Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4983/2023 12.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi Rzayev Əsvər Ərizəçi oğlunun katibliyi Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, bağ təsərrüfatı tresti tərəfindən və atası tərəfindən imzalanmış Ləhiş qəsəbəsində yerləşən 0,25 ha sahəsi olan bağın Mirzəyev Balaqardaşa icarəyə verilməsi barədə xx.xx.1966-ci il tarixli icarə müqaviləsinin, atası Balaqardaş Əliflam oğlunun xx.xx.1994-cü il tarixində ölümü haqqında AZ-İİ seriya 031094 nömrəli şəhadətnamənin eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, atası Balaqardaş Əliflam oğlundan miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində olan 1111/1014 saylı torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Oradan alınmış rəsmi cavab məktubunda ona hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir və bunun əsası kimi bildirilmişdir ki, torpaq sahəsinin icarəsinə dair xx.xx.1966-cı il tarixli müqavilənin arxiv nüsxəsində hüquq sahibi Mirzəyev Balaqardaş qeyd edilsə də, digər sənədlərdə Balaqardaş Əliflam oğlu kimi qeyd olunmuşdur. Belə ki, atası Mirzəyev soyadından imtina etmişdir və bu səbəbdən də xx.xx.1994-cü il tarixində vəfat etdikdən sonra onun ölüm haqqında şəhadətnaməsində soyad göstərilməmiş, yalnız adı və atasının adı qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, bağ təsərrüfatı tresti tərəfindən və atası tərəfindən imzalanmış Ləhiş qəsəbəsində yerləşən 0,25 ha sahəsi olan bağın Mirzəyev Balaqardaşa icarəyə verilməsi barədə xx.xx.1966-ci il tarixli icarə müqaviləsinin, xx.xx.1994-cü il tarixində vəfat etmiş Balaqardaş Əliflam oğluna məxsus olması faktının müəyyən edilməsi barədə qətnmə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Vİİİ-ЖГ seriyalı 432501 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci ildə Bakı şəhərində anadan olmuş, atası Balaqardaş Əliflam oğludur. -xx.xx.1996-cı il tarixli müqavilənin surətindən görünür ki, X1 bağ ərazisindəki 0,25 hektar bağ sahəsi ayrılmışdır. -xx.xx.2022-ci il tarixli ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş məktubdan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. -xx.xx.2023-cü il tarixli, 33 saylı Kürdəxanı qəsəbə nümayəndəliyi tərəfindən verilmiş məktubdan görünür ki, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi, ev 30 A ünvanında qeydiyyatda olan Ərizəçi xx.xx.1994-cü ildə ölməsi göstərilən ölüm haqqında şəhadətnamədə Balaqardaş Əliflam oğlu qeyd olunmuşdur. Ərizəçi, atasının ölümündən sonra bağ sahəsinin istifadəçisi olmasını bildirmiş, Kürdəxanı Bələdiyyəsində torpaq sahəsinin vergi ödəyicisi kimi qeydiyyata götürülmüş və hal-hazırda 1111/1014 saylı 0,25 ha torpaq sahəsinin vergi ödəyicisidir. - xx.xx.1984-cü il tarixli 242502 saylı sürücülük vəsiqəsindən görünür ki, adı Balaqardaş Əliflam oğlu kimi qeyd olunmuşdur. -Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 031094 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Balaqardaş Əliflam oğlu xx.xx.1994-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin atasının adı Mirzəyev Balaqardaş oğlu olduğu soyadından imtina etdiyi üçün ölüm haqqında şəhadətnaməsində Balaqardaş Əliflam oğlu kimi göstərilmişdir. Məhkəməyə təqdim olunan bütün sənədlərdə, Balaqardaş Əliflam oğlu kimi göstərilmiş, yalnız xx.xx.1966-cı il tarixli müqavilədə Mirzəyev Balaqardaş kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, əxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləlilklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin babası atası Balaqardaş Əliflam oğluna məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində 0,25 hektar bağ sahəsinə dair müqavilədə göstərilən “Mirzəyev Balaqadaş” “Balaqardaş Əliflam oğlu” ilə eyni şəxsdir və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi, 1111 bağ sahəsinə dair müqavilə Balaqardaş Əliflam oğluna məxsus olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı tresti tərəfindən verilmiş, Ləhiş qəsəbəsində yerləşən 0,25 ha sahəsi olan bağın Mirzəyev Balaqardaşa icarəyə verilməsi barədə xx.xx.1966-ci il tarixli icarə müqaviləsinin xx.xx.1994-cü il tarixində vəfat etmiş Balaqardaş Əliflam oğluna məxsus olması faktının müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-4983/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4983/2023
12.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver