Məhkəmə qərarları › İş №2(008)-5089/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5089/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5089/2021 26.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İlk iddia üzrə iddiaçı X1, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair ilk iddia, Cavabdeh X2 qarşı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X4 Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq 26.05.2018-ci il tarixli tapşırıq müqaviləsi üzrə xidmət haqqı olaraq 300 manat, mükafat məbləği 500 manat olmaqla tam ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia verərək həmin müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə işə baxılarkən hər iki iddia üzrə iddiaçılar ərizə ilə müraciət edərək iddialarından imtina etdiklərini bildirmişdilər. Məhkəmə iclasında iştirak edən hər iki tərəf işin icraatına xitam verilməsini xahiş etdilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,261,263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı X1 Cavabdeh qarşı 26.05.2018-ci il tarixli tapşırıq müqaviləsi üzrə xidmət haqqı olaraq 300 manat, mükafat məbləği 500 manat olmaqla tam ödənilməsi barədə ilk iddia tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı 26.05.2018-ci il tarixl müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar