müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin, çıxarışın və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.549 ha torpaq sahəsi ilə bağlı vərəsəlik hüququnun tanınması və ¼ hissədə miras payının müəyyən edilməsi, həmin torpaq sahəsi ilə bağlı ünvan 12dən Cavabdeh1 verilmiş xx.xx.2017-ci il tarixli 2V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən – ¾ hissədə etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına tam mülkiyyət hüquqlarına dair aparılmış qeydiyyatın qismən – ¾ hissədə silinməsi, eyni nisbətdə çıxarışın ləğvi, həmin torpaq sahəsindən 0.429 ha hissənin Musayev X5 ilə bağlı Bakı şəhəri 13 saylı notariat ofisində bağlanmış xx.xx.2017ci il tarixli 4Ə-171 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına mülkiyyət hüququna dair aparılmış qeydiyyatın tam silinməsi, çıxarışın tam ləğvi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin ¼ hissəsinə onun və anası X31 vərəsəlik hüquqlarının tanınması, əmisi X39 vəsiyyət üzrə vərəsəsi olaraq ona məxsus ¼ hissəyə onun vərəsəlik hüququnun tanınması, həmin torpaq sahəsi ilə bağlı ünvan 12dən Cavabdeh1 verilmiş xx.xx.2017-ci il tarixli 2V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən – ¾ hissədə etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına tam mülkiyyət hüquqlarına dair aparılmış qeydiyyatın qismən – ¾ hissədə silinməsi, eyni nisbətdə çıxarışın ləğvi, həmin torpaq sahəsindən 0.429 ha hissənin Musayev X5 ilə bağlı Bakı şəhəri 13 saylı notariat ofisində bağlanmış xx.xx.2017-ci il tarixli 4Ə-171 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına mülkiyyət hüququna dair aparılmış qeydiyyatın tam silinməsi, çıxarışın tam ləğvi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X50 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 39 saylı notariat ofisinə qarşı “vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddia tələblərinin təmin olunması, miras əmlakdan ¼ hissəyə onun və İddiaçı vərəsəlik hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 xx.xx.2018-ci il tarixdə öldüyündən Cavabdeh1 aid hissədə mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X31 nümayəndəsi və vəkili Vəkil1 iddia tələblərini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı xx.xx.1991-ci il tarixində Maştağa qəsəbəsində anadan olmuş, həmin tarixdən ünvan 2 ünvanında yaşayıb və qeydiyatda olubdur. İddiaçının X21 xx.xx.1937-ci il tarixində anadan olub, həmin ünvanda yaşayıb,orada qeydiyyatda olub,həmin ünvanda da xx.xx.2006-cı il tarixində dünyadan köçüb, anası X40r, xx.xx.1960-cı ildə anadan olub, 1990-cı ildən atası ilə faktiki nikahda olub, həmin ünvanda yaşayıb, xx.xx.2005-ci il tarixində nikahlarını rəsmiləşdirərək rəsmi və faktiki nikah münasibətlərində olublar. Anası da 1990-cı illərdən həmin ünvanda yaşayıb və qeydiyyatda olub. Hal-hazırda da iddiaçı ilə birlikdə həmin ünvanda yaşayır. Belə ki, Sabunçu RİH-i başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış xx.xx.2022-ci il tarixli 153 nömrəli arayışda qeyd olunur ki, xx.xx.1937-ci il təvəllüdlü mərhum Yusif Musa oğlu ilə nikahda olmuş xx.xx.1960-cı il təvəllüdlü X50 1990-cı ildən Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, ev 54 ünvanında qeydiyyatdadır və yaşayır, oğlu xx.xx.1991-ci il təvəllüdlü İddiaçı anası ilə birgə qeydiyyatdadır, yaşayır. Həmin ünvan iddiaçının X1 adında olmuşdur, hal-hazırda da əldə olan 1961-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair’ Texniki Pasportundan görünür ki, mülkün sahibi X24r. ünvan 4 ünvanında yaşayan, qeydiyyatda olan iddiaçının nənəsi (atasının anası) X41 12 dekabr 1987-ci ildə həmin ünvanda vəfat etmişdir. Nənəsinin əri X51 isə 1953-cü ildə vəfat etmişdir. X1 1926-cı il təvəllüdlü İsabala Musa oğlu, 1932-ci il təvəllüdlü Yəhyəbala Musa oğlu, xx.xx.1936-cı il təvəllüdlü X61, xx.xx.1937- ci il təvəllüdlü X54 oğlu olmaqla 4 övladı olmuşdur. 1 saylı Bakı Ərazi İdarəsindən almış arayış əsasında bilinmişdir ki, nənəsi X41 dünyadan köçənə kimi yaşadığı fərdi yaşayış evinin tikilisi mülkiyyətində, torpaq sahəsi isə qanuni istifadə və sahibliyində olmuşdur. Həmin evin Texniki Pasportda əks olunan 0,5489 ha torpaq sahəsinin ölçüsündə torpaq sahəsi nənəsin adında idi. Torpaq sahəsi ilə bağlı iddiaçıda olan 1961 -ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair’ Texniki Pasportu sənədi var idi. Bu sənəd nənəsi iddiaçı və atası ilə birgə yaşadığı üçün atası Yusifdə olmuş, daha sonra isə ailədə qalmışdır. X64 əks olunmuş torpaq sahəsi hələ nənəsinin sağlığında ikən 4 övladı arasında bölünmüş, hər kəsin torpaq sahəsi hasara alınmış, hərə öz evini tikib öz sahəsində yaşayırdı. Bu bölgü indi də mövcuddur. Eyni zamanda iddiaçının nənəsi dünyadan köçərkən həmin ünvanda 4 övladı yaşamışdırlar, bunlardan da biri X21 idi. Bu, Maştağa İcra nümayəndəliyi tərəfinden verilmiş arayışla təsdiq olunur. Sözügedən 54,89 sotluq torpaq sahəsində oğlanları tərəfindən hərəsi özünə aid torpaq sahəsində ayrıca bir ev tiksələr də iddiaçının nənəsi onun atası ilə, yəni kiçik övladı Yusiflə birlikdə evin Texniki Pasportunda “A” hərfi ilə göstərilmiş tikilisinin iddiaçıgilin həyətində olan hissəsində yaşamış, elə atasının yanında da vəfat etmişdir. Elə iddiaçının “Qüdrət" adı da mərhum nənəsinin adı şərəfinə atası tərəfindən qoyulmuşdur. X21 2006-cı il tarixdə dünyadan köçənə kimi həmin ünvanda qeydiyyatda olmuş və ailəsi, anası və həmçinin, iddiaçı ilə birlikdə yaşamışdır, bu da icra nümayəndəliyindən alınmış arayışla təsdiq olunur. Belə ki, Sabunçu RİH-i başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış xx.xx.2022-ci il tarixli 143 nömrəli arayışda deyilir ki, XX.XX.1990-cı il təvəllüdlü X41 vəfat edən günə kimi xx.xx.1937-ci il təvəllüdlü Yusif Musa oğlu, xx.xx.1936-cı il təvəllüdlü X62 onunla bir ünvanda qeydiyyatda olmuşlar. İddiaçının atası anasından miras qalmış evin və torpaq sahəsinin ona aid olan hissəsini faktiki olaraq qəbul edib idarə etsə də, malik olduğu vərəsəlik hüququnun rəsmiləşdirmədən, vərəsəlik hüququ haqqında şəhadətnamə almadan vəfat etmişdir. Atasının ölümündən sonra miras əmlak anası və onun tərəfindən qəbul edilmişdir. İddiaçının atası 13 aprel 2006-cı il tarixində vəfatından sonra ona anasından qalmış torpaq sahəsi hissəsi və ev hissəsi iddiaçı və anası tərəfindən qəbul və idarə edilmişdir. İddiaçı həmin hissədə torpaq sahəsinin və evin sahibi və istifadəçiləri olmuşdur. İddiaçı öz payını, tam fəaliyyət qabiliyyəti olmadığı üçün, anası vasitəsilə qəbul etmişdir. Hal-hazırda iddiaçının otuz bir yaşı vardır, atasından miras qalmış əmlakı - torpaq sahəsini faktiki qəbul etməyi ərazi notariat ofisi olan 39 saylı notariat ofisində qeydiyyata aldırmaq, miras payı göstərilməklə vərəsəlik hüququna dair şəhadətnamə almaq fikrindədir. Anası mirasın iddiaçı tərəfindən qəbul edilməyi və vərəsəliyin adına sənədləşdirilməsinə etiraz etmir. Bir müddət bundan əvvəl 39 saylı notariat ofisinə və 1 saylı Bakı Ərazi İdarəsinə sorğular verərək alınan arayış və digər sənədlərdən aydın olmuşdur ki, mərhum nənəsinə məxsus olmuş torpaq sahəsi mərhum əmisi Yəhyəbala Musa oğlu tərəfindən onlardan xəbərsiz olaraq yalnız özünün vərəsəlik hüququnu tanıtdırmaqla adına sənədləşdirilmiş və torpaq sahəsinin bir hissəsi öz övladlarının adına, digər hissəsi isə qardaşı İsabala Musa oğlunun nəvəsi - hazırki işdə cavabdeh olan Cavabdeh2 adına sənədləşdirilmişdir. İddiaçının nənəsi 12 dekabr 1987-ci il tarixdə dünyadan köçərkən, bütün övladları - İsabala Musa oğlu, Yəhyəbala Musa oğlu, X62 və X29 olmuşlar və onların hər birinin, o cümlədən iddiaçının atası ümumi miras paydan hissəsi - hərənin öz həyətyanı sahəsi və ev tikilisi olmuşdur. Evin iddiaçının nənəsinin adına tərtib olunmuş 1961-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə daif’ Texniki Pasportunda “A” literi ilə işarələnmiş əsas tikilisində isə nənəsi oğlu Yusiflə birlikdə yaşamışdı. Hal-hazırda iddiaçı faktiki sahibliyində və istifadəsində olan yenidən tikilmiş evin bir hissəsində tikinti altı sahədə, həmin “A” literi ilə işarələnmiş ilkin əsas tikilinin bir hissəsi hələ də qalmaqdadır. İddiaçı yeni ev tiksələr də həmin köhnə tikili hissəni də yeni tikdikləri evlə birləşdirərək buradan istifadə etməyə, buraya sahiblik etməyə başlamışlar. Bu isə mirasın özünə düşən pay hissəsində atası tərəfindən, daha sonra isə ailəsi tərəfindən qəbul edildiyini ifadə və təsdiq edir. 39 saylı notariat ofisindən sorğu ilə almış olmuş sənədlərin surətlərindən görünür ki, iddiaçının mərhum əmisi Cavabdeh1 Sabunçu RİH-nin Maştağa qəsəbəsi üzrə o zamankı nümayəndəsi Z.Cəfərovun verdiyi avqust 2015-ci il tarixli 6870-ci il tarixli arayışda bildirilmişdir ki, X41 mülkiyyətində olan olan Sabunçu rayon, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, ev 54-də vəfatına qədər ailəsi ilə birlikdə yaşayıbdır. xx.xx.1987-ci ildə vəfat etdikdən sonra bu ünvanın daimi pasport qeydiyyatından silinmişdir. Göründüyü kimi, həmin arayışın özündə belə ifadə edilmişdir ki, X41 vəfatına qədər həmin ünvanda ailəsi ilə birlikdə yaşayıbdır. Deməli, miras da onun ölümündən sonra ailə tərəfindən, yəni övladları tərəfindən qəbul edilibdir. 39 saylı notariat ofisindən sorğu ilə almış olmuş sənədlərin surətlərindən, həmçinin arxiv arayışında iddiaçının əmisi Yəhyabalanın ana adı X8 göstərilmişdir, lakin əmisi X69 iddia tələbi üzrə işə Sabunçu Rayon Məhkəməsində xüsusi icraat qaydasında baxılmış, xx.xx.2017-ci il tarixli, 2(008)-1383/2017 saylı məhkəmə qətnaməsi ilə, X25 ilə X20 eyni şəxs olması, 1900-cu il tarixdə doğulmuş və 12 dekabr 1987-ci il tarixdə vəfat etmiş X33mın xx xxxxxx 1932-ci il tarixdə anadan olmuş Cavabdeh1 anası olması faktı müəyyən edilmişdir. Həmin qətnamədən həmçinin aydın olur ki, iddiaçının X1 4 övladı olmuşdur. Özü də bu məlumatları məhkəməyə elə iddiaçının mərhum əmisi Cavabdeh1 özü vermişdir, amma təəssüf ki, əmisi mirası qəbul edən qardaşlarının ailə üzvlərini vərəsəliyin rəsmiləşdirilməsinə dəvət etməmişdir. İşin faktiki hallarından görünür ki, ortada miras şərikləri vardır. Qanunvericilik bütün mirasın bir miras şərikinə keçməsi üçün miras şəriklərinin razılaşmasını şərt olaraq müəyyən etmişdir. Bu halda isə, iddiaçının əmisi aralarında heç bir razılaşma olmadan iddiaçının nənəsindən qalmış miras əmlakı onlardan xəbərsiz olaraq təkcə öz adına keçirmişdir.İddiaçı öz miras payımdan imtina etməmiş və etmək fikri də yoxdur, o, miras payının müəyyən olunmasını, vərəsəlik hüququmun tanınmasını istəyir və payına uyğun vərəsəlik haqqında şəhadətnamə verilməsini istəyir. Bununla bağlı olaraq 39 saylı notariat ofisinə müraciət etsə də, notariat ofisi sözügedən miras əmlakla bağlı əmisi Məmmədov -Yəhya, Bala Musa oğlunu yeganə varis kimi tanıdığını qeyd etmiş və ona şəhadətnamə verilməsindən imtina etmişdir. Bu üzdən iddiaçı məhkəmə müraciət etmək və vərəsəlik hüququnu məhkəmə qaydasında tanıtdırmaq, miras payını məhkəmə qaydasında müəyyən etdirmək, həmçinin miras daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edərək buna məhkəmə qaydasında nail olmaq qərarına gəlmişdir. Çünki, cavabdehlər və ailə üzvləri məsələnin razılaşma ilə həllinə meyl etmirlər, notariat orqanı isə vərəsəlik hüququmu tanımaqdan imtina edir. 1 saylı Bakı Ərazi İdarəsindən almış olduğu xx.xx.2022-ci il tarixli, **********12 nömrəli arayışda bildirilmişdir ki, Bakı şəhəri, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi,54 nömrəli fərdi yaşayış evinə dair 1961-ci il tarixdə tərtib evilmiş texniki pasporta, Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2017- ci il tarixli 039- 5437-1217 nömrəli arayışına, Bakı şəhəri 39 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli 85 nömrəli məktubuna, Cavabdeh1 xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli ərizələrinə əsasən ünvan 5 ünvanında yerləşən 0,549 ha torpaq sahəsinə mərhum X26 adına qeydiyyatdan keçmişdir və RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bakı şəhəri 39 saylı DNK-nin xx.xx.2017-ci il tarixli 2V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. ünvan 6 ünvanında yerləşən 0,549 ha torpaq sahəsindən 0,06 ha hissəsi Bakı şəhəri 13 saylı DNK-nin xx.xx.2017-ci il tarixli 4Ə-172 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 6 ünvanında yerləşən 0,549 ha torpaq sahəsindən 0,06 ha hissəsi Bakı şəhəri 13 saylı DNK-nin xx.xx.2017-ci il tarixli 4Ə-173 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X14 adma qeydiyyatdan keçmişdir. 0,06 ha torpaq sahəsi üzərində yerləşən ünvan 6A saylı fərdi yaşayış evi X14 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 6 ünvanında yerləşən 0,549 ha torpaq sahəsindən 0,429 ha hissəsi ünvan 76.201 7-ci il tarixli 4Ə-171 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bildirmək istəyir ki, Məmmədov İbrahim və Məmmədov Musa iddiaçının mərhum əmisi Cavabdeh1 övladlarıdır. Əmisi əslində öz faktiki payını iki oğluna bağışlama yolu ilə vermişdir. Yerdə qalan hissəni isə formal olaraq, görünüş üçün qardaşı nəvəsi Cavabdeh2 adına keçirmişdir. Cavabdeh2 iddiaçının mərhum digər əmisi olan X87 nəvəsidir . Mərhum əmisi X101 da 4 varisdən biri olmuşdur və torpaq sahəsinin ona məxsus hissəsində hal-hazırda övladları və nəvələri, həmçinin Cavabdeh2 yaşamışdır. Hal-hazırda Cavabdeh2 0,429 ha torpaq sahəsinin hamısının faktiki sahibi deyildir. Bu torpaq sahəsinin bir hissəsi iddiaçıya məxsusdur və iddiaçı öz hissəsinin faktiki və qanuni sahibidir, bu hissə ona atasından, atasına isə öz anasından miras olaraq qalıbdır. İddiaçı hal-hazırda əmisi oğlanları Məmmədov İbrahim və Məmmədov Musaya onların sahələrinə qarşı heç bir iddiası və tələbim yoxdur, onlar ataları Cavabdeh1 məxsus hissəni qanuni olaraq alıblar. Çünki onların atalarının da X16 qalan torpaq sahəsinə tam deyil, % nisbəti ilə miras payı hüquqları vardır, lakin Cavabdeh2 adına olan 0,429 ha torpaq sahəsinin bir hissəsi ilə bağlı miras payı tələbi vardır. Həmin torpaq sahəsi mərhum əmisi Cavabdeh1 tərəfindən əhəmiyyətsiz əqdlə -yalan alqı- satqı müqaviləsi ilə tam şəkildə Cavabdeh2 adına keçirilmişdir. Əslində heç bir həqiqi alqı-satqı müqaviləsi olmamışdır. Bu əqd görünüş üçün bağlanmışdır, əmisi onların razılığı olmadan onlara məxsus torpaq sahəsi hissəsi ilə bağlı qanunsuz alqı-satqı əməliyyatı aparmış, iddiaçının miras əmlakdakı payının Cavabdeh2 adına özgəninkiləşdirilməsini həyata keçirmişdir. İddiaçının mərhum əmisi Cavabdeh1 onların varis olduğunu bilə-bilə, miras əmlakla bağlı digər qardaşlarının ailə üzvlərinin qanuni varis olduğunu bildiyi halda, onlardan xəbərsiz olaraq notariat orqanında özünü yeganə varis kimi təqdim etmiş, onların faktiki sahibliyində və qanuni istifadəsində olan torpaq sahəsi hissəsinin, həmçinin mərhum əmisi X44 məxsus olan torpaq sahəsi hissəsinin də daxil edildiyi torpaq sahəsi ilə bağlı şəhadatnamə almışdır. Odur ki, iddiaçının ünvan 6 ünvanında yerləşən 0,549 ha torpaq sahəsi ilə bağlı vərəsəlik hüququnun tanınması və ¼ hissədə miras payının müəyyən edilməsinə dair, həmin torpaq sahəsi ilə bağlı Bakı şəhəri 39 saylı DNK-si tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2017-ci il tarixli 2V-61 reyestr nömrəli qanun — üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən/hissəvi ¾ hissədə etibarsız hesab edilməsinə, 0,549 ha torpaq sahəsinin Cavabdeh1 adına tam mülkiyyət hüquqlarına dair aparılmış daşınmaz əmlakın dövlət reyestri qeydiyyatının qismən/hissəvi ¾ hissədə silinməsinə (0,549 ha torpaq sahəsindən 0,06 hissənin Bakı şəhəri 13 saylı DNK-nın xx.xx.2017-cı il tarixli 4Ə-172 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X4 adına qeydiyyatdan keçməsi və 0,549 ha torpaq sahəsindən 0,06 ha hissənin Bakı şəhəri 13 saylı DNK-nin xx.xx.2017-ci il tarixli 4Ə-173 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Məmmədov fusa Yəhya Bala oğlunun adına qeydiyyatdan keçməsi hissəsində - 1/4 hissədə saxlanılmaqla) və 0.549 ha torpaq sahəsi ilə bağlı Cavabdeh1 adına verilmiş çıxarışın eyni nisbətdə ləğv edilməsinə, həmçinin 0,549 ha torpaq sahəsindən 0,429ha hissənin Musayev X5 ilə bağlı Bakı şəhəri 13 saylı DNK-də bağlanmış xx.xx.2017-ci il tarixli 4Ə-171 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, Cavabdeh2öğlunun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın tam silinərək adına verilmiş çıxarışın tam ləğv edilməsinə dair qətnamə qəbul etməyinizi xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, o iddia tələbini qeəbul etmir. Belə ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz vermiş və bildirmişdir ki, İddiaçı yalan danışır. Yusif Musa oğlunun övladı olmayıb, bir neçə qadınla qeyri-rəsmi yaşamış və övladı olmadığı üçün həmin qadınlardan ayrılmışdı. Məhkəməyə təqdim edilmiş İddiaçı doğum haqqında akt qeydində Cavabdeh2 iddia ərizəsinə etirazında qeyd etdikləri öz əksini tapmışdır. İddiaçı anası, xx.xx.1960-cı il təvəllüdlü X50 xx.xx.1978-ci ildən xx.xx.1984-cü ilə qədər vətəndaş X71 ilə rəsmi nikahda olmuşdur. İddiaçı anası xx.xx.1960-cı il təvəllüdlü X50 hələ V.İ.Lenin adına APİ-də tələbə olarkən xx.xx.1962-ci il təvəllüdlü Aqasyan Conik Şaqenoviçlə xx.xx.1988-ci il tarixdə rəsmi nikah bağlamış və ər-arvad kimi yaşamışlar. xx.xx.1990-cı il tarixdə, yəni İddiaçı ana bətnində 5 aylıq olanda, X50 ilə erməni əsilli, Aqasyan Conik Şaqenoviçlə bağlanmış nikah pozulmuşdur. İddiaçı bacısı, xx.xx.1989- cu il təvəllüdlü Zümrüd Rəhim qızının doğum haqqında şəhadətnaməsində “atası” qrafasında X10 qeyd edilmişdir. Halbuki, onun anası, X31 erməni əsilli Aqasyan Conik Şaqenoviçlə rəsmi nikahı olmuş və birlikdə yaşamışlar. İddiaçı doğum haqqında akt qeydində doğum tarixi ilkin olaraq 30 mart 1991-ci il kimi və sonradan xx.xx.1991-ci il kimi qeyd edilmişdir. 2 saylı doğum evinin 3/İİİ/90-cı il tarixli, düzəlişdən sonra 3/İİİ/91-ci il tarixli arayışına əsasən ananın İ doğuşu qeyd edilmişdir. Bundan əlavə, İddiaçı doğum haqqında akt qeydinin “anası” qrafasında ilkin olaraq xx.xx.1974-cü il təvəllüdlü, 16 yaşlı X27 qeyd edilmiş və sonradan düzəliş olunaraq, 30 yaşlı X50 qeyd edilmişdir. Göründüyü kimi Qüdrətin anası İlahənin soyadı Məmmədova olmuşdur. Bundan sonra isə kiril əlifbası ilə tərtib olunmuş akt qeydi kitabı saxtalaşdırılaraq, ata qrafasında X45 hissəsində Qüdrət adı üzərindən xətt çəkilərək, Musa sözü latın əlifbası ilə yazılmışdır. Halbuki, necə ola bilər ki, xx xxxxx 1991ci il tarixdə anadan olmuş İddiaçı barəsində 03 aprel 1991-ci ildə akt qeydlər kitabı tərtib olunmuşdur. xx.xx.1974-cü il təvəllüdlü 16 yaşlı X12 övladından imtina məktubu qeydiyyat şöbəsinə təqdim edilmişdir. İddiaçı doğum haqqında akt qeydinin “atası” qrafası ananın sözləri əsasında tərtib edilmişdir. X19 Musa oğlunun atasının adını, doğum gününü və ayını bilmədiyi üçün, doğum haqqında akt qeydinin “atası” qrafasını ilkin olaraq X15, doğulduğu ili isə 1938-ci il kimi qeyd etdirmişdir. İddiaçı doğum haqqında akt qeydində evlənmə şəhadətnaməsi və atalığı müəyyən etmək haqqında şəhadətnaməsi qrafası boş qalmış və heç bir məlumat əlavə edilməmişdir. Yusif Musa oğlunun ölümündən 10 il sonra, xx.xx.2016-cı il tarixdə X9 Qüdrət Yusif oğlunun doğum haqqında akt qeydinin “atası” qrafasına X22 düzəliş etdirmişdir. İddiaçı xx.xx.2010-cu il tarixdə vəfat etmiş Yaqub Musa oğlunun vəsiyyətnaməsini alanda artıq yetkinlik yaşında idi və heç bir mirası qəbul etməmişdir. Cavabdeh1 isə atası Musa Məhəmməd oğlu tərəfindən ona verilmiş əmlakı və anası X3 adına rəsmiləşdirmiş evi faktiki qəbul edərək xx.xx.2017-ci il tarixdə 0.549 ha torpaq sahəsini Dövlət Reyestrində qeydiyyatdan keçirərək çıxarış almışdır. Cavabdeh1 xx.xx.2018-ci il tarixdə, 88 yaşında vəfat etmişdir. Cavabdeh1 mirası qəbul etdiyini və sənədləşdirilməsini bütün qohumlar bilmişdir. Həmin əraziya əmlak komitəsindən dəfələrlə mütəxəssiz gələrək baxış keçirmişdir. İddiaçı xx.xx.2017-ci il tarixə qədər miras qəbul etmək barədə heç bir iddiası olmayıbdır. Beləliklə, Yusif Musa oğlu İddiaçı onun övladı olmadığını bilirmiş və bu səbəbdən ona atalığını verməmişdir. Məhkəməyə təqdim olunmuş İddiaçı doğum haqqında akt qeydində edilmiş çoxsaylı düzəlişlər həmin sənədin mötəbərliyini şübhə altına alır. İddiaçının tərəfində iddia predmetinə dair müstəqil tələb irəli sürən İİİ şəxs Cavabdeh4 hal-hazırda yaşadığı evi əmisi, cavabdeh X92 qardaşı İsa Musa oğluna müvəqqəti yaşamaq üçün vermiş və sonralar həmin ev İİİ şəxs Cavabdeh4 qardaşı Hüseynağa İsa oğluna verilmişdir. İİİ şəxs Cavabdeh4 üçün Əhmədli qəsəbəsində 3 otaqlı mənzil alınmış və o həmin mənzildə yaşamışdır. Həmin mənzili satdıqdan sonra Maştağa qəsəbəsində torpaq sahəsi almış və hər iki oğlu üçün həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Həmin vaxt qardaşı Hüseynağa Moskva şəhərində yaşadığı üçün müvəqqəti olaraq Maştağa qəsəbəsi, Məktəb küçəsi, ev 54 ünvanında yaşamasına icazə verilmişdir. Musa Məhəmməd oğlunun övladları İsa Musa oğlu, Əsmət Musa qızı, Yaqub Musa oğlu və Yusif Musa oğlu atalarının vəsiyyətinə sadiq qalaraq xx.xx.1951-ci il tarixdə Musa Məhəmməd oğlunun Cavabdeh1 verdiyi Məktəb küçəsi, ev 54 ünvanında yerləşən əmlaka dair heç bir iddia və tələb irəli sürməmiş və onlardan heç kim faktiki olaraq həmin əmlakı qəbul etməmişdir. O cümlədən nəvələri Abasağa,Məmmədağa, Hüseynağa da. Bu səbəbdən iddianın rədd edilməsi barədə qətnamə qəbul etməyinizi xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Bakı şəhəri 39 saylı notariat ofisinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlər Bakı şəhəri 39 saylı notariat ofisinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X34 ifadəsində bildirmişdir ki, iddiaçı onun atasının xalası nəvəsi, əri Cavabdeh4 əmisi Yusif Musa oğlunun oğlu, qayınatasının isə qardaşı oğludur. Həmçinin Yəhyabala anamsının xalası oğlu, qayınatasının qardaşı, ərinin isə əmisidir. Həsənağa qaynının oğludur, onları razılıqları olmadan o varis olubdur. Onların həyətdə üç ev var, həmin evlərdən birində baldızı X46, birində oğlu X47 öz ailəsi ilə və digər evdə Həsənağa anası, atası ilə birgə qalırlar. Ərigil ailədə 3 oğul, 4 qız olmaqla 7 övlad olublar. Qardaşların ən imkanlısı Yusif olub, brilliant-qızıl satıcısı olubdur.O, İddiaçı Yusif Musa oğlunun oğlu kimi körpəlikdən saxlamışdır. Qüdrət ora gətiriləndə 2 aylıq olardı. Qüdrət 1990-cı anadan olubdur.Yusif ölməmişdən qabaq dedi ki, mənə düşən payı yerindən asılı olmayaraq oğlum Qüdrət bağışlayıram, bu 2004-cü ilin mayında notariusda təsdiqlənibdir. Yusif Musa yataq xəstəsi deyildi, onun ayağına su yığılmışdır, ancaq yeriyə bilirdi, Yusif Musa subay olub, nənəsi ilə birgə yaşayırdı. Onun Nərimanovda bir otaqlı evi olubdur, səhər gedib axşam gəlirdi, ancaq o evdə yaşamırdı. Nailə anasının xalasıgəlini, dayısının isə qaynı arvadır. X103 ilə evli olublar, ancaq toy etməyiblər. 1990-cı ildə toya gələndə ilk dəfə X104 ilə Qüdrəti gətirmişdi. Nərimanovdakı evdə Yusif Musa nənə öləndən sonra arvadı Nailə ilə yaşayırdılar. Uşaq Neftçilər xəstəxanasında doğulubdur. Doğulan kimi Maştağadakı evə gəlməyiblər. Onlar bir iki ay Nərimanovda yaşayıblar. O xəstə olanda qayınanası, Həsənağanın anası gedib baş çəkirdi, sonra gəldilər. Yusif maşınla onu və ərimi notariusa aparmışdı, Nailə ilə Qüdrət evdə qalmışdır, onları aparmamışdı, çünki uşaq 187 nömrəli məktəbə gedirdi. Məhkəmə iclasında şahid X35 ifadəsində bildirmişdir ki, İddiaçı atasının əmisi oğlu idi, mən həmin həyətin sahibiyəm, həyətdə üç ev - mənim, bibimin, Həsənağanın evi var. Ev bizə babam İsabaladan qalıbdır. Qüdrət Yusifin oğludur. Qüdrət oraya yaşamağa körpə uşaq olanda gətirilmişdir. Həsənağanın əmlakı öz adına keçirməyindən onun məlumatı olmayıbdır. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. - AZ-İİİ seriyalı 743662 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X21, anası X40r. - doğum haqqında 1163 nömrəli akt qeydinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, X21, anası X40r. - X11 Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı doğumunun Xətai rayon Qeydiyyat şöbəsində qeydə alındığı və bu barədə XVİ-JQ seriyalı 266556 nömrəli doğum haqqında şəhadətnamənin tərtib edildiyi müəyyən edilmişdir. Həmin akt qeydinin üzərinə baxış keçirilərkən ata haqqında məlumat qrafasında baba adına dəyişiklik edildiyi və bununla bağlı xx.xx.2016-cı ildə AZ-İİİ seriyalı 743662 nömrəli doğum haqqında şəhadətnamənin təqdim edildiyi aşkar olunmuşdur. Eyni zamanda, Ədliyyə Nazirliyinin informasiya sisteminə baxış keçirilərkən İddiaçı atalığının müəyyən edilməsi haqqında akt qeydinin deyil, xx.xx.1991-ci ildə Xətai rayon Qeydiyyat şöbəsində övladlığa götürülməsinin dövlət qeydiyyatına alındığı məlum olmuşdur. Övladlığa götürülmə haqqında akt qeydi tərtib edildikdən sonra İddiaçı adına 266963 nömrəli doğum haqqında şəhadətnamənin təqdim olunduğu müəyyən edilmişdir. Müvafiq informasiya sistemində axtarış aparılarkən xx.xx.1960-cı il təvəllüdlü X31 xx.xx.1978-ci ildə Qubadlı rayonunun Zilanlı kənd icra nümayəndəliyində X71 ilə nikaha daxil olduğu, həmin nikahın pozulmasının xx.xx.1984-cü ildə Qubadlı rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. X31 xx.xx.1988-ci ildə Aqasyan anası X48 olan Conik Şaqenoviçlə Sumqayıt şəhər Qeydiyyat şöbəsində 1988-ci ildə Aqasyan anası X48 olan Conik Şaqenoviçlə Sumqayıt şəhər Qeydiyyat şöbəsində nikahı rəsmiləşdirilmişdir. Bu nikahın pozulması məhkəmə qətnaməsi əsasında xx.xx.1990-cı ildə həmin qeydiyyat şöbəsində qeydə alınmışdır. - xx.xx.2004-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Yusuf Musa oğlu ölən günədək ona məxsus olan bütün əmlakını oğlu İddiaçı vəsiyyət etmişdir. - Bakı şəhəri 17 saylı dövlət notariat kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 84.1.19/46 nömrəli xx.xx.2012-ci il tarixli məktubdan görünür ki, X39 xx.xx.2010-cu il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsənin ərizəsi əsasında xx.xx.2012-ci il tarixdə vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması barədə DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə məlumat verilmişdir. - DA-01090-2022 nömrəli xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, 1937- 1938-ci illərə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu Maştağa qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında 31 dekabr 1937-ci ildə doğulan Yusif Musa oğlunun təvəllüdü qeyd olunur. X102 (sənəddə olduğu kimi, anası Qudurət (sənəddə olduğu kimi) Ağaəli qızı. - AZ-İ seriyalı 196041 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Yusif Musa oğlu xx.xx.2006-cı il tarixdə Bakı şəhərində ölmüşdür. - AZ-İ seriyalı 161797 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Yusif Musa oğlu ilə X50 xx.xx.2005-ci il tarixdə nikahlarını bağlamışlar. - 153 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1937-ci il təvəllüdlü mərhum Yusif Musa oğlu ilə nikahda olmuş xx.xx.1960-cı il təvəllüdlü X50 1990-cı ildən Maştağa qəsəbəsi B.Bağırov küçəsi ev 54 ünvanında qeydiyyatdadır və yaşayır. Oğlu xx.xx.1991-ci il təvəllüdlü İddiaçı anası ilə birgə qeydiyyatdadır, yaşayır. - şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, Məktəb küçəsi 54 nömrəli evin sahibi X36r. - İİİ-ЖГ seriyalı 398926 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X41 xx.xx.1987-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - 143 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, XX.XX.1900-cu il təvəllüdlü X41 vəfat edən günə kimi (xx.xx.1987) oğlanları xx.xx.1937-ci il təvəllüdlü Yusif Musa oğlu, xx.xx.1936-cı il təvəllüdlü X62 (xx.xx.2010-cu ildə vəfat edib) ilə bir ünvanda qeydiyyatda olmuşlar. - 2V-61 reyestr nömrəli xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1987-ci il tarixdə ölmüş X20 vərəsəsi oğlu Cavabdeh1 mirasdan tam irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 0.549 ha torpaq sahəsindən ibarətdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1383/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X28 ilə X20 eyni şəxs olması və 1990-cu il tarixdə doğulmuş və xx.xx.1987-ci il tarixdə vəfat etmiş X13 (X20) xx.xx.1932-ci il tarixdə anadan olmuş Cavabdeh1 anası olması faktının müəyyən edilməsi qət edilmişdir. - M-76 nömrəli xx.xx.2017-ci il tarixli arxiv arayışının surətindən görünür ki, xx.xx.1931-ci il tarixdə doğulan Məmmədzadə (sənəddə olduğu kimi) Yəhyəbala (sənəddə olduğu kimi) Musa oğlunun təvəllüdü qeyd olunur. X17, anası X25. - RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 9 ünvanında yerləşən 0.549 ha torpaq sahəsi X20 mülkiyyətindədir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 9 ünvanında yerləşən 0.549 ha torpaq sahəsindən 0.06 ha hissəsi Bakı şəhəri 13 saylı DNK-nın xx.xx.2017-ci il tarixli 4Ə-172 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 9 ünvanında yerləşən 0.549 ha torpaq sahəsindən 0.06 ha hissəsi Bakı şəhəri 13 saylı DNK-nın xx.xx.2017-ci il tarixli 4Ə-173 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X14 adına qeydiyyatdan keçmişdir. 0.06 ha torpaq sahəsi üzərində yerləşən ünvan 9A saylı fərdi yaşayış evi X14 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 9 ünvanında yerləşən 0.549 ha torpaq sahəsindən 0.429 ha hissəsi Bakı şəhəri 13 saylı DNK-nın xx.xx.2017-ci il tarixli 4Ə-171 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X50 mərhum əri X37 qalmış əmlak üzrə miras payının oğlu İddiaçı adına sənədləşməsinə etiraz etmir, razıdır. - DA-01140-2022 nömrəli xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, 1938-ci ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu Maştağa qəsəbəsi üzrə doğum haqqında bərpa kitabında 1936-cı ilin İİ yarımilliyində (sənəddə olduğu kimi) doğulan Məmədov (sənəddə olduğu kimi) Yaqub Musə (sənəddə olduğu kimi) oğlunun təvəllüdü qeyd olunur. Atası Musə (sənəddə olduğu kimi) Məməd (sənəddə olduğu kimi) oğlu, anası Qudurət (sənəddə olduğu kimi) Ağaəli qızı. - İ-ЖГ seriyalı 411473 nömrəli boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X62 ilə X6 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.1987-ci il tarixdə 186 nömrə ilə qeyd edilmişdir. - AZ-İ seriyalı 034807 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Yusif Musa oğlu ilə X30 arasında arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 145 nömrə ilə qeyd edilmişdir. - nikahın bağlanması haqqında 1472 nömrəli akt qeydinin surətindən görünür ki, Aqasyan Conik X2 xx.xx.1988-ci il tarixdə nikaha daxil olmuşlar. Məhkəmə, iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı ikinci növbədə - ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 9 ünvanında yerləşən 0.549 ha torpaq sahəsi X20 mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixdə X20 (ölümündən sonra) adına çıxarış verilmişdir. X41 xx.xx.1987-ci il tarixdə ölmüş, ondan ünvan 9 ünvanında yerləşən 0.549 ha torpaq sahəsi miras əmlak qalmışdır. Həmin miras əmlak mirasqoyan Qüdrət Səlimovanın birinci növbə vərəsələri – oğlanları İsabala Musa oğlu, X92, Yaqub Musa oğlu və Yusif Musa oğlu tərəfindən faktiki olaraq qəbul edilmiş və sonuncular həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayaraq miras əmlakı idarə etmişlər. İsabala Musa oğlunun ölüm tarixi məlum deyildir. X92 xx.xx.2018-ci il tarixdə, Yaqub Musa oğlu xx.xx.2010-cu il tarixdə, Yusif Musa oğlu xx.xx.2006-cı il tarixdə ölmüşdür. Yusif Musa oğlu ilə X50 xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, onlar iddiaçı – xx.xx.1991-ci il təvəllüdlü İddiaçı övladlığa götürmüşlər. Yusif Musa oğlu ölən günə qədər ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. X50 1990cı ildən Maştağa qəsəbəsi B.Bağırov küçəsi ev 54 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. İddiaçı da həmin ünvanda qeydiyyatdadır və anası - X50 ilə birlikdə yaşayır. xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X16 miras qalmış ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 0.549 ha torpaq sahəsinə dair tam hissədə oğlu Cavabdeh1 miras payı müəyyən edilmişdir. ünvan 9 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin 0.06 ha hissəsi Bakı şəhəri 13 saylı DNKnın xx.xx.2017-ci il tarixli 4Ə-172 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 9 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin 0.06 ha hissəsi Bakı şəhəri 13 saylı DNK-nın xx.xx.2017-ci il tarixli 4Ə-173 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X14 adına qeydiyyatdan keçmişdir. 0.06 ha torpaq sahəsi üzərində yerləşən ünvan 9A saylı fərdi yaşayış evi X14 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 9 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin 0.429 ha hissəsi Bakı şəhəri 13 saylı DNK-nın xx.xx.2017-ci il tarixli 4Ə-171 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin hazırkı tələbi ondan ibarətdir ki, sözügedən miras əmlak barədə qanun üzrə vərəsəlik hüququ rəsmiləşdirilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, nəticədə isə onlar ölmüş valideyninə/ərinə çatası miras payından məhrum edilmişlər. Məhkəmə hesab edir ki, Yusif Musa oğlu da X20 övladı olduğundan, ölümünədək ailəsi ilə birlikdə anasından miras qalmış evdə yaşadığından, həmin miras əmlakı qəbul etmişdir. X72 vəfat etdiyindən onun birinci növbə üzrə vərəsəsi – övladının və arvadının Yusif Musa oğluna çatacaq miras əmlakda payları müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs iddia tələblərində özləri ilə yanaşı, bir-birilərinin vərəsəlik hüquqlarının tanınmasını tələb etməkdə subyektiv hüquq baxımından haqlı olmamışlar. Belə ki, həm iddiaçı, həm də müstəqil tələb irəli sürən üçüncü şəxs ayrı-ayrılıqda vərəsəlik hüquqlarının tanınmasını tələb etmişlər və məhkəmə yuxarıda qeyd olunduğu kimi həmin tələblərə qiymət verərək onların miras əmlakda paylarının olmasını müəyyən etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Bakı şəhəri 17 saylı dövlət notariat kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 84.1.19/46 nömrəli xx.xx.2012-ci il tarixli məktubdan göründüyü kimi X39 xx.xx.2010-cu il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsənin ərizəsi əsasında xx.xx.2012-ci il tarixdə vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmiş və İddiaçı artıq miras qoyanın vərəsəsi olaraq tanınmış və bu barədə DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə məlumat verilmişdir. Odur ki, X44 məxsus miras payına münasibətdə İddiaçı notarius tərəfindən artıq vərəsə kimi tanındığından və bununla bağlı hər hansı mübahisə olmadığından iddia tələbi X44 məxsus ¼ hissəyə vəsiyyət üzrə vərəsəsi olaraq İddiaçı vərəsəlik hüququnun tanınması hissəsində rədd edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin Yusif Musa oğluna məxsus miras payının ¼ hissəsinə İddiaçı və X31 vərəsəlik hüquqları tanınmalı və hər birinin miras paylarının müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri 39 saylı notariat ofisinə həvalə edilməli, həmin torpaq sahəsi ilə bağlı Bakı şəhəri 39 saylı notariat kontorunun xüsusi notariusu X52 tərəfindən Cavabdeh1 verilmiş reyestrdə 2V-61 nömrəsi ilə qeyd edilmiş 10 iyun 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə qismən – ¾ hissədə etibarsız hesab edilməli, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına tam mülkiyyət hüquqlarına dair aparılmış qeydiyyat qismən – ¾ hissədə silinməklə eyni nisbətdə çıxarış ləğv edilməli, Cavabdeh1 ünvan 9 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin 0.06 ha hissəsini X7 bağışlamasına dair Bakı şəhəri 13 saylı DNK-da xx.xx.2017-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-172 nömrə ilə qeyd edilmiş “bağışlama müqaviləsi”, Cavabdeh1 ünvan 9 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin 0.06 ha hissəsini X18 bağışlamasına dair Bakı şəhəri 13 saylı DNK-da xx.xx.2017-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-173 nömrə ilə qeyd edilmiş “bağışlama müqaviləsi”, həmin torpaq sahəsindən 0.429 ha hissənin Musayev X5 ilə bağlı Bakı şəhəri 13 saylı notariat ofisində bağlanmış xx.xx.2017-ci il tarixli 4Ə-171 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən X4, X14, habelə Cavabdeh2 adına mülkiyyət hüququna dair aparılmış qeydiyyat tam silinməklə çıxarış ləğv edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X31 iddiaları qismən təmin edilsin. X16 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin Yusif Musa oğluna məxsus miras payının ¼ hissəsinə İddiaçı və X31 vərəsəlik hüquqlarının tanınmasına dair yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və hər birinin miras paylarının müəyyən edilməsi Bakı şəhəri 39 saylı notariat ofisinə həvalə edilsin. ünvan 1 ünvanında yerləşən 0.549 ha torpaq sahəsi ilə bağlı ünvan 12dən Cavabdeh1 verilmiş xx.xx.2017-ci il tarixli 2V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən – ¾ hissədə etibarsız hesab edilsin. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına tam mülkiyyət hüquqlarına dair aparılmış qeydiyyat qismən – ¾ hissədə silinməklə eyni nisbətdə çıxarış ləğv edilsin. Cavabdeh1 ünvan 9 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin 0.06 ha hissəsini X7 bağışlamasına dair Bakı şəhəri 13 saylı DNK-da xx.xx.2017-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-172 nömrə ilə qeyd edilmiş “bağışlama müqaviləsi”, Cavabdeh1 ünvan 9 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin 0.06 ha hissəsini X18 bağışlamasına dair Bakı şəhəri 13 saylı DNK-da xx.xx.2017-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-173 nömrə ilə qeyd edilmiş “bağışlama müqaviləsi”, həmin torpaq sahəsindən 0.429 ha hissənin Musayev X5 ilə bağlı Bakı şəhəri 13 saylı notariat ofisində bağlanmış xx.xx.2017-ci il tarixli 4Ə-171 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən X4, X14, habelə Cavabdeh2 adına mülkiyyət hüququna dair aparılmış qeydiyyat silinməklə çıxarış ləğv edilsin. İddia tələbləri qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-496/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-496/2023
27.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver