Məhkəmə qərarları › İş №2(008)-4982/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4982/2022

07.07.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4982/2022 07.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, iddiaçı SOKAR-ın İddiaçı Cavabdeh qarşı qarşı Maraqlı şəxs kimi qeyd edilməklə özbaşına tikilinin sökülməsi barədə iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı SOKAR-ın İddiaçı Cavabdeh qarşı Maraqlı şəxs kimi qeyd edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Buzovna-Maştağa yolunun solunda 39T417643; ******* koordinatlarda yerləşən SOKAR-ın İddiaçı H.Z.Tağıyev adına NQÇİ-nin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin H.Z.Tağıyev adına NQÇİ-nin istifadəsinə qaytarılması və dövlət rüsumu qismində ödənilmiş 100,40 manatın cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Beləki, iddia icraatında tərəflər iddiaçı, cavabdeh və üçüncü şəxslər ola bilər. Azərbaycan Respublikası MPM-nə əsasən maraqlı şəxs xüsusi icraatda baxılan işlər üzrə proses iştirakçısıdır. Lakin, hazırki iddia ərizəsində iddiaçı və cavabdehlə yanaşı maraqlı şəxs də qeyd edilmişdir. Məhkəmə hesabedir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğun olaraq tərtib edilməli, üçüncü şəxsin statusu (iddiaçı, yoxsa cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən) müəyyən edilməklə yenidən verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur 263.1-cimaddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Beləliklə hesab edirəm ki, iddia ərizəsi MPM-in 149-cu maddəsinə riayət edilməməklə verildiyinə görə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263,və 268-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı SOKAR-ın İddiaçı Cavabdeh qarşı Maraqlı şəxs kimi qeyd edilməklə özbaşına tikilinin sökülməsi barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar