Məhkəmə qərarları › İş №2(008)-5139/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5139/2022

03.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5139/2022 03.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi3 nümayəndəsi və vəkili X29, Ərizəçilər Ərizəçi2 və Ərizəçi4 nümayəndəsi X43 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1996A nömrəli (KOD ********) şəhadətnamənin mülkiyyətçilərin adları qeyd olunmuş qrafanın 1-ci sətrində X6 qeyd olunmuş şəxsin X38 olması, 5-ci sətrində X1 qeyd olunmuş şəxsin X31 olması, 9-cu sətrində X2 qeyd olunmuş şəxsin Ərizəçi3 olması və 16-cı sətrində X26 qeyd olunmuş şəxsin X69 olması faktının müəyyən edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1996A nömrəli (KOD ********) şəhadətnaməyə əsasən şəhadətnamədə qeyd olunan şəxslərə Cəlilabad rayonu Aqrar İslahat Komissiyasının 13 mart 1999-cu il tarixli 03 saylı qərarı ilə 0,16 hektar torpaq sahəsi ayrılmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, həmin şəhadətnamədə mülkiyyətçilərin adları qeyd olunmuş qrafanın 1-ci sətrində X12 adı, X6, 5-ci sətrində X9 adı X1, 9-cu sətrində Ərizəçi3 adı X2 və 16-cı sətrində X44 adı X26 qeyd olunmuşdur. Yuxarıda qeyd olunan şəhadətnamədə adı qeyd olunmuş şəxslərdən biri X39 xx.xx.2001-ci il tarixində vəfat etmişdir. X39 vəfat etdiyi üçün onun vərəsələri mərhuma yuxarıda qeyd olunan hüquqmüəyyənedici sənədlər əsasında mülkiyyət hüququ ilə məxsus olmuş əmlak üzərində vərəsəlik hüquqlarının tanınması və miras əmlakın qəbul edilməsi məqsədi ilə qanunamüvafıq şəkildə Notariat orqanına müraciət etmişlər. Bundan sonra onlara məlum olmuşdur ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ərizədə qeyd olunmuş yanlışlıqlara yol verilmişdir. Onlar “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1996A nömrəli (KOD ********) şəhadətnamənin mülkiyyətçilərin adları qeyd olunmuş qrafanm 1-ci sətrində X6 qeyd olunmuş yazıya düzəliş edilərək X7, 5-ci sətrində X1 qeyd olunmuş yazıya düzəliş edilərək X3, 9-cu sətrində X2 qeyd olunmuş yazıya düzəliş edilərək Ərizəçi3 kimi və 16-cı sətrində X26 qeyd olunmuş yazıya düzəliş edilərək X27 qeyd edilməsi xahişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etsə də, idarə tərəfindən onlara ünvanlanmış 22 iyun 2022-ci il tarixli məktub ilə yuxarıda qeyd olunmuş düzəlişlərin edilməsindən imtina edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, yuxarıda qeyd olunan şəhadətnamədə qeyd olunmuş yalnışlıqlara görə onlar mülkiyyət hüququ ilə onlara məxsus olan əmlak üzərindən sərəncam verə, əmlak üzərində sənədləşmə və digər hərəkətləri apara bilmirlər. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1996A nömrəli (KOD ********) şəhadətnamənin mülkiyyətçilərin adları qeyd olunmuş qrafanın 1-ci sətrində X6 qeyd olunmuş şəxsin X38 olması, 5-ci sətrində X1 qeyd olunmuş şəxsin X31 olması, 9-cu sətrində X2 qeyd olunmuş şəxsin Ərizəçi3 olması və 16-cı sətrində X26 qeyd olunmuş şəxsin X69 olması faktının müəyyən olunması zərurəti yaranmışdır. Ərizəçilər sonradan iddia tələbinin dəqqiləşdirilməsinə dair ərizə ilə müraciət edərək “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1996A nömrəli, (KOD ********) şəhadətnamənin mülkiyyətçilərinin adları qeyd olunmuş qrafanın 1-ci sətrində X13 X17, 5-ci sətrində X10 X14, 9-cu sətrində X11 Ərizəçi3 və 16-cı sətrində X45 X50 məxsus olması faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi1, Ərizəçi3 nümayəndəsi və vəkili X51 məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi2 və Ərizəçi4 nümayəndəsi X70 məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 oktyabr 2022-ci il tarixli, 436/12 nömrəli Cəlilabad Rayon Qeydiyyat Şöbəsinin arayışıdan görünür ki, Cəlilabad Rayon Şiləvəngə kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1966-cı il tarixli, 95 nömrəli doğum haqqında akta əsasən Ərizəçi4 xx.xx.1966-cı il tarixdə Cəlilabad rayonu, Adnalı kəndində doğulmuşdur. X4, anası isə X18r. 10 iyun 2022-ci il tarixli, 369/12 nömrəli Cəlilabad Rayon Qeydiyyat Şöbəsinin arayışıdan görünür ki, 01 mart 1964-cü il tarixdə, 11 nömrəli akt qeydi ilə X40 və X46 arasında Cəlilabad rayonu Göytəpə şəhər İcra Nümayəndəliyində nikaha daxil olmuşlar. Ərə Abdiyev, arvada Abdiyeva soyadı verilmişdir. AZE 0******* saylıAzərbaycan Respublikası Şəxsiyyət vəsiqəsindən görünür ki Ərizəçi2 Ağamnirzə qızı xx.xx.1934-cü il tarixdə anadan olmuşdur. 31 oktyabr 2022-ci il tarixli, 482/12 nömrəli Cəlilabad Rayon Qeydiyyat Şöbəsinin arayışıdan görünür ki, X41 25 aprel 2014-cü il tarixdə Cəlilabad Rayonu Göytəpə şəhərində ölmüşdür. Ölüm haqqında 03 may 2014-cü ildə 24 nömrəli akt qeydi tərtib olunmuşdur. 10 iyun 2022-ci il tarixli, 366/12 nömrəli Cəlilabad Rayon Qeydiyyat Şöbəsinin arayışıdan görünür ki, 30 iyun 1975-ci il tarixdə, 21 nömrəli akt qeydi ilə X41 və X33 arasında Cəlilabad rayonu Göytəpə şəhər İcra Nümayəndəliyində nikaha daxil olmuşlar. Ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir Vətəndaşların vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin İİİ-ЖГ seriyalı, 478715 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1976-cı il tarixdə Cəlilabad rayonunda doğulmuşdur. X5, anası isə X19r. Vətəndaşların vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin İ-ЖГ seriyalı, 388507 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X71 xx.xx.1972-ci il tarixdə Cəlilabad rayonunda doğulmuşdur. X4, anası isə X18r. 10 iyun 2022-ci il tarixli, 366/12 nömrəli Cəlilabad Rayon Qeydiyyat Şöbəsinin arayışıdan görünür ki, 12 iyul 2007-ci il tarixdə, 46 nömrəli akt qeydi ilə X34 və X47 arasında Cəlilabad rayonu Göytəpə şəhər İcra Nümayəndəliyində nikaha daxil olmuşlar. Ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir. Cəlilabad Rayon İcra Hakimiyyətinin Göytəpə şəhər İcra Nümayəndəliyinin AZ İ seriyalı, 005530 nömrəli nikah bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X71 ilə X20 arasında xx.xx.2002-ci il tarixli 29 nömrəli akt qeydi ilə nikaha daxil olmuşlar. Ərə Abdiyev, arvada isə Abdiyeva soyadı verilmişdir. JN-1996 A seriyalı, 80602004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsindən görünür ki, bu şəhadətnamə Cəlilabad rayonu, Göytəpə kənd sakini X48 və ailə üzvləri X39, X72, X73, X30, X41, X21, X47, X35, X34, X74, X22, X52, X58, X59, X53 Cəlilabad rayonu Aqrar İslahat Komissiyası qərar qəbul edən 13 mat 1999-cu il tarixli, 03 saylı qərarı ilə verilmiş qərarın tarixi və nömrəsi 0.16 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilib. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 29 iyun 2022-ci il tarixli, 22442***1197 nömrəli imtina məktubundan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-1996 A nömrəli şəhadətnamədə düzəliş edilməsi ilə əlaqədar aidiyyatı üzrə Məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Ədliyyə Nazirliyi Cəlilabad Rayon 1 saylı Notariat Ofisinin 20 iyun 2022-ci il tarixli, 779 nömrəli məktubundan görünür ki, Ərizəçi2, X75, Ərizəçi4, X76, X71 mərhum X15 qanun üzrə vərəsələridir. Cəlilabad Rayon İcra Hakimiyyətinin Başçısının Göytəpə Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 16 iyun 2022-ci il tarixli, 878 nömrəli arayışdan görünür ki, həqiqətən də X16 əri X40 xx.xx.2001-ci il tarixdə vəfat etmiş və vəfatından sonra vərəsələri arvadı- X49 1934, oğlu- X41 (vəfat edib), gəlini X21 1948, oğlu- X73 1960, oğlu- X69 1966, oğlu - X74 1964, gəlini- X22 1963, nəvəsi- X52 1987, nəvəsi- X58 1990, nəvəsi - X59 1994, gəlini - X47 1971, oğlu- X72 1972, gəlini- Ərizəçi1 1979 qızı, nəvəsi - X34 1972, nəvəsi X36 1974, nəvəsi X23 1976. Göytəpə Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 878/1 nömrəli, 16 iyun 2022-ci il tarixli arayışından görünür ki, X24 məxsus olan “Torpağın Mülkiyyətinə verilməsinə dair” JN-1996 A nömrəli Dövlət Aktında 1-ci sətrində səhvən olaraq X16 adı X8, 5-ci sətirdə Ərizəçi1 adı X30, 9-cu sətirdə Ərizəçi3 adı X32, 16-cı sətirdə Ərizəçi4 adı X28 qeyd edildiyi göstərilmişdir. Cəllabad rayonu 1 saylı Notariat Ofisinin notariat hərəkətini aparmaqdan imtina edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, JN-1996 A seriyalı, 80602004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətində digər mülkiyyətçilərin soyadı və adları düzgün yazılmadığından vərəsəlik ilə bağlı notariat hərəkətini aparmaqdan imtina edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən Ərizəçiləryə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın Ərizəçilərnin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin Ərizəçiləryə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən, görünür ki, Ərizəçi1 soyadı, Ərizəçi2 soyadı və adı, Ərizəçi3 adı, Ərizəçi4 adı “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1996A nömrəli, (KOD ********) şəhadətnamədə yalnış yazılaraq müvafiq olaraq “X30”, “X48”, “Ərizəçi3” və “X77” kimi qeyd edilmişdir. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçilər isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməli, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1996A nömrəli, (KOD ********) şəhadətnamənin adları qeyd olunmuş qrafanın 1-ci sətrində X25 X17, 5-ci sətrində X10 X14, 9-cu sətrində X11 Ərizəçi3 və 16-cı sətrində X45 X50 məxsus olması faktı müəyyən edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1996A nömrəli, (KOD ********) şəhadətnamənin mülkiyyətçilərinin adları qeyd olunmuş qrafanın 1-ci sətrində X25 X17, 5ci sətrində X10 X14, 9-cu sətrində X11 Ərizəçi3 və 16-cı sətrində X45 X50 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar