Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-50/2024 04.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi (əri) X3 iştirakları ilə, İddiaçınun Cavabdeh qarşı tikililərin sökülməsi barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin mülkiyyətində olan Sabunçu rayonu, ünvan 1 ünvanındakı tikililərin cavabdehin hesabına sökülməsi, öz evindən istifadəyə və sahibliyə cavabdeh tərfindən yaranmış manelərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (əri) X4 məhkəməyə ərizə verərək iddiadan imtina etdiyini bildirmiş, icraata xitam verilməsi və sənədlərin ona qaytarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə prosesini onun iştirakı olmadan keçirilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (əri) X4 iddiadan imtina etdiyini təsdiq etdi və icraata xitam verilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə hazırlıq iclasında iştirak edən zaman ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə, iddiaçı tərəfi dinləyərək, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçınun Cavabdeh qarşı Sabunçu rayonu, ünvan 1 ünvanındakı tikililərin cavabdehin hesabına sökülməsi, öz evindən istifadəyə və sahibliyə cavabdeh tərfindən yaranmış manelərin aradan qaldırılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmədiyi tərəflərə izah edilsin. 100 manat ekspertiza xərci Cavabdeh tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-50/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-50/2024
04.03.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver