Məhkəmə qərarları › İş №2(008)-501/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-501/2023

13.09.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-501/2023 13.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 1425 A nömrəli bağ sahəsində qanunsuz inşa edilmiş tikililərin cavdehlərin hesabina sökülməsi, onların qanunsuz zəbt etdikləri həmin torpaq sahəsindən çıxarılmaları və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1997-ci ildə Bakı şəhəri, Maştağa qəsəbəsi Ləhiş bağlarında 1425 a nömrəli 12 sot sahəsi olan bağ sahəsi Qarabağ müharibəsi iştirakçısı və veteranı kimi ona ayrılmışdır. Həmin bağ sahəsinə dair ona DƏDR Xidməti tərəfındən çıxarış da verilmişdir. Həmin bağ sahəsinin dəyərinin qiymətləndirilməsinə dair rəsmi sənəd olan və iddia ərizəsinə əlavə etdiyi arayışdan da görünür ki, həmin torpaq sahəsi onun şəxsi mülkiyyətindədir və xx.xx.2020-ci il tarixə bazar qiyməti 18.000 manat təşkil edir. Bundan başqa iddia ərizəsinə əlavə etdiyi torpaq sahəsinin plan və ölçüsü barədə sənəddən də görünür ki, Sabunçu rayonu, Ləhiş bağ massivi 1425 a nömrəli bağ sahəsi onun mülkiyyətindədir. Təxminən 5-6 ay bundan əvvəl torpaq sahəsinə gedən zaman orada kənar şəxslərin qanunsu tikinti apardıqlarını görmüşdür. Həmin şəxlərdən nə üçün onun torpaq sahəsində tikinti apardıqlarını soruşduqda torpaq sahəsini guya Rza adlı şəxsdən aldığını bildirmişlər. Bununla əlaqədar polis orqanlarına müraciət etmiş, araşdırma aparılmışdır. Mülkiyyətində olan torpaq sahəsinin 4 sotunu iş üzrə cavabdeh X6, 6 sotunu isə digər cavabdeh Əzizov X3 Rza Vəli oğlundan aldığını bildirsələr də, bununla əlaqədar istintaq orqanına hər hansı bir hüquqmtiəyyənedici sənəd təqdim edə bilməmişlər. Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 01 mart 2022-ci il tarixli “cinayət işi başalanması rədd edilməsi barədə,,qərarında da cavabdehlərin həmin torpaq sahəsinə dair heç bir sənədinin olmaması təsdiq edilmişdir və bu məsələnin məhkəmə qaydasında həll olunması tovsiyyə edilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, onun mülkiyyətində olan Sabunçu rayonu, Ləhiş bağ massivi 1425 a nömrəli bağ sahəsinə dair qanuni hüquqları məhkəmə qaydasında bərpa olunmalı, qanunsuz zəbt olunmuş torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməli, onlar qanunsuz zəbt etdikləri həmin torpaq sahəsindən çıxarılmalır və torpaq sahəsinin ona təfil verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 torpaq sahəsini Rza adlı şəxsdən aldığını, bu səbəbdən orada tikili tikdiyini bildirərək, həmin torpağa almasına dair sənədinin olmadığını bildirərək iddianın qəbul etməyərək rədd olunmasının xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etmədiyini torpaq sahəsinin almasına dair sənədinin olmaığını, lakin torpaq sahəsini Rza adlı şəxsdən almış olduğunu bildirdi. Məhkəmə, tərəfləri dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının 157-112 nömrəli 18 avqust 2020-ci il tarixli arxiv arayışından görünür ki, Bakı Şəhəri İcra Hakimiyyətinin 17 mart 1997-ci il tarixli 233 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1425a saylı bağ sahəsi İddiaçı ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ərazisində yerləşən 0.12 hektar torpaq sahəsindən ibarət olan 1425a saylı bağ sahəsi xx.xx.2020-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Cavabdeh tərəfindən təqdim edilən Bakı Şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin Ləhic ərazisindəki 1426j nömrəli bağın istifadəyə verilməsi haqqında 14295 nömrəli xx.xx.2004-cü il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1426j saylı bağ sahəsi xx.xx.2014-cü ilədək X2 istifadəsinə verilmişdir. Bakı Şəhəri Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 01 mart 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi üzrə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-5174/2022 saylı qərardadına əsasən mülki iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, mülki iş rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş və mülki iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2023-cü il tarixli 10/3741 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi 1425a saylı bağ sahəsinin sərhədləri plan və ölçüdə olan koordinatlara əsasən naturada tərəflərə GPS aparatı ilə göstərildi. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi 1425a saylı bağ sahəsinin daxilinə mişar daşı ilə hasarlar çəkilərək qeyri-qanuni 2 ədəd tikili və talvar inşa edilərək müdaxilə olunmuşdur. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi 1425a saylı bağ sahəsinin bütün ərazisi daxilinə cavabdehlər tərəfindən mişar daşı ilə hasarlar çəkilərək bölünmüş və qeyri-qanuni 2 ədə tikili, talvar inşa edilərək müdaxilə olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkin işin matriallarına əlavən edilmiş sənədlərdən də məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1425a saylı bağ sahəsi iddiaçının mülkiyyətində olmuş olduğu halda cavabdehlər tərəfindən iddiaçıya məxsusu olan torpaq sahəsinə müdaxilə edilərək bağ sahəsinin daxilinə mişar daşı ilə hasarlar çəkilərək qeyri-qanuni 2 ədəd tikili və talvar inşa edilərək iddiaçının mülkiyyətindən maneəsiz istifadə etmək hüququnu pozmuş olduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində olan ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 1425 A nömrəli bağ sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən bağ sahəsinin daxilinə mişar daşı çəkilən hasar, qeyri-qanuni 2 ədəd tikili və talvar cavabdehlərin hesabına sökülsün. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 1425 A nömrəli bağ sahəsindən çıxarılaraq bağ sahəsi iddiaçının qununi istifadəsinə qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar