Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4998/2024 05.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X2 katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi ″mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi″ barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında Bakı 2 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB\2-02332 nömrəli Barışıq sazişinin xx.xx.2017-ci il təvəllüdlü X1 18 yaşına qədər saxlanması üçün xx.xx.2023-cü ildən başlayaraq hər ay 120 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs Əlləddin oğlu tərəfindən Ərizəçi bank hesabına ödənilməsi hissəsində məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs Əlləddin oğlu ilə aralarında Bakı 2 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB\2-02332 nömrəli Barışıq sazişinin 3-cü bəndinə əsasən, Maraqlı şəxs Əlləddin oğlu xx.xx.2017-ci il təvəllüdlü X1 18 yaşına qədər saxlanması üçün xx.xx.2023-cü ildən başlayaraq hər ay 120 manat sabit pul məbləğində alimenti Ərizəçi bank hesabına ödəməyə öhdəsinə götürmüşdür. Lakin o, sentyabr ayından sonra alimenti ödəməyəcəyini bildirərək, aliment ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı tərəf Maraqlı şəxs barışıq sazişini qəbul etmişdir. Tərəflərin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edirki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin X5 Olan Şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin xx.xx.2023-cü il tarixli 3-17-3/2-883/2023 nömrəli arayışdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Ərizəçi xx.xx.2023-cü ildən Sosial Xidmətlər Agentliyinin X5 Olan Şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində ″Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiya şöbəsi″ndə müvəqqəti olaraq yaşayır. İş materiallarında olan Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum aktında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2017-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan Babək Rayon Cəhri kənd icra nümayəndəliyi tərəfindən verilmiş doğum aktında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2008-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan Bakı 2 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB\2-02332 nömrəli Barışıq sazişindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi razılaşmırlar, sazişdə Ərizəçi oğlu birinci tərəf, Maraqlı şəxs ikinci tərəf adlandırılmışdır. Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri aşağıdakı kimi müəyyən edilmişdir: 1.Tərəflər razılaşırlar ki, Babək Rayon Qeydiyyat Şöbəsində xx.xx.2018-ci ildə akt qeydləri kitabında 76 nömrə ilə qeydə alınmış nikah pozsunlar. Bunun üçün Birinci tərəf qanunvericiliyin tələbinə əsasən məhkəməyə iddia ərizəsi ilə müraciət edəcək. 2.Tərəflər razılaşırlar ki, birgə nikahdan doğulan xx.xx.2008-ci il təvəllüdlü X4 atası Maraqlı şəxs yanında və himayəsində saxlanılsın. 3.Tərəflər razılaşırlar ki, xx.xx.2017-ci il təvəllüdlü X1 18 yaşına qədər saxlanması üçün xx.xx.2023-cü ildən başlayaraq hər ay 120 manat sabit pul məbləğində alimenti Ərizəçi bank hesabına ödəsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə görə, ″Mediasiya haqqında″ Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün ″Mediasiya haqqında″ Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Eyni Məcəllənin 355-26-cı maddəsində göstərilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən edir ki, barışıq sazişi xx.xx.2023-cü il tarixdə bağlanmasına baxmayaraq ərizənin verildiyi tarixədək yəni xx.xx.2024-cü il tarixədək sazişin ikinci tərəfi barışıq sazişinin icrası üçün hər hansı bir hərəkət etməmişdir, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. ″Mediasiya haqqında″ Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və оnların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd оlan hallar istisna оlmaqla, оnlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qоhumları ilə ünsiyyətdə оlmaq hüququna malikdir. Həmin Məcəllənin 50.2-ci maddəsinə görə, valideynlərinin nikahının pоzulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, valideylər ayrı yaşadıqda uşaq оnların hər biri ilə ünsiyyət hüququna malikdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlınmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin aşağıdakı hissəsi təsdiq edilsin: Tərəflər razılaşırlar ki, xx.xx.2017-ci il təvəllüdlü X1 18 yaşına qədər saxlanması üçün xx.xx.2023-cü ildən başlayaraq hər ay 120 manat sabit pul məbləğində alimenti Ərizəçi bank hesabına ödəsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev.
Məhkəmə qərarları › İş №2(008)-4998/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4998/2024
05.07.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver