Məhkəmə qərarları › İş №2(008)-502/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-502/2022

13.05.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-502/2022 13.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X4rşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X3rşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 31.01.1949-cu il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə müvafiq olaraq, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda tərəflərə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 260.5-ci maddəsinə əsasən məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmənin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikləri təqdirdə hakim ərizənin baxılmamış saxlanması barədə qərardadı ləğv edə və ərizəyə mahiyyəti üzrə yenidən baxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 268, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X3rşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə ərizə baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar