Məhkəmə qərarları › İş №2(008)-500/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-500/2023

06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-500/2023 06.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 03 fevral 2020-ci il tarixli MAS-2090 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməsi, Cavabdeh 03 fevral 2020-ci il tarixli, MAS-2090 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 6619.76 manat əsas borc və ödənilmiş 86.60 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Azərmaş” MMC ilə X4 arasında bağlanmış 03 fevral 2020-ci il tarixli MAS-2090 saylı “Daxili lizinq” müqaviləsinə əsasən X1 ilə 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220202 ban nömrəli göy rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə N°3) əsasən X4 illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir. 25 iyul 2020-ci il tarixdə X4, X6 və İddiaçı MMC arasında MAS-2090 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 03 fevral 2020-ci il tarixli MAS-2090 saylı “Daxili lizinq” müqaviləsi üzrə X6 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 30 iyul 2020-ci il tarixdə X6, X7 və İddiaçı MMC arasında MAS-2090 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 03 fevral 2020-ci il tarixli MAS-2090 saylı “Daxili lizinq” müqaviləsi üzrə X7 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 24 avqust 2020-ci il tarixdə X7, Cavabdeh və İddiaçı MMC arasında MAS-1286 saylı “öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 03 fevral 2020-ci il tarixli MAS-2090 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İddiaçı MMCnin mülkiyyətində olan X3 müvəqqəti istifadəsinə verilmiş “Khazar SD” minik markalı, **- PF-*** dövlət qeydiyyat nişanlı avtomobil 21 mart 2021-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində tam yararsız vəziyyətə düşmüşdür. “Daxili Lizinq” müqaviləsinin 5.4-cü bəndinə əsasən, lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cərməni isə məhv olma anına ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etmək və lizinq verənin mülkiyyətinə rəsmiləşdirməyi dərhal həyata keçirməlidir. X3 “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinin məhv olma anına 21 mart 2021-ci il tarixə 10471.42 manat əsas, 148.34 manat gecikdirilmiş mükafat, ümumilikdə 10619.76 manat məbləğində borcu yaranmışdır. Yol-nəqliyyat hadisəsindən sonra ümumilikdə 4000 manat məbləğində ödəniş etmiş və bununla da avtomobilin məhv olduğu tarixə 6619.76 manat məbləğində əsas borc yaranmışdır. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 21 yanvar 2022-ci il tarixdə 835 manat məbləğində olmuşdur. “ Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndsəi ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli MAS-2090 saylı Daxili lizinq müqaviləsinə əsasən X1 ilə 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220202 ban nömrəli, ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin 17 faizlə 48 ay müddətinə müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. MAS-2090 saylı xx.xx.2020-ci il tarixli daxili lizinq müqaviləsinin 1 saylı əlavəsinin surətindən görünür ki, X4 13300 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC, X4 və X6 arasında bağlanmış MAS-2090 saylı, xx.xx.2020-ci il tarixli öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, xx.xx.2020-ci il tarixli MAS-2090 saylı “Daxili lizinq” müqaviləsi üzrə X6 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Azərmaş MMC mülkiyyətində olan KHAZAR SD markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobili X6 təhvil almışdır. İddiaçı MMC, X6 və X7 arasında bağlanmış MAS-2090 saylı, xx.xx.2020-ci il tarixli öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, xx.xx.2020 -ci il tarixli MAS-2090 saylı “Daxili lizinq" müqaviləsi üzrə X7 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Azərmaş MMC mülkiyyətində olan KHAZAR SD markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobili X7 təhvil almışdır. İddiaçı MMC, X7 və Cavabdeh arasında bağlanmış MAS-2090 saylı, xx.xx.2020-ci il tarixli öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, xx.xx.2020 -ci il tarixli MAS-2090 saylı “Daxili lizinq" müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC mülkiyyətində olan KHAZAR SD markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təhvil almışdır İş materiallarında olan Azərmaş MMC Servisini xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili təmirə tam yarasız olduğu müəyyən edilmişdir. İş materiallarında olan İnzibati xəta haqqında İXP ******* nömrəli protokolun surətindən görünür ki, X9 barəsində xx.xx.2021-ci il tarixdə saat 21.00 radələrində , “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baş vermiş yol nəqaliyyat hadisəsinin iştirakçısı olmuş və onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta barədə protokol tərtib edilmişdir. İş materiallarında olan TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarın surətindən görünür ki, X9 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. AD 761515 saylı nəqliyyat vaistəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil AzərMaş MMC-nin mülkiyyətindədir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli 1892 saylı arayışından görünür ki, MAS-2090 saylı xx.xx.2020-ci il tarixli daxili lizinq müqaviləsi üzrə lizinq obyektinin məhv olma anında Cavabdeh 10471,42 manat əsas, 148,34 manat gecikdirilmiş mükafat olmaqla, cəmi 10619,76 manat borcu yaranmış, borclu yol-nəqliyyat hadisəsindən sonra 4000 manat ödəniş etmiş və hazırda borcu 6619.76 manat əsas məbləğdən ibarətdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən cavabdeh X5 xx.xx.2022-ci il tarixdə ünvanlanmış xəbərdarlıqdan müəyyən edilir ki, cavabdeh yaranmış borcun tez bir zamanda ödəmədiyi təqdirdə, müqavilənin ləğv edilməsi və pulun tutulması üçün lizinq şirkəti tərəfindən qanunamüvafiq tədbirlərin görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 86.20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, muəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 748-1.12-748-1.12.4-cü maddələrinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.5-cı maddəsinə əsasən Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.5-cı maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-9-cu maddəsinə əsasən əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 750-ci maddəsinə əsasən Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli MAS-2090 saylı “Daxili lizinq” müqaviləsinə və ona əlavə edilmiş xx.xx.2020-ci il tarixli öhdəliklərin ötürülməsi müqaviləsi əsasən 13300 manat dəyərində olan “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Sözügedən avtomobil cavabdehin istifadəsində olduğu müddətdə yəni xx.xx.2021-ci il tarixdə “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsirindan yol-nəqliyyat hadisəsi baç vermiş və lizinq müqaviləsi predmenti olan “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil tam şəkildə yararsız hala düşmüşdür. İddiaçı tərəfindən təqdim edilən arayışdan görünür ki, lizinq predmenti olan avtomobil tam şəkildə yararsız hala düşdüyü zaman lizinq alanın mövcud borcu 10619.76 manat olmuşdur. Qeyd edilən borc məbləğinin 4000 manat hissəsi cavabdeh tərəfindən ödənsədə, digər hissəi ödənmədiyindən iddiaçı məhkəməyə müraciət etməkda haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli cavabdehdən 6619.76 manat məbləğində ödənilməmiş borc məbləği tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə iddia ərizəsinin tərəflər arasında bağlanmış lizinq müqaviləsinin ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 86.60 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci, 227, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh bağlanmış 03 fevral 2020-ci il tarixli, MAS-2090 saylı “Daxili Lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh 6619.76 (altı min altı yüz on doqquz manat, yetmiş altı qəpik) manat məbləğində əsas borc və 86.60 (səksən altı manat, altmış qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar