Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5101/2023 21.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Maraqlı şəxs Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatının nümayəndəsi X9, Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatına və Maraqlı şəxs2 qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxslər Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatına və Maraqlı şəxs2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi və Maraqlı şəxs2 arasında Bakı 16 saylı mediasiya təşkilatında mediasiya reyestrində MŞB/16-01138 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X10 iştirakı ilə bağladıqları xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizə onunla əsasladırmışdır ki, cavabdeh Maraqlı şəxs2 ilə rəsmi qaydada xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsində nikahını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikah dövründə 3 uşağı doğulmuşdur. Rəsul-zadə Xanım Hüseyn qızı xx.xx.2009-cu il təvəllüdlü, X11 xx.xx.2010-cu il təvəllüdlü, Rəsul-zadə Yusif Hüseyn oğlu xx.xx.2014-cü il təvəllüdlü. Cavabdehlə bir müddət mehriban yaşamışlar. Lakin aralarında narazılıqların artması onların tamamilə başqa-başqa adamlar olmağını sübut etdi. İddiaçı olaraq o, Ərizəçi cavabdeh Rəsul-X28- Rza oğluna qarşı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə nikahın pozulması və aliment tələbinə dair iddia qaldırmış və onun iddia tələbi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-333/2020 saylı qətnaməsinə əsasən təmin edilərək nikahı pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü qızı X5, xx.xx.2010-cu il təvəllüdlü qızı X6 və xx.xx.2014-cü il təvəllüdlü oğlum Rəsul-zadə Yusif Hüseyn oğlunun yetkinlik yaşlarına çatana qədər cavabdeh Maraqlı şəxs2 hər ay hər uşaq üçün 100 manat, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh Maraqlı şəxs2 ayrıldıqdan sonra uşaqlarından oğlu X12 hal-hazırda cavabdehin yanında qalır. Uşaqlarından Rəsul-zadə Xanım Hüseyn qızı və X11 hal-hazırda onun yanında qalır. Yanında qalan xx.xx.2010-cu il təvəllüdlü qızı X11 üçün “alimentin artırılma” tələbi ilə bağlı o Zəkiyeva X8 Şurasına müraciət etmişdir. Maraqlı şəxs2 Mediasiya gələrək xx.xx.2010-cu il təvəllüdlü qızı X6 alimentinin miqdarını artırılmasına razılıq vermişdir. Mediasiya haqqında “AR Qanunun 33-cü maddəsinə əsasən” X13 bağlayaraq azyaşlı uşağının saxalanılması üçün cavabdeh X4 hər ay 220 manat sabit məbləğdə alimentin ödəməyə razılıq vermişdir. xx.xx.2023-cü il tarixli barışıq sazişində uşağı üçün hər ay 220 manat sabit pul məbləğində alimentin anaya verilməsi barədə məhkəmədən kənar öhdəlik götürməsinə, həmin tarixdən bir müddət keçməsina baxmayaraq, bu günə qədər alimenti ödəmir, yəni alimentin tutulması hissəsində barışıq sazişinin könüllü icrasından imtina edir. Beləliklə, hesab edir ki, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin alimentin tutulması hissəsində məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi haqqında qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 ərizəyə etiraz edərək maddi imkanı olmadığından ödəniş edə bilməyini, aliment ödənilməsi ilə barışıq sazişinin onun razılığı ilə bağlandığını, barışıq sazişi olmamışdan əvvəl ödəniş etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatının nümayəndəsi X15 izahatında bildirmişdir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizənin həllini məhkəmənin mülhaizəsinə buraxdığını bildirmişdir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək ərizəyə onun iştiakı olmadan baxılıb təmin edilməsini xahiş etmişdir Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə maraqlı şəxsləri dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edirki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ İ seriyalı, 355231 nömrəli nikahın pozulması haqqında şəhadətnaməsinin surətindən görünür ki, Maraqlı şəxs2 ilə Rəsul-zadə İlahə Ağarəfi qızı arasındaki nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ İİ seriyalı, 259285 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Rəsul-zadə Xanım Hüseyn qızı xx.xx.2009-cu il tarixdə doğulmuşdur. Atası Rəsul-zadə X24, anası isə X7r. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ İİ seriyalı, 486579 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X18 qızı xx.xx.2010-cu il tarixdə doğulmuşdur. Atası Rəsul-zadə X24, anası isə X7r. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ İİİ seriyalı, 389216 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Rəsul-zadə Yusif Hüseyn oğlu xx.xx.2014-cü il tarixdə doğulmuşdur. Atası Rəsul-zadə X24, anası isə X7r. İş materillarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-333/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 ilə Rəsul-zadə ilahə Ağarəfi qızı arasında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 402 nömrəli akt qeydi ilə tərtib olunmuş xx.xx.2008-ci il tarixli nikah pozulması, nikah pozulduqdan tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəiiüdlu Rəsul-zadə Xanım Hüseyn qızı və xx.xx.2010-cu il təvəllüldü X18 qızı və xx.xx.2014-cü il təvəllüdlü Rəsul-zadə Yusif Hüseyn oğlu cavabdeh Rəsul-zadə İlahə Ağarəfi qızının himayəsində qalması, X1 qətnamənin çıxarıldığı xx.xx.2020-ci ildən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü Rəsul-zadə Xanım Hüseyn qızı və xx.xx.2010-cu il təvəllüldü Rəsul-zadə Aygün Hüsey qızı və xx.xx.2014-cü il təvəllüdlü Rəsul-zadə Yusif Hüseyn oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (yüz) manat omaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq Rəsul-zadə İlahə Ağarəfi qızına verilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli, MŞB/16-01138 nömrəli barışıq sazişindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-ci il təvvəllüdlü Rəsul-X17 yetkinlik yaşına çatanadək saxlanması üçün 2-ci tərəf ( Maraqlı şəxs2 ) 1-ci tərəfə ( Ərizəçi), hər ay 220 (iki yüz iyirmi) manat alimentin ödəməsini öz öhdəsinə götürülməsi, alimentin ödənilməsi iyul ayından başlayaraq hər ayın 25-dən ayin 30-na kimi 1-ci tərəfin ( Ərizəçi) kart hesabına ödəniləcəyi barədə razılığa gəlinmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, barışıq sazişi xx.xx.2023-cü il tarixdə bağlanmasına baxmayaraq ərizənin verildiyi tarixədək yəni xx.xx.2023-cü il tarixədək sazişin ikinci tərəfi barışıq sazişinin icrası üçün hər hansı bir hərəkət etməmişdir, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və оnların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd оlan hallar istisna оlmaqla, оnlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qоhumları ilə ünsiyyətdə оlmaq hüququna malikdir. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən valideynlərinin nikahının pоzulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən valideylər ayrı yaşadıqda uşaq оnların hər biri ilə ünsiyyət hüququna malikdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında 21 iyun 2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin.
1. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü Rəsul-X17 yetkinlik yaşına çatanadək saxlanması üçün 2-ci tərəf (Maraqlı şəxs2) 1-ci tərəfə (Ərizəçi), hər ay 220 (iki yüz iyirmi) manat alimentin ödəməsini öz öhdəsinə götürür.
2. Alimentin ödənilməsi iyul ayından başlayaraq hər ayın 25-dən ayın 30-na kimi 1-ci tərəfin (Ərizəçi) kart hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nilufər Cəfərli