Məhkəmə qərarları › İş №2(008)-5069/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5069/2024

16.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5069/2024 16.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Ruslan Mirzəliyev Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.N993-cü il tarixli N2N nömrəli əmrində yazılmış “Rəcəfov” soyadlı və AR MN-in N nömrəli hərbi hissə komandirinin 3N dekabr N994-cü il tarixli 363 nömrəli əmrində qeyd edilmiş “Ülvət” adlı şəxslərin Ərizəçi olması faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.N992-ci ildə Nərimanov Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılmışdır. xx.xx.N993-cü ildə Ağdam rayonunun Şahbulaq kəndində gedən döyüşlərdə yaralanmışdır. Müdafiə Nazirliyinin Qospitalında müalicə olunduqdan sonra Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.N993-cü il tarixli, 4090 nömrəli Şəhadətnaməsi əsasında başında və bədəninin müxtəlif yerlərində çoxlu sayda qəlpələr olduğuna görə hərbi xidmətə yararsız olduğu təyin edilmiş, sonra isə TSEK tərəfindən 2-ci qrup əlillik verilmişdir. Hazırda 2-ci qrup müharibə əlili, Prezident təqaüdçüsüdür. O, əlillik qrupu aldıqdan sonra şəhadətnaməni və əlilliklə bağlı digər sənədlərini Nərimanov Hərbi Komissarlığına təqdim etmiş və komissarlığın müvafiq şöbəsində müharibə əlili kimi qeydiyyata alınmışdır. Mərkəzi Hərbi Həkim Komissiyasından və Hərbi komissarlıqdan ona bildirilmişdir ki, şəhadətnamənin bir nüsxəsi hərbi hissəyə göndəriləcək və hərbi biletində müvafiq qeydlər aparıldıqdan sonra Komissarlığa göndəriləcək. Sonradan Hərbi Komissarlıqda ona bildirilmişdir ki, o yaralandıqdan sonra hərbi hissənin yerləşdiyi kənd işğal olunmuşdur, hərbi hissənin harda yerləşdiyi məlum deyildir və bu səbəbdən hərbi hissənin yerini müəyyən etmək mümkün olmadığına görə onun hərbi bileti barədə məlumat yoxdur. Ərizəçi Nərimanov Hərbi Komissarlığında qeydiyyatda olduğu müddət ərzində dəfələrlə müraciət etsə də, hərbi bileti tapılmamışdır. O, 2004-cü ildə Nərimanov Hərbi Komissarlığından qeydiyyatdan çıxaraq sakini olduğu Laçın rayonu Hərbi Komissarlığına qeydiyyata düşmüş və hərbi biletin ona o vaxtdan verilmədiyini bildirmişdir. Sonradan Laçın Hərbi Komissarlığı tərəfindən hərbi bilet tapılmış və ona verilmişdir. Ancaq məlum olmuşdur ki, heç bir əsas olmadan və dəqiqləşmə aparılmadan, kimlərinsə səhlənkarlığından onun hərbi biletində doğru olmayan məlumatlar yazılmış, yəni onun hərbi hissəni güya özbaşına tərk etməyi, hətta xx.xx.N993-cü ildə hərbi and içməyi barədə qeydlər edilmişdir (köhnə hərbi biletin 6cı və 8-ci səhifələri) hansı ki o, həmin vaxt mülki həyatda olmuş, hərbi qulluqçu kimi statusu olmamışdır. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin N85.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunan SX № ******* nömrəli Hərbi biletin surətindən görünür ki, xx.xx.N974-cü il təvəllüdlü Ərizəçi Firodvsi oğlu SHXÇDX-nin Nərimanov rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidməyə çağırılmış və xx.xx.N992-ci ildə hərbi hissəyə göndərilmişdir. İş materiallarına əlavə olunan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2022-ci il tarixli N683 nömrəli arayışın surətindən görünür ki, vətəndaş Ərizəçi həqiqətən xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müailicədə olmuşdur. Diaqnoz: Odlu silah yaralanması nəticəsində çənə oynağının xırdalanmış sınığı. Əsas: Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının N993-cü ilə məxsus 3 №-li stasionar xəstələrin qeydiyyatı kitabının 2909-cu sayındaki qeyd. İş materiallarına əlavə olunan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun HP-N2/298 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubunda (surət) Ərizəçi xx.xx.N992-ci il tarixdən xx.xx.N993-cü il tarixə kimi 78N və N nömrəli hərbi hissələrdə xidmət etməsi ilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işinin və ya təqsirləndirici materialın olması barədə məlumat aşkar edilmədiyi bildirilmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-N3-N2-N/2-R-2633xx/xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındaki məlumata əsasən xx xxxx N974-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuş Ərizəçi məhkumluğu yoxdur. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli, 3-25/2-R-693-N/2024 nömrəli arxiv arayışının surətindən görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N7 nömrəli əmrində (əsas: səh.-7, §N; qeyd: əmrdə adı və atasının adı tam, hərbi vəzifəsi yazılmamış, adının baş hərfi “U" qeyd edilmişdir; əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) 78N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 94 nömrəli əmrinə əsasən, sıravi U.F.Rəcebovun müalicə olunmaq üçün mərkəzi hərbi xəstəxanaya göndərilərək, ərzaq təminatından çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N2N nömrəli əmrində (əsas: səh.-N6, §İN, sıra-9; qeyd: əmrdə soyadı “Rəcəfov” yazılmış, atasının adı, hərbi rütbəsi və vəzifəsi qeyd olunmamışdır) Bakı şəhəri Güzdək qəsəbəsindən gəlmiş Ülfət Rəcəfovun həmin tarixdən etibarən 78N nömrəli hərbi hissənin Tank taborunun şəxsi heyətinin siyahısına daxil edilərək, ümumi qaydada təchizatla təmin edilməsi barədə məlumat vardır. 78N nömrəli hərbi hissənin sənədlər qovluğunda (əsas: iş №-N; səh.-48) çavuş və əsgərlərin şəxsi heyətinin siyahısında N992-ci ilin İİ yarım ilində Orduya çağırılmış, N974-cü il təvəllüdlü Ərizəçi adı qeyd edilmişdir. 78N nömrəli hərbi hissənin sənədlər qovluğunda (əsas: İş №- N; səh.-38; qeyd: qovluqda çağırıldığı RHK: “Nizami RHK” qeyd edilmişdir) 78N nömrəli hissə üzrə xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək həlak olan və yaralananlar haqqında məlumat siyahısında Nizami RHK-dan çağırılmış, xx.xx.N993-cü il tarixdə Şahbulaq qəsəbəsində qəlpə yarası almış Ərizəçi adı qeyd edilmişdir. Hərbi hissəni tərk etdiyinə görə sıravi XN Azərbaycan Respublikası Müdafiə Nazirinin N nömrəli fərmanına əsasən, N nömrəli hərbi hissə komandirinin 3N dekabr N994-cü il tarixli 363 nömrəli əmri ilə (əsas: səh.-36, §N2, sıra-76; qeyd: əmrdə adı “Ülvət" yazılmış, hərbi vəzifəsi qeyd olunmamışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, hərbi bileti X4 etmə Məntəqəsinə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin oktyabrdekabr N992-ci il, yanvar-aprel, iyun-dekabr N993-cü il, yanvar-noyabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin N992-ci il tarixli şəxsi heyətin əlifba qeydiyyatı kitablarında və Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan 78N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında Ərizəçi xidməti barədə əlavə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.N.N-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.N-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsinin N2 aprel 20N9-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanuna ziddir. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş sənədlərindən görünür ki, “Ərizəçi”nun səhvən xx.xx.N993-cü il tarixli N2N nömrəli əmrində yazılmış “Rəcəfov” soyadlı və AR MN-in N nömrəli hərbi hissə komandirinin 3N dekabr N994-cü il tarixli 363 nömrəli əmrində qeyd edilmiş “Ülvət” adlı şəxs kimi göstərilmişdir. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Müki Prosessual Məcəllənin 9.N, 9.3, N4.2, 88, 2N7.N, 2N8.N, 2N8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 2N7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 2N7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 2N6-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.N993-cü il tarixli N2N nömrəli əmrində yazılmış “Rəcəfov” soyadlı və AR MNin N nömrəli hərbi hissə komandirinin 3N dekabr N994-cü il tarixli 363 nömrəli əmrində qeyd edilmiş “Ülvət” adlı şəxslərin “Ərizəçi” ilə eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə alındığı gündən N (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev Hakim: Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar